Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakıda Dünya Güləş Birliyi Avropa Şurasının illik konfransı keçirilib

Bakıda Dünya Güləş Birliyi Avropa Şurasının illik konfransı keçirilib

11.06.2015 [15:20]

Bakı-2015 birinci Avropa Oyunları ərəfəsində, iyunun 11-də Bakıda Dünya Güləş Birliyi (DGB) Avropa Şurasının illik konfransı təşkil olunub.
Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, konfransda yeni vəzifələrin müəyyən olunması istiqamətində bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirən DGB Avropa Şurasının prezidenti Tseno Tsenov ev sahibliyinə görə Azərbaycana öz təşəkkürünü bildirib: "Azərbaycan dünya idmanında yeni tarix yazmağa çox yaxındır. Belə ki, bir gün sonra tarixdə ilk dəfə təşkil olunacaq Avropa Oyunlarının açılış mərasimi keçiriləcək. Birinci Avropa Oyunlarında qitənin ən güclü güləşçiləri mübarizə aparacaq. Çox xoşbəxtəm ki, birinci Avropa Oyunlarının güləş yarışlarını canlı izləmək imkanım olacaq".
T.Tsenov deyib ki, Avropa qitəsi Dünya Güləş Birliyində mühüm rol oynayır: "Belə ki, bu qitədən güclü güləşçilər mötəbər yarışların mükafatçıları sırasında yer alır. Məhz bu konfrans çərçivəsində qurulacaq əməkdaşlıqlar növbəti uğurlara töhfə verəcək və müvəffəqiyyətli nəticələrə gətirib çıxaracaq".
İyunda Bakının dünya idmanının mərkəzinə çevriləcəyini bildirən AGF-nin birinci vitse-prezidenti, DGB İdarə Heyətinin üzvü Namiq Əliyev ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb.
O bildirib ki, birinci Avropa Oyunlarında idmanın 20 növü üzrə yarışlarda 6 mindən artıq atlet birincilik uğrunda mübarizə aparacaq: "Bakı-2015-in güləş yarışlarında qitənin ən güclü 450-dək pəhləvanı medallar uğrunda gücünü sınayacaq. Ümid edirəm ki, birinci Avropa Oyunları da əvvəllər ölkəmizdə təşkil olunan tədbirlər kimi yüksək səviyyədə keçiriləcək".
DGB-nin baş katibi Mişel Dusson birinci Avropa Oyunlarının güləşin inkişafına və kütləviləşməsinə göstərəcək təsirindən, Azərbaycan pəhləvanlarının beynəlxalq arenalarda qazandığı nailiyyətlərdən və ölkəmizin yüksək səviyyədə təşkilatçılıq bacarığından danışıb.
Sonra videobağlantı ilə DGB-nin prezidenti Nenad Laloviç konfrans iştirakçılarını salamlayaraq onlara işlərində uğurlar arzulayıb.
Konfransın gündəliyinə uyğun olaraq ötən il Finlandiyanın Vantaa şəhərində qəbul olunan protokol ətrafında fikir mübadiləsi aparılıb. Təşkilatın yeni loqosunun, embleminin dəyişdirilməsi barədə müzakirələr aparılıb. Uzun müzakirələrdən sonra qurumun yeni loqosu və emblemi qəbul olunub.
Sonra Avropada güləşin inkişafı istiqamətində müzakirələr aparılıb və qarşıdakı illərdə Avropa qitəsində güləşin inkişaf proqramı təqdim olunub, 2016-cı ildə Avropa çempionatlarının keçiriləcəyi ölkələrin hazırladığı təqdimatlar izlənilib.

 
Paylaş:
Baxılıb: 308 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30