Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “ASAN xidmət” ulu öndər Heydər Əliyevlə bağlı silsilə tədbirləri davam etdirir

“ASAN xidmət” ulu öndər Heydər Əliyevlə bağlı silsilə tədbirləri davam etdirir

10.05.2021 [18:27]

“ASAN xidmət” və ASAN könüllüləri ulu öndər Heydər Əliyevin siyasi kursunun, azərbaycançılıq və dövlətçilik ideologiyasının təbliğ olunması, həmçinin region gənclərinin təcrübə imkanlarının, bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinin təşviqi məqsədilə silsilə tədbirləri davam etdirirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-cı ildönümü münasibətilə aprelin 20-dən başlayaraq “ASAN xidmət” mərkəzlərinin təşəbbüsü və müxtəlif qurumların tərəfdaşlığı ilə tədbirlər baş tutub.

“ASAN xidmət” mərkəzlərinin əməkdaşları arasında ulu öndərin doğum gününə həsr olunmuş "İntellektual çoxnövçülük üzrə I ASANçılar marafonu" və könüllülər arasında “Xəmsə”, “Nə? Harada? Nə zaman?” bilik yarışmaları təşkil olunub.

Ağacəkmə aksiyaları, şahmat turniri, inşa müsabiqəsi, müxtəlif görüşlər, "Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər" mövzusunda elmi-praktik konfransı və “Heydər Əliyev və Azərbaycan dili” natiqlik turniri həyata keçirilib.

Eyni zamanda, rəsm sərgiləri təşkil edilib. Görkəmli dövlət xadiminin həyat və dövlətçilik fəaliyyətinə həsr olunan sənədli filmlərin nümayişi gerçəkləşib və “Ulu Öndər Heydər Əliyevin 98 illiyinə həsr olunmuş Gənclər Simpoziumu” layihəsi icra olunur.

Respublikanın regionlarında davamlı olaraq tədbir, təlim, kurs, seminar və digər görüşlərin keçirilməsi nəzərdə tutulur.

 
Paylaş:
Baxılıb: 238 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31