Türkiyə iş adamları ilə birlikdə işğaldan azad edilmiş ərazilərimizi tezliklə dirçəldəcəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zaynalov Azərbaycanda səfərdə olan “TÜMKİAD” İş adamları və Sahibkarlar Dərnəyinin nümayəndə heyəti ilə görüşdə deyib.
O bildirib ki, 2021-ci il Azərbaycanda böyük quruculuq ilidir və iqtisadi inkişafla bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən fəaliyyətlərdə özəl sektor, sahibkarlar da fəal iştirak edəcəklər.
Sahibkarlar Konfederasiyası bu sahədə Türkiyə təcrübəsinin öyrənilməsində iş adamlarına geniş dəstək verir deyən konfederasiyanın vitse-prezidenti iki ölkə arasında biznes forumların keçirilməsinin vacibliyini vurğulayıb.
- Oxunub: 2550 |
- Tarix: 21-01-2021 |
-
Çap et |