Ana səhifə »  Xəbər lenti »  Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir
A+   Yenilə  A-
Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib.
Prezident İlham Əliyev şəhid ailələri və müharibə əlillərinə hər zaman xüsusi qayğı göstərib, bu məsələyə dövlət siyasətində prioritet istiqamət kimi yanaşıb. Ümummilli Liderimiz Heydər Əliyevin xalqın təkidi ilə yenidən ölkə rəhbərliyinə gəlməsi ilə mühüm önəm verilən bu xətt dövlətimizin başçısının prezidentlik fəaliyyətinin ötən dövründə daim diqqət mərkəzində saxlanılıb. Belə ki, Dövlət başçımız İlham Əliyevin 17 il prezidentlik fəaliyyəti dövründə xalqımız bunun şahididir. Yüzlərlə şəhid ailəsi mənzillə təmin olunub. Şəhid övladlarının təhsil haqları dövlət tərəfindən ödənilib, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri ayrılıb, onlara müavinət, pensiya ilə yanaşı, Prezident təqaüdü təyin edilib. Bütün bunlarla bərabər, şəhid adının əbədiləşdirilməsi ilə bağlı önəmli addımlar atılıb, torpaqlarımızın azadlığı uğurunda qəhrəmanlıqla həlak olanların xatirəsi daim yad edilib. Xüsusilə, Birinci Qarabağ müharibəsindən ötən il parlaq qələbəmizlə başa çatan Vətən savaşınadək olan uzun bir dövr ərzində Ümummilli Liderimiz Heydər Əliyev və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən şəhid ailələri və müharibə əlillərinə göstərilən diqqət və qayğı Azərbaycan cəmiyyətində, xüsusilə gənclərdə milli-mənəvi, vətənpərvərlik hisslərinin gücləndirilməsinə böyük təsir göstərib. Vətən müharibəsi günlərində vətəndaşlarımızın cənab İlham Əliyevin ətrafında sıx birləşməsi, əsgər və zabitlərimizin işğalçı Ermənistan ordusuna qarşı əzmlə vuruşmaları və döyüşlərdə qəhrəmanlıq nümunələri göstərmələrinin bir səbəbi də məhz bu amillə bağlı idi. 
Fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində Prezidenti İlham Əliyev bildirib ki: “Mən deyirdim, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın və imkan vermədik. Bütün gücümüzü səfərbər etdik, bir çox illər ərzində ardıcıl siyasət apardıq, həm beynəlxalq müstəvidə, həm iqtisadi sahədə, həm qonşu ölkələrlə münasibətlərdə, regional layihələrin icrasında və əlbəttə ki, ordu quruculuğunun təkmilləşdirilməsi üçün böyük işlər gördük. Eyni zamanda, gənc, vətənpərvər, Vətəni hər şeydən çox sevən nəsil yetişdi. Bax, bu nəsil torpaqlarımızı azad etdi”.
Belə bir parlaq qələbəyə imza atan şəhidlərimizin ailələrinə, qazilərimizə hazırda da həssaslıqla yanaşılır, problemlərinin həll olunması diqqət mərkəzində saxlanılır. Cənab Prezidentin vurğuladığı kimi, müharibədən cəmi üç ay yarım keçməsinə baxmayaraq, şəhid ailələri və müharibə əlilləri üçün yüksək səviyyədə yaşayış kompleksi, şəhərcik inşa edilir. Həmçinin işğaldan azad olunmuş ərazilər bərpa olunur. Yəni Azərbaycan iqtisadiyyatını və ordusunu daha da gücləndirir. Ermənistanda isə siyasi qarşıdurma, hakimiyyət uğrunda mübarizə gedir. Bu ölkənin gələcəyə nikbin baxmağa imkan verən heç bir resursu, potensialı yoxdur. Ermənistanın yeganə çıxış yolu müharibədən sonrakı reallıqla barışaraq, qonşu ölkələrlə münasibətləri normallaşdırmaq, kommunikasiyaların açılmasına nail olmaqla iqtisadi tənəzzüldən çıxmağa cəhd göstərməkdir.
Dövlətimizin başçısı çıxışında şəhid ailələri və müharibə əlillərinin qarşılaşdıqları problemlərin həlli istiqamətində böyük səy göstərdiyini qeyd edərək, bildirib ki, ölkə rəhbərinin bu sahədəki siyasəti birmənalıdır. Elə bunun nəticəsidir ki, son 17 il ərzində müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib, 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilib. Bu il isə 3 minə yaxın mənzilin ayrılması nəzərdə tutulub. Eləcə də, Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə 1200 yerlik məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Dövlət başçısı tərəfindən cari ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək. Həmçinin, ehtiyacı olan bütün qazilərə dövlət tərəfindən lazımi köməklik göstəriləcəkdir. Belə ki, qazilərə tibbi yardım əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində də göstəriləcəkdir. Orada minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilibdir. 300-dən çox qazimiz bu protezlərlə təmin ediləcək. Ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilib və onlar normal həyata dönə biliblər.
Beləliklə, göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı və kompleks tədbirlər makroiqtisadi sabitliyin daha da möhkəmlənməsinə, ölkənin dayanıqlı inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfələr verir. Digər tərəfdən, bu siyasətin əsas mahiyyəti şəhid ailələri, müharibə əlilləri üçün dayanıqlı təminat sistemini yaratmaq, bununla da, onların həyat şəraitinin və sosial müdafiəsinin uzunmüddətli yaxşılaşdırılmasına nail olmaqdır. Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması bunları bir daha təsdiqləyir. Bir sözlə, görünən odur ki, əhalisinin sosial müdafiəsinin təmin edilməsi müstəqil Azərbaycan dövlətinin qarşısında duran strateji vəzifələrdən biridir. Dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. 
 
Zəfər Bayramov
YAP Səbail rayon təşkilatının Aparat rəhbəri, t.e.n., dosent
 
  • Oxunub:  2970  |  
  • Tarix:  01-03-2021  |  
  •    Çap et   |  
Azərbaycan və Belarus prezidentlərinin səyləri sayəsində iki ölkə arasında dostluq münasibətləri uğurla inkişaf edir

18 Aprel 12:05
Yaxın gələcəkdə azərbaycanlı hemofiliyalı uşaqların sağlam böyümək şansları daha da artacaq
18 Aprel 12:00
Ağdamda qoyun otaran şəxs minaya düşüb, bir ayağı amputasiya edilib
18 Aprel 11:55
Azərbaycan XİN 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb
18 Aprel 11:49
Müdafiə Nazirliyi Qubadlı rayonunun Tarovlu kəndinin videogörüntülərini paylaşıb - VİDEO
18 Aprel 11:42
Uels milli komandasının nümayəndə heyəti Bakıda səfərdə olub
18 Aprel 11:38
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib
18 Aprel 11:35
Rəcəb Tayyib Ərdoğan: 2021-ci ili ölkəmiz və millətimiz üçün bir şahlanma ilinə çevirəcəyik
18 Aprel 11:31
Giləzi qəsəbəsinin yaxınlığında “Qrad” mərmisi aşkarlanıb
17 Aprel 18:13
Heydər Əliyev Sarayı “Nizami Xəzinəsindən” layihəsi çərçivəsində ədəbi-bədii kompozisiya hazırlayıb
17 Aprel 17:56
Azərbaycanda koronavirusa 2148 yeni yoluxma faktı qeydə alınıb
17 Aprel 17:51
Azərbaycanda ilk dəfə küvez içində (yataqbaşında) 600 qramlıq körpəyə qapalı ürək əməliyyatı uğurla icra olunub
17 Aprel 15:16
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
17 Aprel 15:01
Prezident İlham Əliyev kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında Fərman imzalayıb
17 Aprel 14:52
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın yaz sessiya çərçivəsində keçirilən tədbirlərdə iştirak edib
17 Aprel 14:35
ADMİU işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasına qoşulub
17 Aprel 14:26
Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili ilə bağlı ölkəmizə gələcək əcnəbilər üçün viza prosedurları sadələşdirilir
17 Aprel 14:21
ÜST rəhbəri: Dünya vaksinlərə bərabər əlçatanlığın təminatında uğursuzluğa düçar olub
17 Aprel 14:15
BDU-nun 250-dək əməkdaşı peyvənd olunub
17 Aprel 14:03
ICESCO və Azərbaycan arasında elm-texnologiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Aprel 13:56
Azərbaycanın parlament nümayəndə heyəti Sankt-Peterburqda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
17 Aprel 12:51
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
17 Aprel 12:49
Vüqar İskəndərov: Minsk qrupunun həmsədrləri postmünaqişə dövrü ilə bağlı təkliflər verməlidir
17 Aprel 12:46
Aprelin 17-si Ümumdünya Hemofiliya Günüdür
17 Aprel 12:39
Anar Məmmədov: Prezident İlham Əliyev dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir
17 Aprel 12:37
Fəqət Şadlinskaya: Azərbaycanın qarşısında duran əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızda bərpa işlərinin aparılmasıdır
17 Aprel 12:27
Kamilə Əliyeva: Ermənistan beynəlxalq humanitar hüququn qaydalarını kobud şəkildə pozur
17 Aprel 09:23
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
17 Aprel 09:17
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib
17 Aprel 09:06
YAP İdarə Heyətinin üzvü, BANM-in rektoru Elmar Qasımov partiyanın fəal gəncləri ilə görüşdü
17 Aprel 09:02
Ağdamıma əl uzadan erməninin boş dəbilqəsi
17 Aprel 08:55
“Peyvənd olunan şəxslərin sayının artması xəstəliyin ağır keçməsinin və geniş yayılmasının qarşısını alacaq”
17 Aprel 08:54
Azərbaycanın qlobal informasiya məkanında mövqeyi daha da möhkəmlənir
17 Aprel 08:50
Paşinyanın parlamentdəki çıxışı daxili vəziyyəti daha da gərginləşdirib
17 Aprel 08:45
Gültəkin Hacıbəyli yalanlar tirajlamaqla məşğuldur
16 Aprel 22:06
YAP Hacıqabul rayon təşkilatı şəhid ailələrini ziyarət edir
16 Aprel 20:40
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb
16 Aprel 20:17
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib
16 Aprel 20:07
Türkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
16 Aprel 20:05
Azərbaycanda koronavirusa 2163 yeni yoluxma faktı qeydə alınıb
16 Aprel 20:02
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək
16 Aprel 20:01
Milli Məclisdə Fransa səfiri ilə görüş olub
16 Aprel 18:53
Dövlət Vergi Xidməti: 48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi aşkarlanıb
16 Aprel 18:51
“Azərişıq” yenilikləri açıqlayıb
16 Aprel 18:39
ÜST-nin Azərbaycan nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Funksionallığın, əlilliyin və sağlamlığın beynəlxalq təsnifatı” mövzusunda təlim təşkil edib
16 Aprel 18:32
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib
16 Aprel 18:24
ÜST: Dünya pandemiya ərzində koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır
16 Aprel 18:20
Deputat: ADA Universitetində keçirilən konfrans ölkəmizin sülhsevər mövqeyinin dünyaya çatdırılması baxımından əhəmiyyətli oldu
16 Aprel 18:12
Prezident İlham Əliyev Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
16 Aprel 18:09
Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib
16 Aprel 17:56
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
16 Aprel 17:52
Statistika Komitəsi ilə UNICEF-in gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
16 Aprel 17:46
Buğda xəstəliklərinə qarşı mübarizə sahəsində regional əməkdaşlığın gücləndirilməsi üçün yeni layihəyə start verilib
16 Aprel 17:43
“Microsoft” “Windows 7” üçün yeniləmə təqdim edib
16 Aprel 17:32
Türkiyənin informasiya savaşında dəstəyi Zəfərimizə böyük töhfə oldu
16 Aprel 17:29
Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir
16 Aprel 17:28
Beşinci İslam Həmrəyliyi Oyunları 2022-ci ilə təxirə salınıb
16 Aprel 17:20
Aprelin 16-da keçirilmiş buraxılış imtahanlarının nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur
16 Aprel 17:05
Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib
16 Aprel 17:04
Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub
16 Aprel 16:57
Müdafiə Nazirliyi Qubadlı rayonunun Məmər kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Aprel 16:55
Məzahir Əfəndiyev: Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi iqtisadi təhlükəsizliyin davamlı inkişafını təmin edəcək
16 Aprel 16:39
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq
16 Aprel 16:37
Viruslara qarşı effektiv olan bitki hansıdır?
16 Aprel 16:32
Gənclər təşkilatları Hərbi Qənimətlər Parkını ziyarət ediblər
16 Aprel 16:24
Azərbaycan üçün regionun inkişafı strateji prioritetdir
16 Aprel 16:10
Təhsil Nazirliyi ilə UNICEF arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
16 Aprel 16:10
Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub
16 Aprel 16:03
Televizora çox baxmaq ürək çatışmazlığı xəstəliyi yaradır?
16 Aprel 16:01
Amerikalı həkimlər koronavirus infeksiyasına yenidən yoluxmanın səbəbini açıqlayıblar
16 Aprel 15:56
Sankt-Peterburqda Azərbaycan və Moldova parlament sədrlərinin görüşü olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+18 +22
gecə+9 +13