Ana səhifə »  Xəbər lenti »  Prezident İlham Əliyev qalib Ordunun Ali Baş Komandanı kimi yenidən işğaldan azad olunmuş torpaqlarda
A+   Yenilə  A-
Prezident İlham Əliyev qalib Ordunun Ali Baş Komandanı kimi yenidən işğaldan azad olunmuş torpaqlarda

Uzun illər düşmən tapdağı altında qalan əzəli torpaqlarımız, nəhayət ki, Ali Baş Komandan İlham Əliyev cənablarının eləcə də, mübariz xalqımızın dəmir yumruq kimi birləşməsi nəticəsində 44 günlük müharibə ilə geri alındı. Torpaqlarımız 30 ildir ki, məruz qaldıqları erməni vandalizmindən can qurtardı və öz doğma sahiblərinə qaytarıldı. Bundan sonra dövlətimiz və xalqımız qarşısında duran əsas məsələ igidlərimizin canı-qanı bahasına işğaldan azad etdiyi həmin əraziləri dirçəltmək, o torpaqlara həyatın, canlılığın qaytarılmasını təmin etməkdir. Bu istiqamətdə artıq bir çox addımlar atılmış, əməli fəaliyyətə start verilmişdir.

Müharibənin aktiv dövrünün bitməsindən hələ 3 aydan bir qədər artıq müddət  keçməsinə baxmayaraq artıq həmin torpaqlarda quruculuq və infrastruktur işləri reallaşdırılmağa başlanılmışdır. Belə ki, 14 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olmuş, bir sıra təməl qoyma mərasimlərində və açılışda iştirak etmişlər. Burada Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin, Güləbird Su Elektrik Stansiyasının təməlini qoymuş, Bəsitçay Dövlət Təbiət Qoruğuna baş çəkmiş və bir sıra vacib açıqlamalar vermişdir.

Ölkə başçısı səfəri zamanı çıxışında vurğulamışdır ki, torpaqların bərpası prosesi artıq başlamışdır. Bəli, hazırda ölkə başçısı cənab İlham Əliyevin göstərişi ilə azad olunmuş bütün şəhərlərin baş planları hazırlanmaqda və sürətli şəkildə infrastruktur layihələri icra olunmaqdadır. Belə ki, 14 fevral tarixində,  müharibənin aktiv dövrünün bitməsindən cəmi 3 aydan bir qədər artıq müddət  keçdiyi halda ölkə başçısının iştirakı ilə ilk infrastruktur layihəsi istifadəyə verildi. Sözügedən stansiya 8 meqavat gücündə olmaqla, təxminən 7000 nəfər əhalini elektrik enerjisi ilə təmin edəcəkdir.

Əminliklə deyə bilərik ki, ölkə başçısının işğaldan azad olunmuş rayonlara hər səfəri xalqımızda dərin məmnunluq və qürur hissi yaradır. 30 ildir ki, həsrətini çəkdiyimiz torpaqlarda ölkə başçımızın qalib ordunun Ali Baş Komandanı kimi səfər etməsi, orada açıqlamalar verməsi hər birimizin qəlbinin fərəhlə döyünməsini səbəb olur.

Azərbaycan Ordusu işğal altında olan torpaqları canı, qanı bahasına işğaldan azad etdi. Ali Baş Komandan cənab ilham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun qarşısı alınmaz gücü və Azərbaycan  xalqının bir yumruq kimi birləşərək Ordusuna və onun ali baş komandanına qeyd-şərtsiz dəstəyi Ermənistanı təslim olmağa və  kapitulyasiya aktına imza atmağa məcbur etdi.

Böyük qürur hissi ilə bildirmək istərdim ki, rayonumuz da bu prosesdə iştirak etmiş, Vətən Müharibəsinə igidlər göndərmiş, şəhidlər vermişdir. Vətən müharibəsi başlanan gündən etibarən rayon üzrə 56 sakinimiz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən səfərbərliyə cəlb olunmuşdur. Səfərbərliklə gedən rayon sakinlərindən hər biri böyük şücaət və qəhrəmanlıq göstərmiş, onlardan 13 nəfəri ümumilikdə 19 medalla təltif olunmuşdur. Təəssüf ki, qalibiyyət itkisiz ola bilməz. Rayonumuz da bu müharibədə itki verdi. İki gəncimiz vətən uğrunda şəhid oldu. Əlbəttə ki, onların ailələri və bizlərə əmanət etdikləri övladları daim hər birimizin nəzərində olacaqdır.

Bildirmək istərdim ki, Pirallahı rayonu gənc rayondur. Yaradılmasından cəmi səkkiz il keçib. Ancaq rayon yarandığı gündən aparılan ilk abadlıq-quruculuq tədbirləri sırasında 3-ü Milli Qəhrəman olmaqla 39 şəhidimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə onların hər birinin şəkillərinin əks olunduğu “Vətən uğurunda abidə kompleksi”nin inşa edilməsi olmuşdur. O cümlədən, abidə kompleksinə artıq 44 günlük Vətən Müharibəsində iştirak etmiş və şəhid olmuş 2 hərbiçimizin də şəkilləri həkk olunmuşdur. Bununla yanaşı, şəhidlərdən yeddisinin adı küçələrə, ikisinin adı isə məktəblərə verilmişdir. Şəhid ailələrimiz daim Rayon İcra Hakimiyyətinin və rayonda fəaliyyət göstərən digər təşkilatların diqqətində saxlanılmışdır. Onların hər biri daim hər birimiz üçün əziz və doğmadır. İndiyə qədər olduğu kimi, bundan sonra da şəhidlərimizin əziz xatirəsi qəlblərimizdə yaşayacaq, şəhid ailələrinə qayğı və diqqət davam etdiriləcəkdir. Ölkə başçısının dediyi kimi, qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı. Allah şəhidlərimizə rəhmət etsin!

Xəyalə Cavanşirli

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

 
  • Oxunub:  3030  |  
  • Tarix:  26-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir

15 Aprel 19:14
Qaqauziya başqanı Azərbaycana dəstəyini ifadə edib
15 Aprel 19:12
Özbəkistanla Pakistan arasında əlaqələrin möhkəmləndirilməsinə dair sənədlər imzalanıb
15 Aprel 19:08
Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı sistemində növbəti məşğələlər keçirilib
15 Aprel 19:01
“BakuBus” MMC-nin Müşahidə Şurasının ilk iclası keçirilib
15 Aprel 18:51
XİN: Ümid edirik ki, həmsədrlər yeni vəziyyətdə sülhün möhkəmlənməsi istiqamətində mümkün rollarına dair təkliflərini təqdim edəcəklər
15 Aprel 18:25
Hərbi Qənimətlər Parkı revanşistlər üçün ibrət dərsi, növbəti “Dəmir yumruq” xəbərdarlığıdır
15 Aprel 18:22
YAP Nəsimi rayon təşkilatının nümayəndələri şəhid Dmitri Solnsevin məzarını ziyarət ediblər
15 Aprel 18:05
Azərbaycanın qeyri-neft sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə 1-ci yerdədir
15 Aprel 17:27
Yevlaxda “Dini radikalizm, ekstremizm və narkomaniya milli təhlükəsizliyimizə təhdiddir” mövzusunda regional videokonfrans keçirilib
15 Aprel 17:11
Elçin Quliyev: Azərbaycan Prezidenti beynəlxalq konfrans vasitəsilə dünyaya mühüm mesajlar verdi
15 Aprel 16:35
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə Türkiyənin müvafiq qurumları arasında yüksək səviyyəli əməkdaşlıq inkişaf edir
15 Aprel 16:33
Milli Məclisin sədri Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
15 Aprel 16:29
İtaliya Senatının komissiya sədri özünün “Twitter” səhifəsində Ağdama səfəri ilə bağlı paylaşım edib
15 Aprel 16:28
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
15 Aprel 16:21
Deputat: Hərbi Qənimətlər Parkı müharibənin bütün mərhələlərini özündə əks etdirir
15 Aprel 16:19
ADA Universitetində keçirilən konfransda dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri ilə yanaşı, olduqca mühüm mesajlar da çatdırıldı
15 Aprel 16:16
Şəhid Murad Məmmədovun xatirəsinə həsr edilmiş onlayn şahmat turnirinin açılış mərasimi keçirilib
15 Aprel 16:03
Avropa Olimpiya təsnifat turnirində 3 taekvondoçumuz iştirak edəcək
15 Aprel 16:01
COVID-19: Dünyada bu günədək 825 milyon dozadan çox vaksinləmə aparılıb
15 Aprel 15:58
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub
15 Aprel 15:57
Yaponiyanın ölkəmizdəki səfiri Şəkidə olub
15 Aprel 15:43
Türkiyə ilə sosial sahədə əməkdaşlıq daha da genişlənəcək
15 Aprel 15:18
Salyan və Sabirabadda KOB dostları fəaliyyətə başlayıb
15 Aprel 15:16
BƏƏ-nin müvəqqəti işlər vəkili: Azərbaycandakı multikulturalizmə və tolerantlığa heyran qalmışam
15 Aprel 14:39
Bir qrup jurnalist Ağdama səfər edib
15 Aprel 14:22
Mövlud Çavuşoğlu: Türkiyə Ukrayna-Rusiya böhranında neytral mövqe tutur
15 Aprel 14:19
Qitələrarası velosiped yarışı bu il pandemiya şərtləri çərçivəsində keçirilir
15 Aprel 13:31
Yevlaxda şəhid Əli Məmmədovun xatirəsi anılıb
15 Aprel 13:28
Sabah tam orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanlarında 18 mindən çox şagird iştirak edəcək
15 Aprel 13:26
Andrey Petrov: Əgər Ermənistanı qarşıdurmanın yenidən başlanmasına kənardan sövq etməyi dayandırsalar, o halda problemin həlli mümkünsüz görünməyəcək
15 Aprel 13:24
Deputat: Azərbaycanın tarixi Qələbəsi regional əməkdaşlığın və inkişafın yeni mərhələsinə keçidi şərtləndirib
15 Aprel 13:21
Onlar bizə əmanət!
15 Aprel 13:14
“Israel HaYom” nəşri: azərbaycanlı qaçqınlar doğma yurdlarına qayıdacaqlar
15 Aprel 13:10
Azərbaycan ilə Meksika arasında ədəbi əlaqələr müzakirə edilib
15 Aprel 13:07
YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Ədalət Fərəcovun 85 illik yubileyi münasibətilə görüş keçirilib
15 Aprel 12:52
Orduda gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir
15 Aprel 12:29
“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir
15 Aprel 12:15
Nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi ilə əlaqədar qaynar xətt yaradılıb
15 Aprel 12:13
Fərid Şəfiyev Ermənistanın baş nazirinin “Dağlıq Qarabağı qaytarmaq” iddialarını şərh edib
15 Aprel 12:03
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva arasında əlaqələr möhkəmlənir
15 Aprel 12:02
Azərbaycan əhalisinin sayı 10 milyon 127 min 127 nəfərə çatıb
15 Aprel 11:50
Fərrux Sədirov: Ramazan ayında insanların iftar süfrələrində sıx toplaşması yoluxma təhlükəsini 4-5 dəfə artırır
15 Aprel 11:49
Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib
15 Aprel 11:46
Əhliman Əmiraslanov: Regionun inkişafı Azərbaycan üçün strateji prioritetdir
15 Aprel 11:40
“Azərenerji”: “Yaşma” yarımstansiyası əsaslı şəkildə yenidən qurulur
15 Aprel 11:31
“Foreign Policy News” nəşri Azərbaycan Prezidentinin Cənubi Qafqazın gələcəyinə dair fikirlərini işıqlandırıb
15 Aprel 11:13
Anadolu agentliyi Belarus Prezidentinin Azərbaycana səfərini geniş işıqlandırıb
15 Aprel 11:12
ADA Universitetində Virtual Karyera Sərgisi keçirilir
15 Aprel 10:42
Ermənistan başa düşməlidir ki, onun yeganə çıxış yolu qonşuları ilə münasibətləri normallaşdırmaqdan keçir
15 Aprel 10:34
Akademik Zərifə Əliyevanın tədqiqatları Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir
15 Aprel 10:29
BMT nümayəndələri Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrinə səfər ediblər
15 Aprel 09:51
Tarixi və ədalətli zəfərin əbədi rəmzi – Hərbi Qənimətlər Parkı
15 Aprel 09:43
Ordumuzun tarixi qələbəsi hər bir azərbaycanlıda böyük qürur və fəxarət hissi doğurur
15 Aprel 09:04
Prezident İlham Əliyev dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir
15 Aprel 08:54
YAP Gənclər Birliyi növbəti dönəmdə təkcə partiyamızın deyil, bütün Azərbaycan gəncliyinin vahid birliyinə çevrilməyi hədəfləyir
15 Aprel 08:50
YAP Ağdaş rayon təşkilatı şəhid ailələri ilə görüşləri davam etdirir
15 Aprel 08:49
YAP Bərdə rayon təşkilatının üzvləri şəhid Asif Abışovun ailəsini ziyarət ediblər
15 Aprel 08:47
Elşən Musayev: Beynəlxalq təşkilatlar minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsinə etiraz etməlidirlər
15 Aprel 08:46
Asim Mollazadə: Azərbaycanda vaksinasiya prosesi uğurla həyata keçirilir
15 Aprel 08:45
Qulamhüseyn Əlibəyli: Azərbaycanın dinc əhalisinə qarşı qadağan edilmiş silahlardan istifadə olunması müharibə cinayətidir
15 Aprel 08:44
Sübut Əsədov: Ermənistanın ərazilərimizi kütləvi şəkildə minalaması ciddi problem olaraq qalmaqdadır
15 Aprel 08:42
AXC-“Müsavat” cütlüyü Azərbaycan xalqına xəyanət edib
15 Aprel 08:41
Ermənistanda xaos...
15 Aprel 08:38
“Vətəndaşlar mütləq şəkildə vaksinasiya prosesində aktiv olmalıdırlar”
15 Aprel 08:36
Regionlarda pambıqçılığın inkişafı diqqət mərkəzindədir
14 Aprel 21:22
“XXI əsr: milli-mənəvi dəyərlər və gender siyasəti” mövzusunda videokonfrans keçirilib
14 Aprel 21:15
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ikinci iclası keçirilib
14 Aprel 21:14
ADA Universitetində keçirilən konfransda Azərbaycan Prezidenti liderlik və intellektual potensialını bir daha ortaya qoydu
14 Aprel 20:36
XİN: Vasitəçi rolunda çıxış edən bir ölkənin rəsmi nümayəndəsinin verdiyi şərhlərə daha məsuliyyətlə yanaşması gərəkdir
14 Aprel 20:29
Deputat: Azərbaycanın regionda əməkdaşlıq yaratması beynəlxalq uğurumuzdur

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+18 +21
gecə+10 +12