Ana səhifə »  Xəbər lenti »  Dmitri Savelyev: Dağlıq Qarabağ Azərbaycana rəvan şəkildə inteqrasiya olunmalıdır
A+   Yenilə  A-
Dmitri Savelyev: Dağlıq Qarabağ Azərbaycana rəvan şəkildə inteqrasiya olunmalıdır

Tarixdə elə hadisələr var ki, onlar insanların yaddaşında sağalmaz yara kimi əbədi qalır. Xocalı şəhərinin faciəsi də belə sarsıdıcı hadisələrdəndir. Bu şəhərin sakinləri Dağlıq Qarabağda törədilmiş amansızlığın qurbanları olub.

Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyevin AZƏRTAC-ın müxbiri ilə söhbəti bu barədədir. Deputat əmin olduğunu bildirib ki, Xocalı qırğınının xatırlanması dünya birliyinə millətçiliyin və ksenofobiyanın təhlükəli nəticələri barədə ciddi xəbərdarlıq olmalıdır.

-Dmitri İvanoviç, Xocalı qırğınının törədilməsindən 29 il keçir, lakin hələ də dünyanın müxtəlif guşələrində həmin faciənin xatırlanması ilə bağlı tədbirlər keçirilir. Siz bu hadisənin belə güclü rezonans doğurmasını nə ilə izah edərdiniz?

-Mənim fikrimcə, Xocalının dinc sakinlərinə divan tutulması ötən əsrin dəhşətli faciələri – Xatın, Gernika və ya Xirosima hadisələri ilə müqayisə edilə bilər. Rəmzi haldır ki, planetin müxtəlif guşələrində insanlar onlardan uzaqda yerləşən Azərbaycanın ağrı-acısına şərik olduqlarını bildirirlər. Bu insanların hər biri başa düşür ki, əgər yeni müharibələrə rəvac vermək cəhdlərinə qarşı mübarizə aparılmasa, əgər bütün dünyada silahlı münaqişələrin qarşısı alınmasa, belə müsibətlər onların da başına gələ bilər. Milli zəmində dözümsüzlük və nifrətin necə ağır nəticələrə gətirib çıxara biləcəyini anlamaq üçün Xocalı qırğını barədə xatirəni gələcək nəsillər üçün qoruyub saxlamaq lazımdır. Etnik təmizləmələr prosesində 30 mindən çox azərbaycanlı, o cümlədən 613 Xocalı sakini həlak olub, bir milyondan çox insan öz yurdundan qovulub.

Bütün bunlara baxmayaraq, Azərbaycan həmişə multikulturalizm tərəfdarı olub, millətçiliyin təhlükəli olmasını daim insanlara xatırladıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyasının əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir. Məhz bu informasiya kampaniyasının sayəsində dünyanın bir sıra ölkələri Xocalı hadisələrini soyqırım kimi rəsmən tanıyıblar.

-44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ordusu üç yüzdən çox yaşayış məntəqəsini işğaldan azad edib, Azərbaycanın əzəli torpaqları öz qanuni sahibinə qaytarılıb, Qarabağ münaqişəsinin günahsız qurbanlarının qanı yerdə qalmayıb. Siz Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasına yönəlmiş səyləri necə qiymətləndirirsiniz?

-Vaxtilə Azərbaycan Dillər Universitetinin müəllimi Yusif Savalandan eşitdiyim bir söhbət məni həqiqətən sarsıtmışdı. Onun atası Böyük Vətən müharibəsi illərində Kerç yaxınlığında almanlara əsir düşüb və cəza düşərgəsinə göndərilib. Lakin almanlar qarşılarındakı gəncin müharibəyə qədər heç vaxt əlində silah tutmamış adi kəndli olduğunu görəndə onu güllələməyiblər. Ən faciəlisi budur ki, o vaxtdan yarım əsr sonra Xocalı qırğını zamanı 83 yaşlı qoca öz evində vəhşicəsinə öldürülüb və qatillərdən heç biri ona rəhm etməyi ağlına belə gətirməyib.

Bu əhvalat sizin sualınıza ən yaxşı cavab olar. 2010-cu ildə Avropa İnsan Haqları Məhkəməsi Xocalıda mülki əhalinin qətlə yetirilməsini “müharibə cinayətlərinə və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan, xüsusi qəddarlıqla törədilən əməl” kimi tövsif edib. Buna baxmayaraq, Dağlıq Qarabağ münaqişəsini və Xocalı soyqırımını törədənlər öz cinayətlərinə görə məsuliyyətə cəlb edilməyib. Üstəlik, onlar Ermənistanın siyasi həyatında fəal iştirak edirlər. Ravvin İsrael Baruk “Xocalı: insanlıq əleyhinə cinayət” kitabında yazır ki, nasist hərbi canilərin, xüsusən öz cinayətlərinə görə lovğalananların beynəlxalq aləmdə qəbul olunmasını təsəvvür etmək mümkün deyil. Xocalı qırğınında təqsirkar olanlar beynəlxalq məhkəmə tərəfindən məsuliyyətə cəlb edilməli və faşistlər kimi cəzalandırılmalıdır.

Azərbaycan tarixi ədalətin planlı şəkildə bərpasına yönəlmiş siyasət yürüdür və mən inanıram ki, Qərbin səhnəarxası siyasi qüvvələri bu səylərə etinasız qala bilməyəcəklər, hərçənd Qərb Xocalıda etnik təmizləmələrlə bağlı faktlar haqqında hər vasitə ilə susmağı üstün tutur. Dünya ictimaiyyəti Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri pisləyəcək, dinc əhalini qətlə yetirənlər müttəhimlər kürsüsündə əyləşəcək və layiqli cəzalarını alacaqlar. Belə cinayətlərə iddia müddəti tətbiq edilə bilməz.

-Siz Azərbaycanın işğal edilmiş ərazilərinin gələcəyini, o cümlədən Xocalı şəhərinin gələcəyini necə təsəvvür edirsiniz?

-Azərbaycan həlak olanların xatirəsini ehtiramla yad etməklə bərabər daha irəli getməlidir, axı işğaldan sonra qaytarılmış 8000 kvadrat kilometr ərazidə çox işlər görülməlidir. İşğal illərində Qarabağın şərq hissəsi səhraya çevrilib, Ağdam və ya Füzuli kimi rayon mərkəzlərindəki bütün binalar dağıdılıb. Dağlıq Qarabağın bir hissəsi erməni tərəfin nəzarəti altında qalır və oraya rusiyalı sülhməramlılar yerləşdirilib. Atəşkəs haqqında üçtərəfli Bəyanat imzalanıb, lakin gələcək sülh prosesinin bir sıra detalları hələ dəqiqləşdirilməlidir.

Bir məsələ aydındır: işğaldan azad edilmiş regionda normal həyatın bərpa edilməsi üçün Azərbaycan hələ çox iş görməlidir. Şəhərləri və kəndləri təzədən tikmək, tarixi abidələri və dağıdılmış məscidləri yenidən qurmaq, müasir avtomobil magistralları və dəmir yollar salınmalıdır. Füzulidə beynəlxalq aeroport tikintisinə başlanıb. Bu aeroportun birinci uçuş zolağı cari ilin sonuna qədər istifadə verilməlidir, Azərbaycanın mədəni paytaxtı Şuşada Vaqif poeziya günləri və “Xarı bülbül” festivalı keçirilməsi nəzərdə tutulur. Əminəm ki, azərbaycanlılara xas olan əməksevərlik və işğaldan azad edilmiş ərazilərin abadlaşdırılmasına yönəlmiş səylər möcüzələr törədəcək.

Məcburi köçkünlərin doğma evlərinə qayıtması məsələsinə gəldikdə isə burada mürəkkəb məqamlar çoxdur: axı bir neçə onillik bundan əvvəl tərk edilmiş yaşayış evlərinin çoxu xarabalığa çevrilib. Buna görə qaçqınların çoxdankı arzularına çatması - Qağlıq Qarabağa qayıda bilməsi üçün şərait yaradılmalıdır. Xocalı sakini Məmməd Məmmədovun başına gələn əhvalat məni çox mütəəssir etdi. O, doğma yurdundan götürdüyü bir ovuc torpağı və bir qab suyu 28 il qoruyub saxlayıb, onları özünün yeganə fərəh mənbəyi hesab edib.

Məcburi köçkünlərin Xankəndiyə, Xocalıya və Xocavənd rayonuna qayıda bilmələri üçün Dağlıq Qarabağ rəvan şəkildə Azərbaycana inteqrasiya olunmalı, Azərbaycan və erməni icmaları arasında mehriban qonşuluq münasibətləri qaydaya salınmalıdır, ona görə ki, gələcəkdə dinc yaşamağın başqa yolu yoxdur. Xocalı isə hökmən memorial-şəhərə çevriləcək. Azərbaycan rəhbərliyinin elan etdiyi kimi orada “Xocalı soyqırımı” muzeyi açılacaq. Bu, Xocalı qurbanlarının xatirə yeri olacaq və gələcək nəsillərə bir daha xatırladacaq ki, Yer üzündə dözümsüzlüyə və millətçiliyə yol verilməməlidir.

 
  • Oxunub:  2700  |  
  • Tarix:  25-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir

15 Aprel 18:25
Hərbi Qənimətlər Parkı revanşistlər üçün ibrət dərsi, növbəti “Dəmir yumruq” xəbərdarlığıdır
15 Aprel 18:22
YAP Nəsimi rayon təşkilatının nümayəndələri şəhid Dmitri Solnsevin məzarını ziyarət ediblər
15 Aprel 18:05
Azərbaycanın qeyri-neft sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə 1-ci yerdədir
15 Aprel 17:29
Yevlaxda "Dini radikalizm, ekstremizm və narkomaniya milli təhlükəsizliyimizə təhdiddir" mövzusunda regional videokonfrans keçirilib
15 Aprel 17:11
Elçin Quliyev: Azərbaycan Prezidenti beynəlxalq konfrans vasitəsilə dünyaya mühüm mesajlar verdi
15 Aprel 16:35
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə Türkiyənin müvafiq qurumları arasında yüksək səviyyəli əməkdaşlıq inkişaf edir
15 Aprel 16:33
Milli Məclisin sədri Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
15 Aprel 16:29
İtaliya Senatının komissiya sədri özünün “Twitter” səhifəsində Ağdama səfəri ilə bağlı paylaşım edib
15 Aprel 16:28
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
15 Aprel 16:21
Deputat: Hərbi Qənimətlər Parkı müharibənin bütün mərhələlərini özündə əks etdirir
15 Aprel 16:19
ADA Universitetində keçirilən konfransda dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri ilə yanaşı, olduqca mühüm mesajlar da çatdırıldı
15 Aprel 16:16
Şəhid Murad Məmmədovun xatirəsinə həsr edilmiş onlayn şahmat turnirinin açılış mərasimi keçirilib
15 Aprel 16:03
Avropa Olimpiya təsnifat turnirində 3 taekvondoçumuz iştirak edəcək
15 Aprel 16:01
COVID-19: Dünyada bu günədək 825 milyon dozadan çox vaksinləmə aparılıb
15 Aprel 15:58
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub
15 Aprel 15:57
Yaponiyanın ölkəmizdəki səfiri Şəkidə olub
15 Aprel 15:43
Türkiyə ilə sosial sahədə əməkdaşlıq daha da genişlənəcək
15 Aprel 15:18
Salyan və Sabirabadda KOB dostları fəaliyyətə başlayıb
15 Aprel 15:16
BƏƏ-nin müvəqqəti işlər vəkili: Azərbaycandakı multikulturalizmə və tolerantlığa heyran qalmışam
15 Aprel 14:39
Bir qrup jurnalist Ağdama səfər edib
15 Aprel 14:22
Mövlud Çavuşoğlu: Türkiyə Ukrayna-Rusiya böhranında neytral mövqe tutur
15 Aprel 14:19
Qitələrarası velosiped yarışı bu il pandemiya şərtləri çərçivəsində keçirilir
15 Aprel 13:31
Yevlaxda şəhid Əli Məmmədovun xatirəsi anılıb
15 Aprel 13:28
Sabah tam orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanlarında 18 mindən çox şagird iştirak edəcək
15 Aprel 13:26
Andrey Petrov: Əgər Ermənistanı qarşıdurmanın yenidən başlanmasına kənardan sövq etməyi dayandırsalar, o halda problemin həlli mümkünsüz görünməyəcək
15 Aprel 13:24
Deputat: Azərbaycanın tarixi Qələbəsi regional əməkdaşlığın və inkişafın yeni mərhələsinə keçidi şərtləndirib
15 Aprel 13:21
Onlar bizə əmanət!
15 Aprel 13:14
“Israel HaYom” nəşri: azərbaycanlı qaçqınlar doğma yurdlarına qayıdacaqlar
15 Aprel 13:10
Azərbaycan ilə Meksika arasında ədəbi əlaqələr müzakirə edilib
15 Aprel 13:07
YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Ədalət Fərəcovun 85 illik yubileyi münasibətilə görüş keçirilib
15 Aprel 12:52
Orduda gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir
15 Aprel 12:29
“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir
15 Aprel 12:15
Nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi ilə əlaqədar qaynar xətt yaradılıb
15 Aprel 12:13
Fərid Şəfiyev Ermənistanın baş nazirinin “Dağlıq Qarabağı qaytarmaq” iddialarını şərh edib
15 Aprel 12:03
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva arasında əlaqələr möhkəmlənir
15 Aprel 12:02
Azərbaycan əhalisinin sayı 10 milyon 127 min 127 nəfərə çatıb
15 Aprel 11:50
Fərrux Sədirov: Ramazan ayında insanların iftar süfrələrində sıx toplaşması yoluxma təhlükəsini 4-5 dəfə artırır
15 Aprel 11:49
Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib
15 Aprel 11:46
Əhliman Əmiraslanov: Regionun inkişafı Azərbaycan üçün strateji prioritetdir
15 Aprel 11:40
“Azərenerji”: “Yaşma” yarımstansiyası əsaslı şəkildə yenidən qurulur
15 Aprel 11:31
“Foreign Policy News” nəşri Azərbaycan Prezidentinin Cənubi Qafqazın gələcəyinə dair fikirlərini işıqlandırıb
15 Aprel 11:13
Anadolu agentliyi Belarus Prezidentinin Azərbaycana səfərini geniş işıqlandırıb
15 Aprel 11:12
ADA Universitetində Virtual Karyera Sərgisi keçirilir
15 Aprel 10:42
Ermənistan başa düşməlidir ki, onun yeganə çıxış yolu qonşuları ilə münasibətləri normallaşdırmaqdan keçir
15 Aprel 10:34
Akademik Zərifə Əliyevanın tədqiqatları Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir
15 Aprel 10:29
BMT nümayəndələri Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrinə səfər ediblər
15 Aprel 09:51
Tarixi və ədalətli zəfərin əbədi rəmzi – Hərbi Qənimətlər Parkı
15 Aprel 09:43
Ordumuzun tarixi qələbəsi hər bir azərbaycanlıda böyük qürur və fəxarət hissi doğurur
15 Aprel 09:04
Prezident İlham Əliyev dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir
15 Aprel 08:54
YAP Gənclər Birliyi növbəti dönəmdə təkcə partiyamızın deyil, bütün Azərbaycan gəncliyinin vahid birliyinə çevrilməyi hədəfləyir
15 Aprel 08:50
YAP Ağdaş rayon təşkilatı şəhid ailələri ilə görüşləri davam etdirir
15 Aprel 08:49
YAP Bərdə rayon təşkilatının üzvləri şəhid Asif Abışovun ailəsini ziyarət ediblər
15 Aprel 08:47
Elşən Musayev: Beynəlxalq təşkilatlar minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsinə etiraz etməlidirlər
15 Aprel 08:46
Asim Mollazadə: Azərbaycanda vaksinasiya prosesi uğurla həyata keçirilir
15 Aprel 08:45
Qulamhüseyn Əlibəyli: Azərbaycanın dinc əhalisinə qarşı qadağan edilmiş silahlardan istifadə olunması müharibə cinayətidir
15 Aprel 08:44
Sübut Əsədov: Ermənistanın ərazilərimizi kütləvi şəkildə minalaması ciddi problem olaraq qalmaqdadır
15 Aprel 08:42
AXC-“Müsavat” cütlüyü Azərbaycan xalqına xəyanət edib
15 Aprel 08:41
Ermənistanda xaos...
15 Aprel 08:38
“Vətəndaşlar mütləq şəkildə vaksinasiya prosesində aktiv olmalıdırlar”
15 Aprel 08:36
Regionlarda pambıqçılığın inkişafı diqqət mərkəzindədir
14 Aprel 21:22
“XXI əsr: milli-mənəvi dəyərlər və gender siyasəti” mövzusunda videokonfrans keçirilib
14 Aprel 21:15
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ikinci iclası keçirilib
14 Aprel 21:14
ADA Universitetində keçirilən konfransda Azərbaycan Prezidenti liderlik və intellektual potensialını bir daha ortaya qoydu
14 Aprel 20:36
XİN: Vasitəçi rolunda çıxış edən bir ölkənin rəsmi nümayəndəsinin verdiyi şərhlərə daha məsuliyyətlə yanaşması gərəkdir
14 Aprel 20:29
Deputat: Azərbaycanın regionda əməkdaşlıq yaratması beynəlxalq uğurumuzdur
14 Aprel 20:25
Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
14 Aprel 19:13
“Azərpoçt”la Türkiyə Dövlət Poçt və Teleqraf Təşkilatının rəhbərləri müzakirələr aparıb
14 Aprel 19:12
Deputat: Hərbi Qənimətlər Parkı hər bir azərbaycanlı üçün qürur mənbəyi və and yeridir
14 Aprel 18:59
Ədliyyə Nazirliyi probasiya fəaliyyətində elektron nəzarət vasitələrinin tətbiqinə dair onlayn brifinq keçirib
14 Aprel 18:56
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri başa çatıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+18 +21
gecə+10 +12