Ana səhifə »  Xəbər lenti »  Almaniyada Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş ənənəvi simpozium keçirilib
A+   Yenilə  A-
Almaniyada Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş ənənəvi simpozium keçirilib

Azərbaycanın Almaniyadakı səfirliyi və Alman-Azərbaycan Forumunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının ildönümünə həsr olunmuş “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri“ mövzusunda doqquzuncu simpozium keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlki illərdə bir qayda olaraq Almaniya Bundestaqının nəzdindəki Alman Parlament Cəmiyyətində keçirilən simpozium bu dəfə pandemiya ilə əlaqədar onlayn formatda baş tutub.

Alman-Azərbaycan Forumunun sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer simpoziumu giriş sözü ilə açaraq, Xocalı qətliamı və 44 günlük müharibə, eləcə də Azərbaycan-Almaniya münasibətlərinin müxtəlif aspektlərinə toxunub.

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov tədbirdə çıxış edərək, Xocalı soyqırımı haqqında ətraflı danışıb, hadisələrə beynəlxalq hüquq və aidiyyəti təşkilatların sənədlərinə əsasən qiymət verib, bu cinayətin bütün məsuliyyətinin Ermənistanın üzərinə düşdüyünü vurğulayıb. Bildirib ki, Xocalı soyqırımından 29 il keçməsinə baxmayaraq, Ermənistan nəinki bu cinayətin səbəbkarlarını cəzalandırmayıb, Azərbaycan xalqı ilə barışıq üçün heç bir addım atmayıb, əksinə, Xocalı cinayətkarlarına Ermənistanda yüksək vəzifələr verilib. Səfir qeyd edib ki, dünyanın Ermənistanın beynəlxalq hüququ pozmasına və insanlığa qarşı törətdiyi cinayətlərə göz yumması cinayətkar ölkənin rəhbərliyinin daha da azğınlaşmasına, nəticədə Nikol Paşinyanın rəhbərliyi altında hazırki hökumətin ölkəmizə qarşı daha təcavüzkar və populist davranmasına həvəsləndirib, bu isə ötən ilin sentyabrın 27-də Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək üçün əks-hücum əməliyyatı başlamasına gətirib çıxarıb.

Vətən müharibəsindən danışan Ramin Həsənov Ermənistanın bu dəfə də müharibə cinayətləri törətməsini, mülki əhaliyə və mülki obyektlərə qarşı kasetli bombalar və ballistik raketlərlə hücum etməsi, nəticədə 100-dən çox mülki vətəndaşımızın həlak olması və yüzlərlə mülki obyektin dağıdıldığını vurğulayıb. Səfir münaqişənin başa çatmasından sonra yaranmış vəziyyət, mövcud çağırışlar və Azərbaycanın post-münaqişə dövrü üçün baxışları barədə məlumat verib. 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar bəyanatlarının, eləcə də Azərbaycan, Ermənistan və Rusiya arasında yaradılmış işçi qrupun fəaliyyətinin bölgədə davamlı sülh və regional əməkdaşlığın təmin edilməsi üçün yaxşı imkanlar yaratdığını vurğulayan diplomat Azərbaycan Prezidenti İlham Əliyevin “üç+üç” əməkdaşlıq platforması təşəbbüsünə toxunub, Azərbaycanın regionda sülhə xidmət edən digər ideyalar üçün də açıq olduğunu qeyd edib, Almaniya və digər Avropa ölkələrinin post-münaqişə dövrünün yenidənqurma və etimad quruculuğuna verə biləcəyi töhfələri sadalayıb.

Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri, AFR-in keçmiş ətraf mühit naziri Barbara Hendriks çıxış edərək, regionda barışığa nail olunmasının yollarından danışıb. O, Avropa təcrübəsinə istinad edərək, ilk növbədə, keçmiş münaqişə tərəfləri arasında ümumi iqtisadi maraqların müəyyən edilməsini təklif edib. Eyni zamanda, tərəfləri nifrət və müharibə ritorikasına son qoymağa, qarşı tərəf üçün həssaslıq kəsb edən məsələlərdə ehtiyatlı davranmağa, ilk növbədə, iqtisadi əməkdaşlıq və layihələr vasitəsilə etimad yaratmağa çağırıb.

Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov Xocalı qətliamının bir sıra ölkələrdə soyqırımı və insanlığa qarşı cinayət kimi tanındığını bildirib və Avropa dövlətlərinin də bu addımı atmasına çağırış edib. Deputat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin uzun müddətə dondurulmasının və beynəlxalq hüquqa etinasız yanaşmanın yaratdığı nəticələrdən danışıb. Nurlan Həsənov 10 noyabr bəyanatının münaqişəyə son qoyduğunu bildirərək, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına dair baxışlarını bölüşüb, Almaniya və Avropa İttifaqından gözləntilərini səsləndirib.

Potsdam Universitetinin siyasi iqtisad üzrə professoru, Dağlıq Qarabağ məsələsi üzrə mütəxəssis Vilfrid Fuhrman regionda post-münaqişə dövründə iqtisadi əməkdaşlığın imkanlarından danışıb, regional əməkdaşlığın sülhyaratma potensialını vurğulayıb. Bildirib ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə artıq bir sıra layihələrə start verib və regiondakı sülh və sabitliyə töhfə vermək istəyən aktorları bu layihələrə dəstək göstərməyə çağırıb.

Onlayn tədbirdə Bundestaqın deputatları və əməkdaşları, Almaniyanın Xarici İşlər Nazirliyinin nümayəndələri, siyasi, elmi və mədəni dairələrin, KİV-lərin, Almaniyada akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin, Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

 
  • Oxunub:  2730  |  
  • Tarix:  26-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir

15 Aprel 18:25
Hərbi Qənimətlər Parkı revanşistlər üçün ibrət dərsi, növbəti “Dəmir yumruq” xəbərdarlığıdır
15 Aprel 18:22
YAP Nəsimi rayon təşkilatının nümayəndələri şəhid Dmitri Solnsevin məzarını ziyarət ediblər
15 Aprel 18:05
Azərbaycanın qeyri-neft sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə 1-ci yerdədir
15 Aprel 17:29
Yevlaxda "Dini radikalizm, ekstremizm və narkomaniya milli təhlükəsizliyimizə təhdiddir" mövzusunda regional videokonfrans keçirilib
15 Aprel 17:11
Elçin Quliyev: Azərbaycan Prezidenti beynəlxalq konfrans vasitəsilə dünyaya mühüm mesajlar verdi
15 Aprel 16:35
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə Türkiyənin müvafiq qurumları arasında yüksək səviyyəli əməkdaşlıq inkişaf edir
15 Aprel 16:33
Milli Məclisin sədri Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
15 Aprel 16:29
İtaliya Senatının komissiya sədri özünün “Twitter” səhifəsində Ağdama səfəri ilə bağlı paylaşım edib
15 Aprel 16:28
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
15 Aprel 16:21
Deputat: Hərbi Qənimətlər Parkı müharibənin bütün mərhələlərini özündə əks etdirir
15 Aprel 16:19
ADA Universitetində keçirilən konfransda dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri ilə yanaşı, olduqca mühüm mesajlar da çatdırıldı
15 Aprel 16:16
Şəhid Murad Məmmədovun xatirəsinə həsr edilmiş onlayn şahmat turnirinin açılış mərasimi keçirilib
15 Aprel 16:03
Avropa Olimpiya təsnifat turnirində 3 taekvondoçumuz iştirak edəcək
15 Aprel 16:01
COVID-19: Dünyada bu günədək 825 milyon dozadan çox vaksinləmə aparılıb
15 Aprel 15:58
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub
15 Aprel 15:57
Yaponiyanın ölkəmizdəki səfiri Şəkidə olub
15 Aprel 15:43
Türkiyə ilə sosial sahədə əməkdaşlıq daha da genişlənəcək
15 Aprel 15:18
Salyan və Sabirabadda KOB dostları fəaliyyətə başlayıb
15 Aprel 15:16
BƏƏ-nin müvəqqəti işlər vəkili: Azərbaycandakı multikulturalizmə və tolerantlığa heyran qalmışam
15 Aprel 14:39
Bir qrup jurnalist Ağdama səfər edib
15 Aprel 14:22
Mövlud Çavuşoğlu: Türkiyə Ukrayna-Rusiya böhranında neytral mövqe tutur
15 Aprel 14:19
Qitələrarası velosiped yarışı bu il pandemiya şərtləri çərçivəsində keçirilir
15 Aprel 13:31
Yevlaxda şəhid Əli Məmmədovun xatirəsi anılıb
15 Aprel 13:28
Sabah tam orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanlarında 18 mindən çox şagird iştirak edəcək
15 Aprel 13:26
Andrey Petrov: Əgər Ermənistanı qarşıdurmanın yenidən başlanmasına kənardan sövq etməyi dayandırsalar, o halda problemin həlli mümkünsüz görünməyəcək
15 Aprel 13:24
Deputat: Azərbaycanın tarixi Qələbəsi regional əməkdaşlığın və inkişafın yeni mərhələsinə keçidi şərtləndirib
15 Aprel 13:21
Onlar bizə əmanət!
15 Aprel 13:14
“Israel HaYom” nəşri: azərbaycanlı qaçqınlar doğma yurdlarına qayıdacaqlar
15 Aprel 13:10
Azərbaycan ilə Meksika arasında ədəbi əlaqələr müzakirə edilib
15 Aprel 13:07
YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Ədalət Fərəcovun 85 illik yubileyi münasibətilə görüş keçirilib
15 Aprel 12:52
Orduda gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir
15 Aprel 12:29
“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir
15 Aprel 12:15
Nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi ilə əlaqədar qaynar xətt yaradılıb
15 Aprel 12:13
Fərid Şəfiyev Ermənistanın baş nazirinin “Dağlıq Qarabağı qaytarmaq” iddialarını şərh edib
15 Aprel 12:03
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva arasında əlaqələr möhkəmlənir
15 Aprel 12:02
Azərbaycan əhalisinin sayı 10 milyon 127 min 127 nəfərə çatıb
15 Aprel 11:50
Fərrux Sədirov: Ramazan ayında insanların iftar süfrələrində sıx toplaşması yoluxma təhlükəsini 4-5 dəfə artırır
15 Aprel 11:49
Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib
15 Aprel 11:46
Əhliman Əmiraslanov: Regionun inkişafı Azərbaycan üçün strateji prioritetdir
15 Aprel 11:40
“Azərenerji”: “Yaşma” yarımstansiyası əsaslı şəkildə yenidən qurulur
15 Aprel 11:31
“Foreign Policy News” nəşri Azərbaycan Prezidentinin Cənubi Qafqazın gələcəyinə dair fikirlərini işıqlandırıb
15 Aprel 11:13
Anadolu agentliyi Belarus Prezidentinin Azərbaycana səfərini geniş işıqlandırıb
15 Aprel 11:12
ADA Universitetində Virtual Karyera Sərgisi keçirilir
15 Aprel 10:42
Ermənistan başa düşməlidir ki, onun yeganə çıxış yolu qonşuları ilə münasibətləri normallaşdırmaqdan keçir
15 Aprel 10:34
Akademik Zərifə Əliyevanın tədqiqatları Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir
15 Aprel 10:29
BMT nümayəndələri Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrinə səfər ediblər
15 Aprel 09:51
Tarixi və ədalətli zəfərin əbədi rəmzi – Hərbi Qənimətlər Parkı
15 Aprel 09:43
Ordumuzun tarixi qələbəsi hər bir azərbaycanlıda böyük qürur və fəxarət hissi doğurur
15 Aprel 09:04
Prezident İlham Əliyev dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir
15 Aprel 08:54
YAP Gənclər Birliyi növbəti dönəmdə təkcə partiyamızın deyil, bütün Azərbaycan gəncliyinin vahid birliyinə çevrilməyi hədəfləyir
15 Aprel 08:50
YAP Ağdaş rayon təşkilatı şəhid ailələri ilə görüşləri davam etdirir
15 Aprel 08:49
YAP Bərdə rayon təşkilatının üzvləri şəhid Asif Abışovun ailəsini ziyarət ediblər
15 Aprel 08:47
Elşən Musayev: Beynəlxalq təşkilatlar minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsinə etiraz etməlidirlər
15 Aprel 08:46
Asim Mollazadə: Azərbaycanda vaksinasiya prosesi uğurla həyata keçirilir
15 Aprel 08:45
Qulamhüseyn Əlibəyli: Azərbaycanın dinc əhalisinə qarşı qadağan edilmiş silahlardan istifadə olunması müharibə cinayətidir
15 Aprel 08:44
Sübut Əsədov: Ermənistanın ərazilərimizi kütləvi şəkildə minalaması ciddi problem olaraq qalmaqdadır
15 Aprel 08:42
AXC-“Müsavat” cütlüyü Azərbaycan xalqına xəyanət edib
15 Aprel 08:41
Ermənistanda xaos...
15 Aprel 08:38
“Vətəndaşlar mütləq şəkildə vaksinasiya prosesində aktiv olmalıdırlar”
15 Aprel 08:36
Regionlarda pambıqçılığın inkişafı diqqət mərkəzindədir
14 Aprel 21:22
“XXI əsr: milli-mənəvi dəyərlər və gender siyasəti” mövzusunda videokonfrans keçirilib
14 Aprel 21:15
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ikinci iclası keçirilib
14 Aprel 21:14
ADA Universitetində keçirilən konfransda Azərbaycan Prezidenti liderlik və intellektual potensialını bir daha ortaya qoydu
14 Aprel 20:36
XİN: Vasitəçi rolunda çıxış edən bir ölkənin rəsmi nümayəndəsinin verdiyi şərhlərə daha məsuliyyətlə yanaşması gərəkdir
14 Aprel 20:29
Deputat: Azərbaycanın regionda əməkdaşlıq yaratması beynəlxalq uğurumuzdur
14 Aprel 20:25
Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
14 Aprel 19:13
“Azərpoçt”la Türkiyə Dövlət Poçt və Teleqraf Təşkilatının rəhbərləri müzakirələr aparıb
14 Aprel 19:12
Deputat: Hərbi Qənimətlər Parkı hər bir azərbaycanlı üçün qürur mənbəyi və and yeridir
14 Aprel 18:59
Ədliyyə Nazirliyi probasiya fəaliyyətində elektron nəzarət vasitələrinin tətbiqinə dair onlayn brifinq keçirib
14 Aprel 18:56
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri başa çatıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+18 +21
gecə+10 +12