Ana səhifə »  Xəbər lenti »  ADA Universitetində Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar konfrans təşkil edilib
A+   Yenilə  A-
ADA Universitetində Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar konfrans təşkil edilib

Fevralın 26-da ADA Universitetinin və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş konfrans keçirilib. Tədbirdə xarici ölkələrin səfirləri, bu ali təhsil müəssisəsinin müəllimləri və tələbələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsini əks etdirən sərgi ilə tanış olublar.

Xocalı soyqırımının Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliyinin acı nümunəsi olduğunu deyən ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib: “Bu gün Xocalı faciəsindən 29 il ötür. Bu faciə müasir Azərbaycanın, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixində ən faciəli gündür. Həmin gün yüzlərlə dinc insan - qadınlar, uşaqlar vəhşiliklə qətlə yetirilib, minlərlə insan əsir götürülüb. Məhz 29 il bundan əvvəl fevralın 26-da Xocalı faciəsinin qurbanları özlərinin adlarını əbədi yaşadıblar”.

Rektor Hafiz Paşayev diqqətə çatdırıb ki, Azərbaycan müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə çoxsaylı qurbanlar verib. Bu anım mərasiminin məqsədi odur ki, gənclərimiz bu günü unutmasınlar, onu müstəqilliyimizin təsdiqi kimi xatırlasınlar. Rektor vurğulayıb ki, Xocalı qurbanlarının ruhu bizi böyük Qələbəmizə aparan xüsusi çağırış olub. “Bu il Xocalı faciəsinin ildönümünü və faciə qurbanlarının xatirəsi fərqli şəkildə - qalib ruhu ilə anırıq. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq ərazi bütövlümüzü bərpa edib. Böyük Qələbəmizin nəticəsində Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qanı yerdə qalmayıb”, - deyə rektor bildirib.

Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov qeyd edib ki, bu gün Ermənistanın onilliklər ərzində Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliyin ən dəhşətli nümunəsi olan Xocalı faciəsindən 29 il ötür. Bu faciənin Azərbaycan xalqının qəlbində açdığı yaralar hələ sağalmayıb. Bu qətliamı törədənlər, faciənin səbəbkarları, qatillərin cəzası hələ də verilməyib. Nazir bildirib ki, artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əksini tapır. Dünyanın 15-dən çox ölkəsi parlament səviyyəsində, eləcə də ABŞ-ın 25-dən artıq ştatı, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb.

Nazir Ceyhun Bayramov, həmçinin deyib: “Xocalı soyqırımı ədalət tələb edir. Azərbaycan dövləti günahkarların ədalət məhkəməsi qarşısına çıxarılması üçün bütün mümkün addımları atacaq. Bütün dövlətlər bu faciəyə münasibət bildirməlidir.

Artıq torpaqlarımız işğaldan azad edilib. 44 günlük Vətən müharibəsi Qələbəmizlə başa çatıb. Biz müharibə dövründə də erməni terrorunun bir daha şahidi olduq. Döyüş bölgəsindən xeyli uzaqda yerləşən şəhərlərin raket atəşinə tutulması, gecə saatlarında dinc insanların ölümünə səbəb olan vəhşilik insanlığa sığmır. Ermənistan cəmiyyətində cəzasızlıq sindromu hökm sürür. Günahkarlar cəzalarını alacaqlar”.

İmzalanan üçtərəfli Bəyanatdan və Azərbaycanın mövqeyindən də danışan nazir deyib: “Üçtərəfli Bəyanat regionda yeni imkanlar yaradır. Bu Bəyanat təhlükəsizliyə, sülh və dinc yaşayışa yönəlib. Azərbaycanın bununla bağlı mövqeyi birmənalıdır. Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüququn normalarına riayət edir. Biz sülh və təhlükəsizliyin tərəfindəyik”.

Xarici işlər naziri bütün ölkələri və dövlətləri, beynəlxalq təşkilatları Xocalı faciəsinə münasibət bildirməyə çağırıb. Deyib ki, bu faciəyə beynəlxalq müstəvidə hüquqi-siyasi qiymət verilməlidir.

Dünya şöhrətli azərbaycanlı fotoqraf Reza Deqati tədbir iştirakçılarını Azərbaycanda müstəqillik dövründə və ondan əvvəlki illərdə gördüyü işlərlə tanış edib. Fotoqraf 20 Yanvar və Xocalı faciələri zamanı çəkdiyi şəkillər barədə məlumat verib. Bildirib ki, bir çox müharibələrdə iştirak edib, amma heç yerdə ermənilərin törətdikləri vəhşiliyin şahidi olmayıb.

Sonra Dağlıq Qarabağ Azərbaycan icmasının üzvü, Xocalı faciəsinin şahidi Samirə Hüseynova və ADA Universitetinin məzunu, Vətən müharibəsinin iştirakçısı Kamran Abbasov faciə ilə bağlı fikirlərini bölüşüblər.

 
  • Oxunub:  2910  |  
  • Tarix:  26-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir

15 Aprel 17:29
Yevlaxda "Dini radikalizm, ekstremizm və narkomaniya milli təhlükəsizliyimizə təhdiddir" mövzusunda regional videokonfrans keçirilib
15 Aprel 17:11
Elçin Quliyev: Azərbaycan Prezidenti beynəlxalq konfrans vasitəsilə dünyaya mühüm mesajlar verdi
15 Aprel 16:35
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə Türkiyənin müvafiq qurumları arasında yüksək səviyyəli əməkdaşlıq inkişaf edir
15 Aprel 16:33
Milli Məclisin sədri Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
15 Aprel 16:29
İtaliya Senatının komissiya sədri özünün “Twitter” səhifəsində Ağdama səfəri ilə bağlı paylaşım edib
15 Aprel 16:28
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
15 Aprel 16:21
Deputat: Hərbi Qənimətlər Parkı müharibənin bütün mərhələlərini özündə əks etdirir
15 Aprel 16:19
ADA Universitetində keçirilən konfransda dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri ilə yanaşı, olduqca mühüm mesajlar da çatdırıldı
15 Aprel 16:16
Şəhid Murad Məmmədovun xatirəsinə həsr edilmiş onlayn şahmat turnirinin açılış mərasimi keçirilib
15 Aprel 16:03
Avropa Olimpiya təsnifat turnirində 3 taekvondoçumuz iştirak edəcək
15 Aprel 16:01
COVID-19: Dünyada bu günədək 825 milyon dozadan çox vaksinləmə aparılıb
15 Aprel 15:58
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub
15 Aprel 15:57
Yaponiyanın ölkəmizdəki səfiri Şəkidə olub
15 Aprel 15:43
Türkiyə ilə sosial sahədə əməkdaşlıq daha da genişlənəcək
15 Aprel 15:18
Salyan və Sabirabadda KOB dostları fəaliyyətə başlayıb
15 Aprel 15:16
BƏƏ-nin müvəqqəti işlər vəkili: Azərbaycandakı multikulturalizmə və tolerantlığa heyran qalmışam
15 Aprel 14:39
Bir qrup jurnalist Ağdama səfər edib
15 Aprel 14:22
Mövlud Çavuşoğlu: Türkiyə Ukrayna-Rusiya böhranında neytral mövqe tutur
15 Aprel 14:19
Qitələrarası velosiped yarışı bu il pandemiya şərtləri çərçivəsində keçirilir
15 Aprel 13:31
Yevlaxda şəhid Əli Məmmədovun xatirəsi anılıb
15 Aprel 13:28
Sabah tam orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanlarında 18 mindən çox şagird iştirak edəcək
15 Aprel 13:26
Andrey Petrov: Əgər Ermənistanı qarşıdurmanın yenidən başlanmasına kənardan sövq etməyi dayandırsalar, o halda problemin həlli mümkünsüz görünməyəcək
15 Aprel 13:24
Deputat: Azərbaycanın tarixi Qələbəsi regional əməkdaşlığın və inkişafın yeni mərhələsinə keçidi şərtləndirib
15 Aprel 13:21
Onlar bizə əmanət!
15 Aprel 13:14
“Israel HaYom” nəşri: azərbaycanlı qaçqınlar doğma yurdlarına qayıdacaqlar
15 Aprel 13:10
Azərbaycan ilə Meksika arasında ədəbi əlaqələr müzakirə edilib
15 Aprel 13:07
YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Ədalət Fərəcovun 85 illik yubileyi münasibətilə görüş keçirilib
15 Aprel 12:52
Orduda gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir
15 Aprel 12:29
“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir
15 Aprel 12:15
Nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi ilə əlaqədar qaynar xətt yaradılıb
15 Aprel 12:13
Fərid Şəfiyev Ermənistanın baş nazirinin “Dağlıq Qarabağı qaytarmaq” iddialarını şərh edib
15 Aprel 12:03
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva arasında əlaqələr möhkəmlənir
15 Aprel 12:02
Azərbaycan əhalisinin sayı 10 milyon 127 min 127 nəfərə çatıb
15 Aprel 11:50
Fərrux Sədirov: Ramazan ayında insanların iftar süfrələrində sıx toplaşması yoluxma təhlükəsini 4-5 dəfə artırır
15 Aprel 11:49
Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib
15 Aprel 11:46
Əhliman Əmiraslanov: Regionun inkişafı Azərbaycan üçün strateji prioritetdir
15 Aprel 11:40
“Azərenerji”: “Yaşma” yarımstansiyası əsaslı şəkildə yenidən qurulur
15 Aprel 11:31
“Foreign Policy News” nəşri Azərbaycan Prezidentinin Cənubi Qafqazın gələcəyinə dair fikirlərini işıqlandırıb
15 Aprel 11:13
Anadolu agentliyi Belarus Prezidentinin Azərbaycana səfərini geniş işıqlandırıb
15 Aprel 11:12
ADA Universitetində Virtual Karyera Sərgisi keçirilir
15 Aprel 10:42
Ermənistan başa düşməlidir ki, onun yeganə çıxış yolu qonşuları ilə münasibətləri normallaşdırmaqdan keçir
15 Aprel 10:34
Akademik Zərifə Əliyevanın tədqiqatları Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir
15 Aprel 10:29
BMT nümayəndələri Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrinə səfər ediblər
15 Aprel 09:51
Tarixi və ədalətli zəfərin əbədi rəmzi – Hərbi Qənimətlər Parkı
15 Aprel 09:43
Ordumuzun tarixi qələbəsi hər bir azərbaycanlıda böyük qürur və fəxarət hissi doğurur
15 Aprel 09:04
Prezident İlham Əliyev dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir
15 Aprel 08:54
YAP Gənclər Birliyi növbəti dönəmdə təkcə partiyamızın deyil, bütün Azərbaycan gəncliyinin vahid birliyinə çevrilməyi hədəfləyir
15 Aprel 08:50
YAP Ağdaş rayon təşkilatı şəhid ailələri ilə görüşləri davam etdirir
15 Aprel 08:49
YAP Bərdə rayon təşkilatının üzvləri şəhid Asif Abışovun ailəsini ziyarət ediblər
15 Aprel 08:47
Elşən Musayev: Beynəlxalq təşkilatlar minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsinə etiraz etməlidirlər
15 Aprel 08:46
Asim Mollazadə: Azərbaycanda vaksinasiya prosesi uğurla həyata keçirilir
15 Aprel 08:45
Qulamhüseyn Əlibəyli: Azərbaycanın dinc əhalisinə qarşı qadağan edilmiş silahlardan istifadə olunması müharibə cinayətidir
15 Aprel 08:44
Sübut Əsədov: Ermənistanın ərazilərimizi kütləvi şəkildə minalaması ciddi problem olaraq qalmaqdadır
15 Aprel 08:42
AXC-“Müsavat” cütlüyü Azərbaycan xalqına xəyanət edib
15 Aprel 08:41
Ermənistanda xaos...
15 Aprel 08:38
“Vətəndaşlar mütləq şəkildə vaksinasiya prosesində aktiv olmalıdırlar”
15 Aprel 08:36
Regionlarda pambıqçılığın inkişafı diqqət mərkəzindədir
14 Aprel 21:22
“XXI əsr: milli-mənəvi dəyərlər və gender siyasəti” mövzusunda videokonfrans keçirilib
14 Aprel 21:15
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ikinci iclası keçirilib
14 Aprel 21:14
ADA Universitetində keçirilən konfransda Azərbaycan Prezidenti liderlik və intellektual potensialını bir daha ortaya qoydu
14 Aprel 20:36
XİN: Vasitəçi rolunda çıxış edən bir ölkənin rəsmi nümayəndəsinin verdiyi şərhlərə daha məsuliyyətlə yanaşması gərəkdir
14 Aprel 20:29
Deputat: Azərbaycanın regionda əməkdaşlıq yaratması beynəlxalq uğurumuzdur
14 Aprel 20:25
Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
14 Aprel 19:13
“Azərpoçt”la Türkiyə Dövlət Poçt və Teleqraf Təşkilatının rəhbərləri müzakirələr aparıb
14 Aprel 19:12
Deputat: Hərbi Qənimətlər Parkı hər bir azərbaycanlı üçün qürur mənbəyi və and yeridir
14 Aprel 18:59
Ədliyyə Nazirliyi probasiya fəaliyyətində elektron nəzarət vasitələrinin tətbiqinə dair onlayn brifinq keçirib
14 Aprel 18:56
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri başa çatıb

14 Aprel 18:54
“The Guardian” YAP haqqında böhtan yazısına görə təkzib verməlidir


14 Aprel 18:52
Cəmil Həsənliyə görə istefa verdiyini deyən şəxs 2020-ci ildə YAP sıralarından xaric edilib

14 Aprel 18:49
YAP Nəsimi rayon təşkilatı “Şəhid qardaşıma məktub” layihəsinə start verib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+18 +21
gecə+10 +12