Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezidentin köməkçisi: Vətən müharibəsi müddətində qardaş Türkiyənin mənəvi, psixoloji, siyasi, diplomatik dəstəyi çox önəmli amillərdən idi

Prezidentin köməkçisi: Vətən müharibəsi müddətində qardaş Türkiyənin mənəvi, psixoloji, siyasi, diplomatik dəstəyi çox önəmli amillərdən idi

27.01.2021 [16:12]

2018-ci ildə Bakının azad olunmasının 100 illiyi münasibətilə hər iki ölkənin prezidentlərinin iştirakı ilə keçirilən hərbi paradın çox böyük rəmzi mənası var idi. Belə ki, 100 il əvvəl Qafqaz İslam Ordusunun sıralarında türk əsgər və zabitləri qardaş Azərbaycana dəstəyə gəldilər və ölkəmizdə erməni daşnakları tərəfindən törədilən qırğınlara son qoyuldu, Bakı azad edildi. 100 il sonra keçirilən hərbi paradda qardaş ölkələrimizin müdafiə və təhlükəsizlik baxımından da sıx əməkdaşlığının təcəssümü idi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinardakı çıxışında bildirib.

Prezidentin köməkçisi ötən ilin iyul ayında Tovuz döyüşləri və xalqımızın Vətən müharibəsi zamanı qardaş Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstəkdən bəhs edərək deyib: “Xüsusilə xalqımızın Vətən müharibəsi müddətində qardaş Türkiyənin mənəvi, psixoloji, siyasi, diplomatik dəstəyi çox önəmli amillərdən idi. Həmçinin qardaş Türkiyə vətəndaşlarının xalqımıza verdiyi dəstək bizi daha da qürurlandırırdı”.

Paylaş:
Baxılıb: 174 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30