ABŞ-ın yeni seçilmiş Prezidenti Cozef Baydenin inauqurasiya mərasimi keçirilib.
Mərasimdə məşhur müğənni Ledi Qaqa Birləşmiş Ştatların himnini ifa edib.
Cozef Baydenlə yanaşı, Kamala Harris də vitse-prezident kimi and içib.
Donald Tramp inauqurasiyanı gözləmədən Ağ Evi tərk etdiyinə görə hakimiyyəti yeni komandaya vitse-prezident Mayk Pens ötürüb.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri ötən il noyabrın 3-də keçirilib.
Demokratları təmsil edən 78 yaşlı Cozef Bayden ABŞ-ın 46-cı Prezidentidir.
- Oxunub: 2370 |
- Tarix: 20-01-2021 |
-
Çap et |