Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimində şərti düşmən hava hədəfinin məhv edilməsi əməliyyatı keçirilib

“Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimində şərti düşmən hava hədəfinin məhv edilməsi əməliyyatı keçirilib

26.06.2021 [12:36]

Türkiyə Respublikasının Konya şəhərində müxtəlif ölkələrin komandalarının iştirakı ilə keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava hədəfinin aşkarlanması, taktiki qaydalarla qarşısının alınması, nəzarətə götürülməsi və məhv edilməsi məqsədilə hava döyüşü əməliyyatını yerinə yetirib.

Hərbi pilotlarımız qarşıya qoyulan tapşırığı uğurla yerinə yetirib və şərti düşmənin hava hədəfi məhv edilib.

Təlimə iyulun 3-də yekun vurulacaq.

Paylaş:
Baxılıb: 162 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Sosial

MEDİA

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31