Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Gənclər təşkilatları Hərbi Qənimətlər Parkını ziyarət ediblər

Gənclər təşkilatları Hərbi Qənimətlər Parkını ziyarət ediblər

16.04.2021 [16:32]

Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) idarə heyəti və üzv təşkilatlarının nümayəndələri Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

NAYORA-dan AZƏRTAC-a bildiriblər ki, səfər zamanı gənclər təşkilatlarının nümayəndələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın mərd oğulları tərəfindən ələ keçirilən qənimətlərlə yaxından tanış olublar. Gənclər nümayiş etdirilən eksponatlar haqqında yeni məlumatlar əldə edib, Vətən müharibəsi və ondan sonra xalq olaraq həmrəyliyimizdən qürur hissi ilə söz açıblar.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qələbə tariximizə qızıl hərflərlə həkk olundu. Məhz bu qələbə tarixçəsinin gələcək nəsillərə ötürülməsi və əyani formada nümayiş etdirilməsi baxımından Hərbi Qənimətlər Parkı yaradılıb. Parkda müharibə dövründə xalqımızın igid əsgərləri tərəfindən ələ keçirilən hərbi texnikanın bir qismi, ağır texnikalar, tanklar, döyüş maşınları, hərbi nəqliyyat və düşmənin dinc əhalini hədəf alaraq endirdiyi raketlərin qalıqları da sərgilənməkdədir.

Gənclər təşkilatları Vətən müharibəsində qazanılmış şanlı qələbə tarixinin gələcək nəsillərə ötürülməsi, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində daim çalışacaqlar.

Paylaş:
Baxılıb: 197 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31