Ana səhifə »  Xəbər lenti »  Azərbaycan xalqı şəhidlərin xatirəsini ehtiram və qürurla yad edir
A+   Yenilə  A-
Azərbaycan xalqı şəhidlərin xatirəsini ehtiram və qürurla yad edir

20 Yanvar faciəsindən 31 il ötür. 1990-cı il Yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.

Bu faciədən uzun müddət keçsə də, baş verənlər unudulmur. Vətən uğrunda canından keçən oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımızın müqəddəs ziyarətgahına çevrilib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar tariximizin həm kədərli, həm də qürurlu səhifəsidir.

AZƏRTAC xəbər verir ki, yanvarın 20-də səhər saatlarından başlayaraq paytaxt sakinləri, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanına gəlib, xalqımızın qəhrəman övladlarının xatirəsini ehtiramla yad edirlər. Onların arasında Vətən müharibəsinin qaziləri, hərbçilər də var. Ziyarətçilərin bəziləri bu müqəddəs məkana övladları ilə birgə gəlirlər.

Şəhidlər xiyabanını hər yaşda olan insanlar ziyarət edirlər. Ötüb keçən illər xalqın şəhidlərinə olan ehtiramını daha da artırır. Çünki qəhrəman şəhidlərimizin fədakarlığı nəticəsində xalqımız azadlıq arzusuna qovuşub. Otuz il işğal altında qalan Qarabağımız şəhidlərimizin canı-qanı bahasına azad edilib. Bu gün Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Laçında Azərbaycanın dövlət bayrağı qürurla dalğalanır. Bu, 31 il əvvəl başlamış mübarizə yolunun Zəfər zirvəsidir. Xalqımız doğma Qarabağa rəşadətli Ordumuzun, Müzəffər Ali Baş Komandanımızın, Azərbaycan əsgərinin, qəhrəman şəhidlərimizin sayəsində qovuşub.

20 Yanvar faciəsinin 31-ci ildönümü Qarabağ Zəfərinin fonunda böyük qürur hissi ilə qeyd olunur. AZƏRTAC-ın müxbirlərinin həmsöhbət olduğu insanlar bu məqamı xüsusi vurğulayırlar.

Vətən müharibəsi qazisi Elmir Əhmədov: Hər il Şəhidlər xiyabanını ziyarət edir, şəhidlərimizin əziz ruhlarına ehtiramımı bildirirdim. Lakin builki gəlişim fərqli oldu. Şəhidlər xiyabanını bu dəfə sevinc və qürur hissi ilə ziyarət etdim. 44 gün davam edən Vətən müharibəsi şanlı ordumuzun möhtəşəm Qələbəsi ilə başa çatdı. Ali Baş Komandanın əmri ilə irəli atıldıq və qanımız, canımız bahasına torpaqlarımızı azad etdik. Düşmən rəşadətli ordumuzun, cəsur əsgər və zabitlərimizin qarşısında tab gətirməyib qaçdı. Zəfərimiz bütün dünyada əks-səda doğurdu. Ən əsası isə haqq davamızdan qalibiyyətlə çıxmağımız bütün şəhidlərimizin narahat ruhunu şad etdi. Mən də Vətən müharibəsi iştirakçısı olmağımla fəxr edirəm. Şuşa uğrunda gedən döyüşlərdə yaralanmışam. Mən də, döyüş yoldaşlarım da hər zaman Vətənimizin keşiyində durmağa hazırıq. Qoy bütün şəhidlərimiz məzarlarında rahat uyusunlar, çünki həm onların qisası alındı, həm də Qarabağımız azad olundu.

20 Yanvar hadisələrinin şahidi Kamil Xəlilov: 20 Yanvar hadisələri mənim gözümün önündə baş verib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıda ağlasığmaz vəhşiliklər törədərək, gəncləri, qadınları, yaşlıları qətlə yetiriblər. Bu, insanlıq əleyhinə cinayətdir. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını canlarından əziz tutan Vətən övladları şəhidlik zirvəsinə ucalıblar. İllər ötsə də, xüsusən gənclərimiz şəhid olmuş qəhrəmanlarımızı heç vaxt unutmamalıdırlar. Onlar bilməlidirlər ki, 20 Yanvar milli tariximizin qürur və ləyaqət səhifəsidir. Çox şükür ki, dövlət müstəqilliyimizə qovuşduq, nəhayət torpaqlarımız da düşmən tapdağından azad edildi. Buna görə şəhidlərimizə borcluyuq.

Paytaxt sakini Əlif Məhyəddinov: 20 Yanvar bütün şəhidlərimizin xatirə günüdür. İndi onların müqəddəs ruhu qarşısında başımızı daha dik tuturuq. Təsadüfi deyil ki, Prezident, Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad olunmasını məhz Şəhidlər xiyabanından elan etdi. Bu, ziyarət etdiyimiz bu məkanın necə böyük səcdəgah olduğunu göstərir. İllər öncə göz yaşı ilə üz tutduğumuz Xiyabana indi qürur hissi ilə gəlmişik. Mənə elə gəlir ki, bu həm də şəhidlərə hesabat günüdür. Onların qanı hədər getməyib. 30 ilə yaxın həsrətini çəkdiyimiz Vətən torpağına qovuşmuşuq. Tezliklə Qarabağın yeni növrağı başlayacaq, şəhidlərimiz indi məzarda rahat uyuya bilərlər. Qazandığımız zəfər, qovuşduğumuz azadlıq üçün ilk növbədə, şəhid və qazilərimizə borcluyuq. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, əsrlər keçsə də, xalqımız onları heç vaxt unutmayacaq.

Respublika Klinik Xəstəxanasının baş tibb bacısı Validə Nəsibova: 1990-cı il yanvarın 19-da Respublika Klinik Xəstəxanasının ikinci ümumi cərrahiyyə şöbəsinin tibb bacısı kimi növbədə idim. Həmin gecə çalışdığım xəstəxanaya çoxlu yaralı gətirmişdilər. Palatalarda yer çatışmırdı. Həkimlərimiz, cərrahlarımız hətta dəhlizlərdə yaralılar üzərində açıq əməliyyatlar aparırdılar. Xəstəxanada işıqlar sönmüşdü, pəncərə şüşələri sındırılmışdı. Xəstəxanamızın yolu indiki 20 Yanvar dairəsinin yanından keçir. Heç vaxt yadımdan çıxmaz, bu meydan qana boyanmışdı. Səhər evə gördüm ki, yanğınsöndürən maşınlar buradakı qan izlərini yuyurlar.

Diaspor üzrə tədqiqatçı-ekspert Elnur Eltürk: 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. 20 Yanvar Azərbaycanın müasir istiqlal tarixində yeni dövrün başlanğıcı, Vətən müharibəsində Qələbəmiz isə bu faciəyə ədalətli cavab oldu. Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 30 ildən artıq erməni işğalı altında olan torpaqlarımızı düşməndən azad etdi, şəhidlərimizin qanı yerdə qalmadı. “Vikipediya”nın Azərbaycan dil bölməsində 20 Yanvar faciəsi və şəhidlərimiz haqqında çoxlu məqalə yaradılıb və əsaslı redaktə olunub. “Qara Yanvar” məqaləsi 40-a yaxın dilə tərcümə olunub. Bu məqalələr 20 Yanvar faciəsinin gələcək nəsillərə çatdırılmasında zəngin informasiya mənbəyidir. Bu gün gənc nəsil öz qəhrəmanlarını tanımalı, onları heç vaxt unutmamalıdır. Ölkəmizin ərazi bütövlüyü və Vətənimizin müdafiəsi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmağı özlərinə ən böyük şərəf sayan oğullarımızı tanıtmaq isə hər birimizin vətəndaşlıq borcu olmalıdır.

Filologiya elmləri doktoru, yazıçı Nizami Muradoğlu: Hər dəfə həmin gecəyə şahidlik edən küçə və meydanlardan keçəndə gülləbaran edilən evlərin, binaların qarşısından ötəndə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecənin dəhşətləri yada düşür. İllər bizi həmin hadisələrdən nə qədər uzaqlaşdırsa da, günahsız qurbanların xatirəsini unutmuruq. Zaman sübut etdi ki, xalqın azadlıq arzusunu silahla boğmaq bilməz. Həmin gecədən başlanan yol xalqımızı öz istəyinə - müstəqilliyinə qovuşdurdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan Vətən müharibəsinin gedişində rəşadətli ordumuz işğal altındakı torpaqlarımızı, Qarabağı azad etdi. Bu müharibədə də şəhidlərimiz oldu. Azadlıq qanla qazanılır. Lakin biz bu gün şəhidlərimizi anarkən kədərləndiyimiz kimi həm də qürur hissi keçiririk. Azərbaycan xalqının tarixinə şanlı bir səhifə yazıldı. Həmişə nisgillə üz tutduğumuz Şəhidlər xiyabanını indi başımızı uca tutaraq ziyarət edirik.

Şəhid atası, Xaçmaz rayon sakini Fərhad Qafarov: Bütün şəhidlərimizin xatirəsi bizim üçün əzizdir. Onlar müxtəlif zamanlarda şəhidlik zirvəsinə ucalsalar da, amalları bir olub: Azərbaycanın müstəqilliyinə nail olmaq, ərazi bütövlüyünü bərpa etmək. Bu gün mən Şəhidlər xiyabanına nəvəmlə gəlmişəm. Oğlum Aprel döyüşlərində şəhid olub. Bu gün onun xatirə lövhəsi önündə dayanaraq, qürur hissi ilə qalib gəldiyimizi söylədim. İndi başımız ucadır. Ali Baş Komandanımızın rəhbərliyi, yenilməz ordumuzun rəşadəti ilə bütün şəhidlərimizin qisası alındı, torpaqlarımız düşmən tapdağından xilas olundu. İndi oğlumun da, bütün şəhidlərimizin də ruhu şaddır. 20 Yanvar hadisələri, böyük Zəfərlə başa çatan Vətən müharibəsi göstərdi ki, xalqımızın birliyi qarşısında heç bir qüvvə tab gətirə bilməz. Bütün bunlar tariximizin şərəf, qürur səhifələridir. Bu gün şəhidlərimizin şəkillərindən boylanan simalarına minnətdarlıq hissi ilə baxırıq. Onların uğrunda döyüşdüyü, mübarizə apardığı bütün amallar reallığa çevrilir. İndi Azərbaycan müstəqillik tariximizin ən şərəfli günlərini yaşayır. Qarabağımız azaddır.

Yevlax rayon sakini, 20 Yanvar hadisələrinin şahidi Cahid Nəbiyev: O vaxt indiki Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi idim. Qanlı hadisələr baş verən gecə metronun “Gənclik” stansiyasının yaxınlığında toplaşmışdıq. Eşitdik ki, hərbçilər leytenant Şmidt adına zavod tərəfdən hərəkət edirlər. Onların qarşısını kəsmək üçün həmin istiqamətə getdik. Ora yaxınlaşanda bizi atəşə tutmağa başladılar. Ölən və yaralananlar oldu. Mən də güllə dəydi. Təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda bir daha atəşə tutulduq. Xəstəxanalar yaralılarla dolu idi. Tibb Universitetinin tələbələri də həkimlərin köməyinə gəlmişdilər. O faciəvi günlərdən illər ötsə də, xalqımız 20 Yanvar şəhidlərini unutmur, xatirələrini daim uca tutur. Ötən illər ərzində yetişən gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının nəticəsidir ki, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində xalqımız Müzəffər Ali Baş Komandanımızın ətrafında yumruq kimi birləşdi, Qarabağı işğaldan azad etdi.

X X X

Hər il yanvarın 20-də olduğu kimi, faciənin 31-ci ildönümündə də minlərlə insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər xiyabanını ziyarət etdi. Burada yaşanan mənzərə şəhidlərin əziz xatirəsinə hörmət və ehtiramın, Qarabağ Zəfərindən doğan qürurun daha bir parlaq nümayişi oldu. 

 
  • Oxunub:  2370  |  
  • Tarix:  20-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

01 Mart 21:32
BMT və Azərbaycan hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb
01 Mart 21:26
Prezident İlham Əliyev dünya siyasi elitasının nüfuzlu nümayəndələrindən biri olduğunu bir daha sübut etdi
01 Mart 21:25
Mühsin Rezayi: Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq hərbi əməliyyatlar aparıb öz torpaqlarını geri qaytardı
01 Mart 21:21
“YAŞAT” Fondunun təşəbbüsü ilə İsraildən ölkəmizə humanitar həkim heyəti gəlib
01 Mart 21:18
Valentina Matviyenko: Rusiya Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli Bəyanata əməl etməsinə ümid edir
01 Mart 20:55
Hulusi Kılıç: Azərbaycan Prezidentinin mətbuat konfransındakı fikirləri regionun inkişafı naminə edilmiş çağırışlardır
01 Mart 20:52
Azərbaycan Prezidenti mətbuat konfransında bir çox aktual məsələlərə aydınlıq gətirdi
01 Mart 20:44
Prezident İlham Əliyevin mətbuat konfransı Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından mühüm önəm kəsb edir
01 Mart 19:26
Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
01 Mart 19:25
Şəhid ailələri və müharibə əlilləri ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub
01 Mart 19:20
Azərbaycan nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkını ziyarət edib
01 Mart 18:56
Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb
01 Mart 18:36
Gürcüstanlı jurnalist: Müharibənin izləri bizi çox təsirləndirdi
01 Mart 18:32
Alimlər ömrü uzatmağın və sağalmaz xəstəliyin qarşısını almağın yollarını tapıblar
01 Mart 18:10
Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edib
01 Mart 17:59
Azərbaycan Milli Kitabxanasının direktoru Türkiyə Milli Kitabxanasında görüş keçirib
01 Mart 17:54
Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub
01 Mart 17:52
Deputat: Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur
01 Mart 17:52
Prezidentin son mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq
01 Mart 17:50
“Buta Airways” Tbilisiyə uçuşlara başlayır
01 Mart 17:43
Ukrayna mətbuatı Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb
01 Mart 17:38
İqor Korotçenko: Dövlət Dumasının yeni tərkibi Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması təşəbbüsünü irəli sürə bilər
01 Mart 17:23
Vüqar Seyidov: Prezident İlham Əliyev kimi Lideri olan xalq xoşbəxtdir
01 Mart 17:16
Azərbaycanda koronavirusdan 71 nəfər sağalıb, 125 yeni yoluxma faktı qeydə alınıb
01 Mart 17:10
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər
01 Mart 16:53
QDİƏT-nin Parlament Məclisinin reqlament üzrə işçi qrupunun iclas keçirilib
01 Mart 16:37
Malik Həsənov: Mətbuat konfransı Azərbaycanın Vətən müharibəsindən sonra beynəlxalq aləmdə artan rolunun təqdimatı oldu
01 Mart 16:24
YAP Ağdaş rayon təşkilatı İdarə Heyətinin iclası keçirilib
01 Mart 16:16
Əliabbas Salahzadə: Möhtərəm Prezidentimiz Ermənistana yeni reallıqlarla barışmaq mesajını ünvanladı
01 Mart 16:10
YAP Şəmkir rayon təşkilatı İdarə Heyətinin növbəti iclası keçirilib
01 Mart 16:03
Hikmət Babaoğlu: Prezident İlham Əliyevin mətbuat konfransı bir sıra ilklərlə yadda qaldı
01 Mart 15:55
KOBİA-nın ötənilki fəaliyyətinə dair brifinq keçirilib
01 Mart 15:55
Prezident İlham Əliyevin mətbuat konfransı informasiya cəbhəsində mövqelərimizin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir
01 Mart 15:52
Yerdə maqnit qasırğası başlayıb
01 Mart 15:45
Məhkəmə fəaliyyəti təkmilləşdirilir
01 Mart 15:44
Minaatan batareyaları döyüş atışlı təlim məşqlərinin növbəti mərhələsini icra edib
01 Mart 15:42
Gürcüstanda koronavirusla bağlı bəzi məhdudiyyətlər bu gündən aradan qaldırılıb
01 Mart 15:25
Yaz ağac əkininə start verilir
01 Mart 15:22
Məktəblilər Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı məlumatlandırılır
01 Mart 15:12
Respublika Veteranlar Təşkilatında Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüş keçirilib
01 Mart 14:57
“Xankəndiyə, Laçına, Xocalıya da gedəcəyik, səbrlə gözləyək” - MÜSAHİBƏ
01 Mart 14:53
İran-Azərbaycan əlaqələri yüksən səviyyədədir və bu münasibətlər daha da inkişaf etdiriləcək
01 Mart 14:39
YAP Suraxanı rayon təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidinin ailəsini ziyarət ediblər
01 Mart 14:35
Dünya mediasını heyran qoyan lider
01 Mart 14:19
Paşinyanın əleyhdarları hökumət binasına soxulublar
01 Mart 14:17
Ankara şəhərində Azərbaycan-Türkiyə birinci birgə Mədəniyyət Komissiyanın iclası keçirilib
01 Mart 14:02
Prezident İlham Əliyevin mətbuat konfransı Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması baxımından çox uğurlu oldu
01 Mart 13:52
Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir
01 Mart 13:33
“Asiya-Avropa dəhlizində Azərbaycanın rolu” mövzusunda vebinar təşkil olunub
01 Mart 13:31
Martın ilk günlərində hava şəraitinin yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir
01 Mart 13:30
Qələbə əzmini tarixə yazmış Azərbaycan xalqı...
01 Mart 13:29
İki şahmatçımız FIDE-nin reytinq siyahısında ilk onluqda qərarlaşıb
01 Mart 13:22
Mənəvi normalara əsaslanan siyasət
01 Mart 13:03
İtaliyalı oxuculara Xocalı soyqırımı ilə bağlı məlumat verilib
01 Mart 12:42
“Ukrayna 24” telekanalı Azərbaycan Prezidentinin mətbuat konfransı və işğaldan azad olunan ərazilərimiz barədə xüsusi reportaj yayımlayıb
01 Mart 12:38
BTQ ilə Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salınıb
01 Mart 12:31
Azərbaycan qalib dövlət kimi yeni hədəflərə doğru inamlı addımlar atır
01 Mart 12:30
YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin üzvləri ağacəkmə aksiyasında iştirak ediblər
01 Mart 12:16
Azərbaycan Prezidenti mətbuat konfransında səsləndirdiyi fikirlərlə insan hüquqlarına prioritet istiqamət kimi yanaşdığını bütün dünyaya göstərdi
01 Mart 12:13
Şəhid ailələrinə qayğı dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir
01 Mart 12:09
Türkiyə səfirliyinin əməkdaşı Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ilə tanış olub
01 Mart 12:02
Tarix yazmış Azərbaycan xalqı
01 Mart 11:42
Orxan Məmmədov: Bu il ölkə üzrə “KOB Dostu” şəbəkəsinin genişləndirilməsi planlaşdırılır
01 Mart 11:40
Baş infeksionist immun sistemini gücləndirməyə kömək edəcək tövsiyələri açıqlayıb
01 Mart 11:33
Yaxın günlərdə Yevlaxda KOB evi açılacaq
01 Mart 11:30
DİN avtomobillərini tekniki baxışdan keçirməyən sürücülərə müraciət edib
01 Mart 11:26
“YAŞAT” daha 10 qazini Türkiyəyə müalicəyə göndərib
01 Mart 11:25
Ötən il KOBİA-ya 3187 vətəndaş müraciəti daxil olub
01 Mart 11:23
Gürcüstanlı jurnalist: İlk dəfədir yox edilmiş şəhərlər görürəm, bu, barbarlıqdır
01 Mart 11:22
Dünyada baş verən hadisələrin təhlili radikalizm, ekstremizm və terrorizmin qlobal təhlükəsizliyi təhdid edən amillərdən birinə çevrildiyini göstərir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA