Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Vaksinasiyadan öncə və sonra: necə qidalanmalı, nəyə diqqət etməli?

Vaksinasiyadan öncə və sonra: necə qidalanmalı, nəyə diqqət etməli?

28.01.2021 [08:52]

Dünyanı öz ağuşuna alan yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə davam edir. Artıq bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılıb.
Yeri gəlmişkən, vaksinasiyadan əvvəl və sonra, həmçinin sonrakı günlərdə qida rasionu - qidalanma rejimi mütıxəssislər tərəfindən müzakirə olunan məsələlərdən biridir.
Məsələ ilə bağlı həkim-dietoloq Ləman Süleymanova bildirib ki, insan orqanizmi hər zaman immun sistemini möhkəmləndirən zülal və vitaminlərlə zəngin olmalıdır: “Əvvəla, bu məsləhətlər nəinki vaksinasiyaya hazırlaşan və vaksinasiya olunan, eləcə də sağlam olanlara da aiddir. İlk növbədə, çoxlu meyvə-tərəvəz və zülallı qidalar - yumurta, balıq, toyuq əti və qırmızı ət qəbul etmək lazımdır. Məsələ burasındadır ki, immun hüceyrələri zülalmənşəlidir və zülal defisiti olduqda virus və mikroblara qarşı müqavimət zəifləyir. Ona görə də zülallı, proteinli qidalara üstünlük vermək, nisbətən az yağların, ən az isə karbohidratların qəbul olunması məsləhət görülür”.
Onun sözlərinə görə, peyvənd vurulduqdan sonra da orqanizmdə vitamin balansını, xüsusilə də D vitaminini qorumaq çox böyük əhəmiyyət daşıyır: “Vaksinasiyaya hazırlaşanlarda xüsusi növ allergiya və yüksək hərarət yoxdursa, COVID-19-un aktiv dövrü deyilsə, rahat şəkildə peyvənd oluna bilərlər. COVID-19-a yoluxub sağalanlar orqanizmdə D vitamininin miqdarını yüksək səviyyədə saxlamağa çalışmalıdırlar, çünki ilin bu fəsli günəşli günlərin sayı az olduğuna görə onu xaricdən qəbul etməlidirlər. Həmin vitaminlər həm də antioksidantlardır. Sink və D vitamini koronavirus zamanı müqavimətin artırılması üçün vacib elementlər hesab olunur”.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 198 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30