Ana səhifə »  Xəbər lenti »  20 Yanvar hadisələri Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi
A+   Yenilə  A-
20 Yanvar hadisələri Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi

20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir. 20 Yanvar hadisələri Azərbaycana qarşı törədilmiş hərbi və siyasi cinayət idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələrinin Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilməsi, dinc əhalini ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutara qətlə yetirməsi beynəlxalq hüquqi riyakarlığın təzahürü idi. Lakin təəssüf ki, o vaxt SSRİ Baş Prokurorluğunun ədliyyə polkovniki V.Medvedyevin istintaq qrupu hərbçilərin hərəkətlərində cinayət tərkibi olmaması qənaətinə gəldi və 20 iyul 1990-cı il tarixində cinayət işinə xitam verilməsi barədə qərarı verildi. 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparıldı və qaytarılmadı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Deputat deyib ki, 20 Yanvar faciəsi ümumxalq hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı 2 milyona yaxın insanın iştirakı ilə yanvarın 22-də paytaxtın Azadlıq meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirildi. Bu hadisə, əslində, Azərbaycanda milli kimliyin formalaşmasına təsir etdi, dövlət müstəqilliyinin bərpa edilməsi istiqamətində əhəmiyyətli hadisə oldu. Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi.

20 Yanvar hadisələri, eyni zamanda, Azərbaycan xalqına qarşı törədilmiş siyasi terror kimi qiymətləndirilməlidir. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu.

Bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən isə ümummilli lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, cəsarətli bəyanat verdi. Bu, ulu öndər Heydər Əliyevin siyasi iradəsinin nəticəsi idi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. 1994-cü ilin mart ayının 29-da isə parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə, 20 Yanvar faciəsi məhz ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.

Deputat qeyd edib ki, Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərinin xatirəsini daim uca tutur. Şəhid ailələrinin sosial məsələlərinin həlli hər zaman prioritet məsələ kimi öndədir. Ulu öndər Heydər Əliyevin Fərmanı ilə "20 Yanvar şəhidi" fəxri adı təsis edilib. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir. Təqaüdün məbləği 2021-ci il yanvarın 1-dən 300 manatdan 500 manatadək artırıldı. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Şəhidlər xiyabanında təmir və yenidənqurma işləri aparılıb. Bundan başqa, Bakının paytaxtın müxtəlif yerlərində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksi inşa olunub.

1990-cı ilin 20 Yanvar faciəsi gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Bu məsələdə hər birimiz fəal olmalıyıq.

 
  • Oxunub:  4530  |  
  • Tarix:  20-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

26 Fevral 22:14
Qərbi Azərbaycan İcması Ankara Təmsilçiliyi Xocalı şəhidlərini anıb
26 Fevral 21:38
Prezident İlham Əliyev: Türkiyə özü müəyyən edəcək ki, Ermənistanla sərhədlər nə zaman açıla bilər
26 Fevral 20:30
Azərbaycan Prezidenti: Ermənistandakı böhran, orada siyasi mübarizənin nəticələri bizim planlarımıza təsir edə bilməz
26 Fevral 20:26
NATO-nun mənzil-qərargahında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
26 Fevral 20:23
Xocalı soyqırımı qurbanlarının xatirəsi ədliyyə orqanlarında yad edilib
26 Fevral 20:19
Şuşada Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb
26 Fevral 19:32
Prezident İlham Əliyev: Maksimum qısa müddət ərzində mərhələli şəkildə biz insanlarımızı o bölgələrə qaytaracağıq
26 Fevral 19:31
İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri Xocalı soyqırımı ilə əlaqədar həmkarlarına məktub göndərib
26 Fevral 19:29
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası dünya ictimaiyyətini Xocalı soyqırımını tanımağa çağırıb
26 Fevral 19:26
AHİK Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
26 Fevral 19:21
Parlament Jurnalistləri Birliyi açıqlama YAYDI
26 Fevral 19:15
Gəncədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib
26 Fevral 19:08
BDU-da beynəlxalq tədbir: Xocalı faciəsi - insanlığa qarşı törədilmiş bəşəri cinayət
26 Fevral 18:59
Azərbaycan Texniki Universitetində yeni təşkilat və xidmət yaradılıb
26 Fevral 18:56
Milli Məclisdə Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisi təşkil olunub
26 Fevral 18:43
Texniki Universitetdə videokonfrans: Xocalı-türkün yurdu, türkün qüruru
26 Fevral 18:15
Xocalı faciəsi - qan yaddaşımız
26 Fevral 18:12
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.khojalytoday.com akademik resurs bazasının təqdimatı olub
26 Fevral 18:08
Xocalı soyqırımı Azərbaycan tarixində ən qanlı faciələrdən biridir
26 Fevral 17:38
Prezident: Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur, amma hər şeyin öz vaxtı, öz yeri var
26 Fevral 17:34
Prezident İlham Əliyev: 10 noyabr Bəyanatı prinsip etibarilə icra edilir
26 Fevral 17:06
İqlim dəyişmələrinə dayanıqlılığı artırmaq üçün Azərbaycanda Milli Uyğunlaşma Planının hazırlanması prosesinə başlanılır
26 Fevral 17:03
İtaliyada Xocalı soyqırımının ildönümü ilə əlaqədar videoformatda tədbir keçirilib
26 Fevral 17:01
Azərbaycan Prezidenti: Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir, insanları bilərəkdən ölümə məhkum etməkdir
26 Fevral 16:57
Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
26 Fevral 16:55
Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsi uzun illər ərazində aparılan ardıcıl, məqsədyönlü siyasətin məntiqi nəticəsidir
26 Fevral 16:36
Prezident: Bizdə olan hərbi əsirlərin hamısını qaytarmışıq, bu məsələdə hər hansı spekulyasiya yersizdir
26 Fevral 16:30
Vətən müharibəsində tarixi zəfər və Azərbaycanın təşəbbüsləri bölgəni inkişaf etdirir
26 Fevral 16:21
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
26 Fevral 16:05
Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Samuxda ağaclar əkilib
26 Fevral 15:57
Türkiyəli gənclər “Xocalıya ədalət” tələb edirlər
26 Fevral 15:56
Azərbaycanda koronavirusdan 180 nəfər sağalıb, 219 yeni yoluxma faktı qeydə alınıb
26 Fevral 15:55
Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib
26 Fevral 15:51
Erkan Özoral: Xocalı faciəsinin səbəbkarları, bu qətliamı törədənlər mütləq mühakimə olunmalıdırlar
26 Fevral 15:44
Azərbaycan Prezidenti 4 saatdan çox davam edən mətbuat konfransında 35 media qurumunun 50-dək sualını cavablandırıb
26 Fevral 15:39
İşğaldan azad olunmuş torpaqların bərpası prosesi başlanıb
26 Fevral 15:21
Ata-baba yurdlarımız, kəndlərimiz, şəhərlərimiz abad olacaq...
26 Fevral 15:18
"Torpaqları əhəmiyyətsiz danışıqlarla yox, şəhidlərimizin qanı hesabına azad etdik"
26 Fevral 15:13
Prezident İlham Əliyev qalib Ordunun Ali Baş Komandanı kimi yenidən işğaldan azad olunmuş torpaqlarda
26 Fevral 15:08
Azərbaycan Prezidenti: Təəssüf ki, vaksinlər dünya ölkələri arasında ədalətli bölünmür
26 Fevral 15:07
Xocalı soyqırımına həsr olunmuş sərgi - “Unudulmaz faciə”
26 Fevral 15:04
Tokioda yaşayan həmyerlilərimiz Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçiriblər
26 Fevral 14:55
Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda və regionlarda ağaclar əkilib
26 Fevral 14:47
Xocalı faciəsi qurbanlarının xatirəsi Moskvada da yad edilib
26 Fevral 14:43
İğdırlılar Xocalı soyqırımını törədən vandalları qınayıblar
26 Fevral 14:40
Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir
26 Fevral 14:38
Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib
26 Fevral 14:36
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
26 Fevral 14:29
Yeni Azərbaycan Partiyasının nümayəndələri Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər
26 Fevral 14:27
Prezident İlham Əliyev: Ərazilərin bərpası üzrə böyük planlarımız var və onları reallaşdıracağıq
26 Fevral 14:23
YAP Laçın rayon təşkilatı Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfrans keçirib
26 Fevral 14:21
YAP Gənclər Birliyinin üzvləri Xocalı faciəsi qurbanlarının xatirəsinə abidəni ziyarət ediblər
26 Fevral 14:17
Əli Əhmədov: Xocalı bizim qan yaddaşımızdır
26 Fevral 14:12
YAP Tovuz rayon təşkilatı İdarə Heyətinin növbəti iclası keçirilib
26 Fevral 14:09
Arktikada buzların əriməsi qlobal iqlimə hansı dərəcədə təsir göstərə bilər?
26 Fevral 14:07
Sevinc Hüseynova: 29 il öncə baş vermiş Xocalı soyqırımı ermənilərin müharibə cinayətləri sırasında xüsusi amansızlığı ilə fərqlənir
26 Fevral 14:04
Perm Azərbaycan Gənclər Komitəsi və Qırğızıstanda yaşayan azərbaycanlı gənclər Xocalı soyqırımı ilə bağlı videoçarx hazırlayıblar
26 Fevral 13:08
Türkiyə XİN: Xocalı qətliamının açdığı yaralar bizim üçün təzədir
26 Fevral 13:05
Rəcəb Tayyib Ərdoğan: Xocalı qətliamının acısını unutmayacağıq, kədərini təkrar-təkrar yaşayacağıq
26 Fevral 13:03
Prezident İlham Əliyev: Biz yeni reallıqlar yaratmışıq, Ermənistan və bütün başqa ölkələr bu reallıqla hesablaşmalıdır
26 Fevral 13:00
ADA Universitetində Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar konfrans təşkil edilib
26 Fevral 12:37
Almaniyada Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş ənənəvi simpozium keçirilib
26 Fevral 12:33
Türkiyənin İğdır şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
26 Fevral 12:26
Prezident: Biz bundan sonra da çalışacağıq ki, dünya ölkələri Xocalı soyqırımını rəsmən tanısınlar
26 Fevral 12:25
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində İsraildə soyqırımı qurbanlarını anma günü keçirilib
26 Fevral 12:12
Azərbaycan Respublikası Milli Məclisi ilə ABŞ Konqresi arasında ikitərəfli münasibətlərə dair videokonfrans keçirilib
26 Fevral 12:11
Prezident İlham Əliyev: Biz Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq
26 Fevral 12:09
Vaşinqtonda Xocalı qətliamının ildönümü ilə əlaqədar vebinar keçirlib
26 Fevral 12:04
Beynəlxalq Türk Akademiyası Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
26 Fevral 11:41
Prezident İlham Əliyev: İndi bütün dünya bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28
HAVA HAQQINDA