Ana səhifə »  Xəbər lenti »  İtaliya qəzeti: “Xocalı: Azərbaycan xalqının ürəyində açıq yara”
A+   Yenilə  A-
İtaliya qəzeti: “Xocalı: Azərbaycan xalqının ürəyində açıq yara”

İtaliyanın “Lo Spessore” onlayn qəzetində Beynəlxalq Siyasət və İqtisadi Araşdırmalar İnstitutunun (İREPİ) rəhbəri, jurnalist Domeniko Letizianın müəllifliyi ilə “Xocalı: Azərbaycan xalqının ürəyində açıq yara” başlıqlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə hər il fevral ayında yaxın keçmişin amansız hadisələri ilə yadda qalan Xocalı faciəsi qurbanlarının anıldığı bildirilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən ağır və faciəvi hadisəsinin meydanına çevrildiyini xatırladan müəllif təəssüf hissi ilə ağırlığına və amansızlığına baxmayaraq, münaqişələrin tarixin qaranlıq səhifələrində qaldığını diqqətə çatdırıb.

Faciənin təfərrüatlarına gəldikdə isə D.Letisiya 1992-ci il 25 fevral gecəsində Ermənistan ordusunun keçmiş sovet qoşunlarının köməyi ilə əhalisi azərbaycanlılardan ibarət olan Xocalıya hücuma başladığını, bu addımın məhz azərbaycanlılara qarşı qırğın törətmək məqsədi daşıdığını, Xocalının talan və yerlə yeksan edildiyini xatırladıb. O bildirib ki, qırğın nəticəsində 106 qadın, 83 uşaq və 70 qoca olmaqla 613 nəfər qətlə yetirilmiş, onlardan 56 nəfəri isə xüsusi amansızlıqla öldürülmüş, 8 ailə tamamilə məhv edilmişdir. 487 sakinin cəsədləri tanınmaz şəklə salınmış, digər 1000 nəfər yaralanmış, qadınlar və uşaqlar da daxil olmaqla 1275 mülki şəxs girov götürüldükdən sonra zorakılıqlara məruz qalmış və ağır fiziki xəsarətlər almışdır. Bundan əlavə, 150 nəfərin taleyi naməlumdur.

Məqalədə 9 dekabr 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın” 2-ci maddəsinə istinad edilərək soyqırımının milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş xüsusilə ağır əməllər olduğu diqqətə çatdırılıb və bu xüsusda, Azərbaycanın illərdir ki, Xocalı soyqırımını törədənlərin cəzalandırılmasını tələb etdiyi bildirilib.

Müəllif, həmçinin Xocalıdakı vəhşiliklərin xüsusi amansızlıqla törədilməsinin məhkəmələr və beynəlxalq təşkilatlar tərəfindən tanındığını diqqətə çatdıraraq faciədən bir müddət sonra 11 mart 1992-ci ildə Avropa Şurası Nazirlər Komitəsinin bəyannaməsində insanların fərq qoyulmadan qətlə yetirilməsi və zorakılıq aktları haqqında son məlumatlardan dərindən narahatlıq keçirildiyini, Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində mülki əhaliyə qarşı zorakılıq və hücumların kəskin şəkildə pislənildiyini diqqətə çatdırıb.

Məqalədə Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarına istinadən Xocalıda törədilən cinayətlərə və onlardan irəli gələn məsuliyyətə dair heç bir şübhənin olmadığı vurğulanaraq bildirilib ki, müstəqil mənbələrdən əldə olunan hesabatlar göstərir ki, 1992-ci ilin fevral ayından 25-dən 26-na keçən gecə Xocalının ələ keçirilməsi zamanı yüzlərlə azərbaycanlı etnik mənşəyinə malik olan mülki əhalinin ələ keçirilən şəhəri tərk etməyə cəhd edən zaman şəhərə hücum edən erməni silahlıları tərəfindən öldürüldüyü, yaralandığı və girov götürüldüyü qeyd olunur. Avropa İnsan Hüquqları Məhkəməsi qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.

Məqalədə 44 günlük Vətən müharibəsi zamanı Xocalı hadisələri kimi faciəli hadisələrin baş verdiyi diqqətə çatdırılıb. Belə ki, jurnalist qeyd edib ki, Azərbaycan mülki əhalisi bir daha Ermənistan ordusunun hədəfinə çevrilmiş, hərbi əməliyyatlardan uzaq bölgələrə raket və ağır artilleriya hücumları nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 100-dən çox mülki şəxs öldürülmüş, 423 mülki isə yaralanmışdır. Müəllifin fikrincə, bütün bu hadisələr Xocalı qətliamının günahkarlarının cəzasız qalması səbəbindən baş verib, çünki cəzasızlıq yeni cinayətlərə səbəb olur.

D.Letisiya məqaləsində Xocalı soyqırımının dünyanın bir çox yerində anılan və yaddaş gününə çevrilən tarixi bir faciə olduğunu qeyd edərək bildirib ki, indiyə qədər Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Şotlandiya və Amerika Birləşmiş Ştatlarının bir sıra ştatlarının qanunverici orqanları Xocalı qətliamının qurbanlarını anmaq məqsədilə sənədlər qəbul etmişdir ki, o sənədlərdə azərbaycanlılara qarşı erməni ermənilər tərəfindən törədilmiş vəhşiliklər qeyd olunur. Məqalədə, həmçinin bir çox beynəlxalq təşkilat və qurumlar tərəfindən bu qətliamın insan ləyaqəti üçün fəlakətli bir hadisə kimi tanındığı bildirilib.

Sonda müəllif torpaqlarından didərgin salınmış bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin ailəsində kədər və davamlı nostalqiyanın hökm sürdüyünü və bunun onların qəlblərində dərin sağalmaz izlər buraxdığını bildirib. Onun fikrincə, Xocalı müasir tariximizin ağrılı səhifəsi və Azərbaycan xalqının qəlbində açıq bir yara olsa da bəlkə də ədalətin təntənəsi və günahkarların cəzalandırılması ilə bu yaraya məlhəm tapıla bilər.

Məqaləyə keçid aşağıdakı link vasitəsilə mümkündür:

https://www.lospessore.com/24/02/2021/khojaly-la-ferita-aperta-nel-cuore-del-popolo-dellazerbaigian/ .

 

 
  • Oxunub:  2850  |  
  • Tarix:  25-02-2021  |  
  •    Çap et   |  
Azərbaycan və Belarus prezidentlərinin səyləri sayəsində iki ölkə arasında dostluq münasibətləri uğurla inkişaf edir

18 Aprel 12:05
Yaxın gələcəkdə azərbaycanlı hemofiliyalı uşaqların sağlam böyümək şansları daha da artacaq
18 Aprel 12:00
Ağdamda qoyun otaran şəxs minaya düşüb, bir ayağı amputasiya edilib
18 Aprel 11:55
Azərbaycan XİN 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb
18 Aprel 11:49
Müdafiə Nazirliyi Qubadlı rayonunun Tarovlu kəndinin videogörüntülərini paylaşıb - VİDEO
18 Aprel 11:42
Uels milli komandasının nümayəndə heyəti Bakıda səfərdə olub
18 Aprel 11:38
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib
18 Aprel 11:35
Rəcəb Tayyib Ərdoğan: 2021-ci ili ölkəmiz və millətimiz üçün bir şahlanma ilinə çevirəcəyik
18 Aprel 11:31
Giləzi qəsəbəsinin yaxınlığında “Qrad” mərmisi aşkarlanıb
17 Aprel 18:13
Heydər Əliyev Sarayı “Nizami Xəzinəsindən” layihəsi çərçivəsində ədəbi-bədii kompozisiya hazırlayıb
17 Aprel 17:56
Azərbaycanda koronavirusa 2148 yeni yoluxma faktı qeydə alınıb
17 Aprel 17:51
Azərbaycanda ilk dəfə küvez içində (yataqbaşında) 600 qramlıq körpəyə qapalı ürək əməliyyatı uğurla icra olunub
17 Aprel 15:16
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
17 Aprel 15:01
Prezident İlham Əliyev kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında Fərman imzalayıb
17 Aprel 14:52
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın yaz sessiya çərçivəsində keçirilən tədbirlərdə iştirak edib
17 Aprel 14:35
ADMİU işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasına qoşulub
17 Aprel 14:26
Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili ilə bağlı ölkəmizə gələcək əcnəbilər üçün viza prosedurları sadələşdirilir
17 Aprel 14:21
ÜST rəhbəri: Dünya vaksinlərə bərabər əlçatanlığın təminatında uğursuzluğa düçar olub
17 Aprel 14:15
BDU-nun 250-dək əməkdaşı peyvənd olunub
17 Aprel 14:03
ICESCO və Azərbaycan arasında elm-texnologiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Aprel 13:56
Azərbaycanın parlament nümayəndə heyəti Sankt-Peterburqda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
17 Aprel 12:51
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
17 Aprel 12:49
Vüqar İskəndərov: Minsk qrupunun həmsədrləri postmünaqişə dövrü ilə bağlı təkliflər verməlidir
17 Aprel 12:46
Aprelin 17-si Ümumdünya Hemofiliya Günüdür
17 Aprel 12:39
Anar Məmmədov: Prezident İlham Əliyev dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir
17 Aprel 12:37
Fəqət Şadlinskaya: Azərbaycanın qarşısında duran əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızda bərpa işlərinin aparılmasıdır
17 Aprel 12:27
Kamilə Əliyeva: Ermənistan beynəlxalq humanitar hüququn qaydalarını kobud şəkildə pozur
17 Aprel 09:23
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
17 Aprel 09:17
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib
17 Aprel 09:06
YAP İdarə Heyətinin üzvü, BANM-in rektoru Elmar Qasımov partiyanın fəal gəncləri ilə görüşdü
17 Aprel 09:02
Ağdamıma əl uzadan erməninin boş dəbilqəsi
17 Aprel 08:55
“Peyvənd olunan şəxslərin sayının artması xəstəliyin ağır keçməsinin və geniş yayılmasının qarşısını alacaq”
17 Aprel 08:54
Azərbaycanın qlobal informasiya məkanında mövqeyi daha da möhkəmlənir
17 Aprel 08:50
Paşinyanın parlamentdəki çıxışı daxili vəziyyəti daha da gərginləşdirib
17 Aprel 08:45
Gültəkin Hacıbəyli yalanlar tirajlamaqla məşğuldur
16 Aprel 22:06
YAP Hacıqabul rayon təşkilatı şəhid ailələrini ziyarət edir
16 Aprel 20:40
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb
16 Aprel 20:17
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib
16 Aprel 20:07
Türkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
16 Aprel 20:05
Azərbaycanda koronavirusa 2163 yeni yoluxma faktı qeydə alınıb
16 Aprel 20:02
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək
16 Aprel 20:01
Milli Məclisdə Fransa səfiri ilə görüş olub
16 Aprel 18:53
Dövlət Vergi Xidməti: 48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi aşkarlanıb
16 Aprel 18:51
“Azərişıq” yenilikləri açıqlayıb
16 Aprel 18:39
ÜST-nin Azərbaycan nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Funksionallığın, əlilliyin və sağlamlığın beynəlxalq təsnifatı” mövzusunda təlim təşkil edib
16 Aprel 18:32
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib
16 Aprel 18:24
ÜST: Dünya pandemiya ərzində koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır
16 Aprel 18:20
Deputat: ADA Universitetində keçirilən konfrans ölkəmizin sülhsevər mövqeyinin dünyaya çatdırılması baxımından əhəmiyyətli oldu
16 Aprel 18:12
Prezident İlham Əliyev Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
16 Aprel 18:09
Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib
16 Aprel 17:56
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
16 Aprel 17:52
Statistika Komitəsi ilə UNICEF-in gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
16 Aprel 17:46
Buğda xəstəliklərinə qarşı mübarizə sahəsində regional əməkdaşlığın gücləndirilməsi üçün yeni layihəyə start verilib
16 Aprel 17:43
“Microsoft” “Windows 7” üçün yeniləmə təqdim edib
16 Aprel 17:32
Türkiyənin informasiya savaşında dəstəyi Zəfərimizə böyük töhfə oldu
16 Aprel 17:29
Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir
16 Aprel 17:28
Beşinci İslam Həmrəyliyi Oyunları 2022-ci ilə təxirə salınıb
16 Aprel 17:20
Aprelin 16-da keçirilmiş buraxılış imtahanlarının nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur
16 Aprel 17:05
Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib
16 Aprel 17:04
Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub
16 Aprel 16:57
Müdafiə Nazirliyi Qubadlı rayonunun Məmər kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Aprel 16:55
Məzahir Əfəndiyev: Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi iqtisadi təhlükəsizliyin davamlı inkişafını təmin edəcək
16 Aprel 16:39
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq
16 Aprel 16:37
Viruslara qarşı effektiv olan bitki hansıdır?
16 Aprel 16:32
Gənclər təşkilatları Hərbi Qənimətlər Parkını ziyarət ediblər
16 Aprel 16:24
Azərbaycan üçün regionun inkişafı strateji prioritetdir
16 Aprel 16:10
Təhsil Nazirliyi ilə UNICEF arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
16 Aprel 16:10
Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub
16 Aprel 16:03
Televizora çox baxmaq ürək çatışmazlığı xəstəliyi yaradır?
16 Aprel 16:01
Amerikalı həkimlər koronavirus infeksiyasına yenidən yoluxmanın səbəbini açıqlayıblar
16 Aprel 15:56
Sankt-Peterburqda Azərbaycan və Moldova parlament sədrlərinin görüşü olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+18 +22
gecə+9 +13