Silahlı Qüvvələr Günü “İrəli” gəncləri tərəfindən bir sıra tədbirlərlə qeyd olunub
27.06.2021 [09:41]
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “İrəli” İctimai Birliyinin üzvləri tərəfindən bir sıra tədbirlərlə qeyd olunub.
Birlikdən AZƏRTAC-a bildirilib ki, “İrəli”nin gəncləri iyunun 22 və 23-də Milli Azərbaycan Tarixi Muzeyinin “Anadır arzulara hər zaman Qarabağ” sərgisində iştirak ediblər. Gənclər muzeydə sərgilənən Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi olan həmvətənlərimizə məxsus geyim, xatirə əşyaları, sənədlər və fotolarla tanış olublar.
Silsilə tədbirlər çərçivəsində “İrəli” gənclərinin Hərbi Qənimətlər Parkına ekskursiyası da təşkil olunub. Ekskursiyada iştirak edən 30-dan çox gənc Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlərlə tanış olublar.
İyun 24-də isə “İrəli” İctimai Birliyinin ofisində birliyin nəzdində fəaliyyət göstərən Tarix Mərkəzinin təşkilatçılığı ilə gənclər üçün "Zəfər naminə" adlı hibrid seminar keçirilib. Seminar mövcud pandemiya şəraitinin sanitar-gigiyenik tələbləri gözlənilməklə həm ənənəvi, həm də "Zoom" platforması üzərindən onlayn formada təşkil edilib.
Görüşdə Azərbaycan Ordusunun polkovniki, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi və möhtəşəm “Zəfər” Paradlarının ssenari müəllifi və aparıcısı, əməkdar incəsənət xadimi Abdulla Qurbani gənclərin qonağı olub.
İnteraktiv keçən seminarda gənclər əvvəlcə Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsini yad ediblər. Daha sonra polkovnik A.Qurbani Azərbaycan Ordusunun təşəkkül tarixindən söz açıb, ulu öndər Heydər Əliyevin hələ sovet dönəmindən başlayaraq milli ordu quruculuğu istiqamətində həyata keçirdiyi dahiyanə siyasətinin incəlikləri və bu siyasətin bugünkü Azərbaycan üçün əhəmiyyətindən danışıb. O, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərin Prezident İlham Əliyevin uğurlu siyasətinin və xalqımızın birliyinin sübutu olduğunu vurğulayıb.
Bu gün Azərbaycan Ordusu 90-cı illərin pərakəndə qüvvəsi yox, nizamlı və dünyanın ən güclü, ən yüksək döyüş qabiliyyətli ordularındandır. Polkovnik bildirib ki, XXI əsrin müharibəsini aparan Azərbaycan oğullarının elə təkcə Şuşa zəfəri dünya hərb tarixinə misilsiz səhifələrdən biri kimi həkk olunub. Xüsusi olaraq vurğulanıb ki, üzərində gəzdiyimiz hər qarış Vətən torpağı şəhid qanları ilə yoğurulub. Bu gün ordu və xalq birliyi özünü düşmənin başını əzən “dəmir yumruq”da təcəssüm etdirir.
Gənclərin sualları ətrafında davam edən seminarın sonunda qonaq “İrəli” İB-nin sədri, Vətən müharibəsinin iştirakçısı Şahin Rəhmanlıya müəllifi olduğu “Vətən Müharibəsi Şəhidləri” çoxcildliyinin yenicə çapdan çıxan birinci cildini və əfsanəvi general Həzi Aslanovun həyatına həsr edilmiş unikal sənədli film seriyasını təqdim edib.
Silahlı Qüvvələrinin yaradılmasının 103-cü ildönümü ilə bağlı “İrəli” İctimai Birliyinin “İntellektual” mərkəzi tərəfindən “İrəli əmri” adlı intellektual oyun da təşkil edilib. “Nə?, Harada?, Nə zaman?” formatında keçirilən yarışda 4 komanda qələbə uğrunda mübarizə aparıb. İntellektual turnirin sualları əlamətdar günə uyğun olaraq, əsasən hərbi mövzularda olub.
Birliyin “İdman” mərkəzi tərəfindən açıq hava şəraitində, oflayn formatda atıcılıq turniri baş tutub. Turnirdə gənclər 2 nəfərlik komandalar halında birincilik uğrunda mübarizə aparıblar. Sonda qaliblər şəhadətnamə və müxtəlif hədiyyələrlə təltif ediliblər.
İyunun 26-da “İrəli” İctimai Birliyinin üzvləri ikinci Fəxri xiyabana gedərək, Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçən igid əsgər və zabitlərimizin məzarlarını ziyarət ediblər.
Qeyd edək ki, 26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində “İrəli” üzvləri Şahbazov Xəyyam (Şuşa şəhəri, Qubadlı, Xocavənd rayonlarının azad olunmasına görə), Məmişov Rəşad (Suqovuşanın azad olunmasına görə) və Məcidli Orxan (Hərbi Xidmətlərə Görə, Şuşa şəhəri, Cəbrayıl rayonunun işğaldan azad olunmasına görə) Vətən müharibəsində göstərdikləri igidliyə görə şanlı Qələbəmizin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təltif olunublar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59

