YAP Göygöl rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib
14.06.2021 [10:41]
Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatınnın təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş Günündən başlanan yol Azərbaycanı tarixi Zəfərə qovuşdurdu” mövzusunda tədbir keçirilib.
Tədbiri YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev açaraq 15 İyun – Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb. T.Əliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan 15 iyun 1993-cü il Azərbaycan xalqının mücadilə tarixinə böyük Qayıdış və Qurtuluş nidası ilə həkk olunub: “Çünki
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra daxili vəziyəti gərginləşmiş, ölkədə hakimiyyət boşluğu yaranmış, rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə daha da kəskinləşmişdi. 1993-cü ilin yayında Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Heydər Əliyev xalqın təkidli tələbini qəbul etdi, iyunun 9-da Bakıya gəldi. İyunun 15-də Ulu Öndər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi vəqısa zaman kəsiyində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu”.
T.Əliyev onu da qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yaratdı və beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı:“Azərbaycanda nizamlı silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur. Onun fəaliyyəti və şəxsiyyəti Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil etmişdir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Ulu Öndərin siyasi irsi onun layiqli varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir”.
YAP Göygöl rayon təşkilatının İdarə Heyətinin üzvü Zaur Abbasov çıxışındavurğulayıb ki, yenidən hakimiyyətə qayıdan Ulu Öndər müasir, demokratik və hüquqi dövlətimizin əsaslarını yaratdı:“Böyük qayıdış tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Bununla da respublikamızda xaosun aradan qaldırılması, dövlətçiliyin möhkəmləndirilməsi, tənəzzülün qarşısının alınması üçün düşünülmüş və əsaslandırılmış kurs həyata keçirilməyə başladı. Böyük idarəçilik təcrübəsinə malik olan Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli konsepsiyasını işləyib hazırladı və onu dəqiqliklə həyata keçirdi. Məhz bunun nəticəsində Azərbaycan bu gün dünyada özünəməxsus yeri olan dövlətlərdən biridir”.
Daha sonra YAP Göygöl rayon təşkilatının Uşaq Gənclər İnkişaf Mərkəzi ərazi ilk partiya təşkilatının sədri Təranə İsmayılova, YAP Göygöl rayon təşkilatının Hacıməlik qəsəbə icra nümayəndəliyi ərazi ilk partiya təşkilatının sədri Səbuhi Məmmədov və digərləri çıxış edərək, xalqımızın Ulu Öndərin layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək Heydər Əliyevin ideyalarını həyat keçirdiyini qeyd ediblər. Vurğulanıb ki, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə ölkənin beynəlxalq nüfuzunun, dövlətin iqtisadi qüdrətinin daha da artması üçün yeni imkanlar açıb. Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərin ölkənin ümumi iqtisadiyyatına inteqrasiyası, yeni yaradılan, bərpa edilən beynəlxalq və regional nəqliyyat dəhlizlərinin imkanları Azərbaycanın inkişafına böyük təkan verəcək.
Xəbər lenti
Hamısına baxSosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Gündəm
17 Sentyabr 11:41
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55

