Azərbaycanın İstanbuldakı baş konsulluğunda 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar fotosərgi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, sərgidə 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən orijinal fotolar nümayiş olunur. Bu fotoşəkillər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet hakimiyyəti rəhbərliyinin qərarı ilə Azərbaycana qoşun yeridilməsinin acı nəticələri, Qanlı Yanvar hadisələrinin dəhşətləri ilə bağlı əyani təsəvvür yaradır.
Tədbirdə ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, diplomatik nümayəndəliyin əməkdaşları və media nümayəndələri iştirak ediblər.
- Oxunub: 2400 |
- Tarix: 20-01-2021 |
-
Çap et |