Ana səhifə »  Xəbər lenti »  Ədəbiyyat Muzeyində “Xocalının sağalmayan yarası” adlı elmi sessiya keçirilib
A+   Yenilə  A-
Ədəbiyyat Muzeyində “Xocalının sağalmayan yarası” adlı elmi sessiya keçirilib

Dünyanın XX yüzillikdə şahidi olduğu ən müdhiş soyqırımlarından biri kimi artıq ölkəmizdən kənarlarda da yaxşı bəlli olan Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə fevralın 25-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi sessiya keçirilib.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, muzey əməkdaşlarının bir hissəsinin əyani olaraq iştirak etdiyi, digər əməkdaşlarınsa videokonfrans formatında qatıldığı “Xocalının sağalmayan yarası” adlı elmi sessiyada üç məruzə dinlənilib.

Muzeyin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov “Dünyanın daha artıq tanımalı olduğu Xocalı faciəsi” mövzusunda məruzəsində XX əsrdə Azərbaycan xalqının bir neçə dəfə soyqırımına uğradıldığını bildirərək bu faciələrin dünya ictimaiyyətinə təfərrüatı ilə çatdırılmasının vacib olduğunu vurğulayıb. O, Azərbaycanın məruz qaldığı soyqırımları haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində uzun zaman imkanlarımızın məhdud olduğunu, ilk dəfə Prezident İlham Əliyevin təşəbbüsü ilə hələ 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri olarkən hazırlanmış “Azərbaycan xalqına qarşı Ermənistanın törətdiyi soyqırımlarının tanınması haqqında” tövsiyə üçün qətnaməni diqqətə çatdırıb.

Dövlətimizin istər 1918-ci ilin martında xalqımıza qarşı törədilmiş soyqırımları, istər XX əsr boyu icra edilmiş digər bu qəbil cinayətlər, istərsə də Xocalı faciəsini dünyaya bütün gerçəkləri ilə təqdim etmək yolunda son 20 ildə böyük işlər gördüyünü, çoxlu kitablar nəşr etdiyini söyləyən akademik Rafael Hüseynov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşkilatçılığı ilə son illərdə dünyada getdikdə daha artıq vüsət alan və təbliğat baxımdan mühüm nəticələri olan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasını xüsusi vurğulayıb.

Xocalı faciəsi haqqında dünya ekranına çıxa biləcək bədii və sənədli filmlərin yaranmasının, bu soyqırımını daha çox dövlət və parlamentlərin rəsmən tanıması üçün ardıcıl iş aparmağın zəruriliyindən bəhs edən Rafael Hüseynov deyib: “Xocalı faciəsi milli tariximizin sağalmayan bir yarasıdır. Bu, insanlığa qarşı törədilmiş cinayətlərdəndir ki, gec-tez əlləri həmin qana bulaşanların beynəlxalq tribunal qarşısında ittiham olunacağı labüddür. Biz Xocalı soyqırımını hər il yalnız kədərə dalmaq, o acıları bir daha xatırlamaq üçün yığılmırıq. Bu, elə bir tarix dərsidir ki, onu unutmaq olmaz. Biz imkan verməməliyik ki, yaddaşlarda bu faciənin göynərtisi soyusun. Hər yeni nəsil və dünya millətimizə qarşı törədilmiş soyqırımından təfərrüatı ilə daim agah olmalıdır”.

Daha sonra muzeyin “Komparativistika və bədii tərcümə” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şəfəq Əlibəyli elmi sessiyada “Xocalıya gedən yol” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi 1992-ci ilin şaxtalı fevral gecəsində Xocalı torpağında görünməmiş qəddarlıqla törədilən insan qətliamı hadisəsini həmin günlərin canlı şahidlərinin dili ilə yad edib.

Elmi sessiyada muzeyin Xurşidbanu Natəvan adına Qarabağ filialının əməkdaşı Rəhman Baxşəliyev də çıxış edərək mənfur düşmənin Xocalı şəhərində törətdiyi dəhşətli dağıntıların mahiyyətində Qarabağın dağlıq hissəsinin əzəli sakinləri olan azərbaycanlıların oradakı qədim tarixi izlərini silmək niyyətinin gizləndiyini ifadə edib.

Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən elmi sessiyaya yekun vuran akademik Rafael Hüseynov qeyd edib ki, 1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsini sındırmaq, onun müstəqillik arzularını qəlbindəcə boğmağa hesablanmışdısa, Xocalı faciəsi də artıq yenidən bərpa olunmuş dövlət müstəqilliyimizi laxlatmaq, xalqda xof yaratmaq üçün xarici qüvvələrin həyata keçirdiyi bir qəsd idi. “Lakin Azərbaycan xalqı və dövləti bu çətin sınaqlardan mətanətlə keçdi və artıq öz dövlət müstəqilliyinin 30-cu ilini müzəffər xalq kimi qarşılamağa doğru inamla irəliləməkdədir. İstiqlalımıza, müstəqilliyimizə gedən yolda Xocalı soyqırımı ən ağır aşırımlardan biri idi ki, biz onun dərslərini və ibrətlərini hər yeni xoşbəxt günümüz içərisində hökmən xatırlamalıyıq”, – deyə akademik Rafael Hüseynov Bakıda soyqırımlarımızın tarixini əks etdirən layiqli bir muzeyin yaradılmasının da zəruri olduğunu söyləyib.

 
  • Oxunub:  2400  |  
  • Tarix:  25-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir

15 Aprel 18:25
Hərbi Qənimətlər Parkı revanşistlər üçün ibrət dərsi, növbəti “Dəmir yumruq” xəbərdarlığıdır
15 Aprel 18:22
YAP Nəsimi rayon təşkilatının nümayəndələri şəhid Dmitri Solnsevin məzarını ziyarət ediblər
15 Aprel 18:05
Azərbaycanın qeyri-neft sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə 1-ci yerdədir
15 Aprel 17:29
Yevlaxda "Dini radikalizm, ekstremizm və narkomaniya milli təhlükəsizliyimizə təhdiddir" mövzusunda regional videokonfrans keçirilib
15 Aprel 17:11
Elçin Quliyev: Azərbaycan Prezidenti beynəlxalq konfrans vasitəsilə dünyaya mühüm mesajlar verdi
15 Aprel 16:35
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə Türkiyənin müvafiq qurumları arasında yüksək səviyyəli əməkdaşlıq inkişaf edir
15 Aprel 16:33
Milli Məclisin sədri Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
15 Aprel 16:29
İtaliya Senatının komissiya sədri özünün “Twitter” səhifəsində Ağdama səfəri ilə bağlı paylaşım edib
15 Aprel 16:28
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
15 Aprel 16:21
Deputat: Hərbi Qənimətlər Parkı müharibənin bütün mərhələlərini özündə əks etdirir
15 Aprel 16:19
ADA Universitetində keçirilən konfransda dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri ilə yanaşı, olduqca mühüm mesajlar da çatdırıldı
15 Aprel 16:16
Şəhid Murad Məmmədovun xatirəsinə həsr edilmiş onlayn şahmat turnirinin açılış mərasimi keçirilib
15 Aprel 16:03
Avropa Olimpiya təsnifat turnirində 3 taekvondoçumuz iştirak edəcək
15 Aprel 16:01
COVID-19: Dünyada bu günədək 825 milyon dozadan çox vaksinləmə aparılıb
15 Aprel 15:58
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub
15 Aprel 15:57
Yaponiyanın ölkəmizdəki səfiri Şəkidə olub
15 Aprel 15:43
Türkiyə ilə sosial sahədə əməkdaşlıq daha da genişlənəcək
15 Aprel 15:18
Salyan və Sabirabadda KOB dostları fəaliyyətə başlayıb
15 Aprel 15:16
BƏƏ-nin müvəqqəti işlər vəkili: Azərbaycandakı multikulturalizmə və tolerantlığa heyran qalmışam
15 Aprel 14:39
Bir qrup jurnalist Ağdama səfər edib
15 Aprel 14:22
Mövlud Çavuşoğlu: Türkiyə Ukrayna-Rusiya böhranında neytral mövqe tutur
15 Aprel 14:19
Qitələrarası velosiped yarışı bu il pandemiya şərtləri çərçivəsində keçirilir
15 Aprel 13:31
Yevlaxda şəhid Əli Məmmədovun xatirəsi anılıb
15 Aprel 13:28
Sabah tam orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanlarında 18 mindən çox şagird iştirak edəcək
15 Aprel 13:26
Andrey Petrov: Əgər Ermənistanı qarşıdurmanın yenidən başlanmasına kənardan sövq etməyi dayandırsalar, o halda problemin həlli mümkünsüz görünməyəcək
15 Aprel 13:24
Deputat: Azərbaycanın tarixi Qələbəsi regional əməkdaşlığın və inkişafın yeni mərhələsinə keçidi şərtləndirib
15 Aprel 13:21
Onlar bizə əmanət!
15 Aprel 13:14
“Israel HaYom” nəşri: azərbaycanlı qaçqınlar doğma yurdlarına qayıdacaqlar
15 Aprel 13:10
Azərbaycan ilə Meksika arasında ədəbi əlaqələr müzakirə edilib
15 Aprel 13:07
YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Ədalət Fərəcovun 85 illik yubileyi münasibətilə görüş keçirilib
15 Aprel 12:52
Orduda gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir
15 Aprel 12:29
“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir
15 Aprel 12:15
Nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi ilə əlaqədar qaynar xətt yaradılıb
15 Aprel 12:13
Fərid Şəfiyev Ermənistanın baş nazirinin “Dağlıq Qarabağı qaytarmaq” iddialarını şərh edib
15 Aprel 12:03
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva arasında əlaqələr möhkəmlənir
15 Aprel 12:02
Azərbaycan əhalisinin sayı 10 milyon 127 min 127 nəfərə çatıb
15 Aprel 11:50
Fərrux Sədirov: Ramazan ayında insanların iftar süfrələrində sıx toplaşması yoluxma təhlükəsini 4-5 dəfə artırır
15 Aprel 11:49
Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib
15 Aprel 11:46
Əhliman Əmiraslanov: Regionun inkişafı Azərbaycan üçün strateji prioritetdir
15 Aprel 11:40
“Azərenerji”: “Yaşma” yarımstansiyası əsaslı şəkildə yenidən qurulur
15 Aprel 11:31
“Foreign Policy News” nəşri Azərbaycan Prezidentinin Cənubi Qafqazın gələcəyinə dair fikirlərini işıqlandırıb
15 Aprel 11:13
Anadolu agentliyi Belarus Prezidentinin Azərbaycana səfərini geniş işıqlandırıb
15 Aprel 11:12
ADA Universitetində Virtual Karyera Sərgisi keçirilir
15 Aprel 10:42
Ermənistan başa düşməlidir ki, onun yeganə çıxış yolu qonşuları ilə münasibətləri normallaşdırmaqdan keçir
15 Aprel 10:34
Akademik Zərifə Əliyevanın tədqiqatları Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir
15 Aprel 10:29
BMT nümayəndələri Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrinə səfər ediblər
15 Aprel 09:51
Tarixi və ədalətli zəfərin əbədi rəmzi – Hərbi Qənimətlər Parkı
15 Aprel 09:43
Ordumuzun tarixi qələbəsi hər bir azərbaycanlıda böyük qürur və fəxarət hissi doğurur
15 Aprel 09:04
Prezident İlham Əliyev dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir
15 Aprel 08:54
YAP Gənclər Birliyi növbəti dönəmdə təkcə partiyamızın deyil, bütün Azərbaycan gəncliyinin vahid birliyinə çevrilməyi hədəfləyir
15 Aprel 08:50
YAP Ağdaş rayon təşkilatı şəhid ailələri ilə görüşləri davam etdirir
15 Aprel 08:49
YAP Bərdə rayon təşkilatının üzvləri şəhid Asif Abışovun ailəsini ziyarət ediblər
15 Aprel 08:47
Elşən Musayev: Beynəlxalq təşkilatlar minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsinə etiraz etməlidirlər
15 Aprel 08:46
Asim Mollazadə: Azərbaycanda vaksinasiya prosesi uğurla həyata keçirilir
15 Aprel 08:45
Qulamhüseyn Əlibəyli: Azərbaycanın dinc əhalisinə qarşı qadağan edilmiş silahlardan istifadə olunması müharibə cinayətidir
15 Aprel 08:44
Sübut Əsədov: Ermənistanın ərazilərimizi kütləvi şəkildə minalaması ciddi problem olaraq qalmaqdadır
15 Aprel 08:42
AXC-“Müsavat” cütlüyü Azərbaycan xalqına xəyanət edib
15 Aprel 08:41
Ermənistanda xaos...
15 Aprel 08:38
“Vətəndaşlar mütləq şəkildə vaksinasiya prosesində aktiv olmalıdırlar”
15 Aprel 08:36
Regionlarda pambıqçılığın inkişafı diqqət mərkəzindədir
14 Aprel 21:22
“XXI əsr: milli-mənəvi dəyərlər və gender siyasəti” mövzusunda videokonfrans keçirilib
14 Aprel 21:15
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ikinci iclası keçirilib
14 Aprel 21:14
ADA Universitetində keçirilən konfransda Azərbaycan Prezidenti liderlik və intellektual potensialını bir daha ortaya qoydu
14 Aprel 20:36
XİN: Vasitəçi rolunda çıxış edən bir ölkənin rəsmi nümayəndəsinin verdiyi şərhlərə daha məsuliyyətlə yanaşması gərəkdir
14 Aprel 20:29
Deputat: Azərbaycanın regionda əməkdaşlıq yaratması beynəlxalq uğurumuzdur
14 Aprel 20:25
Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
14 Aprel 19:13
“Azərpoçt”la Türkiyə Dövlət Poçt və Teleqraf Təşkilatının rəhbərləri müzakirələr aparıb
14 Aprel 19:12
Deputat: Hərbi Qənimətlər Parkı hər bir azərbaycanlı üçün qürur mənbəyi və and yeridir
14 Aprel 18:59
Ədliyyə Nazirliyi probasiya fəaliyyətində elektron nəzarət vasitələrinin tətbiqinə dair onlayn brifinq keçirib
14 Aprel 18:56
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri başa çatıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+18 +21
gecə+10 +12