/ / Adil Əliyev: Azərbaycanın qazandığı uğurlar xarici investorlarda böyük maraq yaratmaqla yanaşı, onların ölkəmizə sərmayə qoymasına əlavə stimul verir
Adil Əliyev: Azərbaycanın qazandığı uğurlar xarici investorlarda böyük maraq yaratmaqla yanaşı, onların ölkəmizə sərmayə qoymasına əlavə stimul verir
04.07.2021 [09:45]
Ələt Azad İqtisadi Zonasının yaradılması ölkəmizin perspektiv inkişafına əsaslanan olduqca mühüm layihədir. Belə ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq müəyyən edilib. Xarici sərmayədarların portfellərində əsas yeri neft və qaz sahəsinə sərmayənin qoyulması tutsa da, iqtisadi zonanın yaradılması nəticəsində, eyni zamanda iqtisadi əlaqələrin daha da genişləndirilməsi mümkün olacaq. Dövlət tərəfindən iqtisadiyyata göstərilən xüsusi marağın nəticəsi olaraq yaranacaq yeni iqtisadi model öz üstünlüyünü qısa zamanda göstərəcək. Ələt Azad İqtisadi Zonasının 60 hektarında layihələndirmə başa çatıb və inşaat işləri başlayıb, infrastruktur yaradılır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev söyləyib.
Azad İqtisadi Zonanın Ələtdə yaradılması ilə bağlı vacib məqamlara diqqət çəkən A.Əliyev deyib: “İlk növbədə, Şərq-Qərb dəhlizi, Şimal-Cənub dəhlizi Ələt qəsəbəsindən keçdiyi üçün iqtisadi zonanın yerləşdiyi ərazi olduqca strateji və mühüm məntəqədir. İkincisi, Ələt qəsəbəsində böyük boş torpaq sahəsi mövcuddur. Bu torpaq sahələri kənd təsərrüfatı üçün tam yararsız olduğundan, burada iqtisadi zonanın yaradılması ilə həmin ərazinin səmərəli istifadəsinə şərait yarandı. Üçüncüsü, Ələt Azad İqtisadi Zonasının yerləşdiyi ərazidə, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yerləşir. Bu da Azad İqtisadi Zonanın səmərəli fəaliyyətinə mühüm töhfə olacaq. Bundan əlavə, Ələt qəsəbəsinin Bakıya yaxın olması proseslərlə daha çevik reaksiya verilməsini və uğurlu koordinasiyanı təmin edəcək”.
Ələt Azad İqtisadi Zonasının qurulmasının, eyni zamanda, ölkəmizin biznes mühitinin daha da sağlamlaşdırılmasına şərait yaradacağını bildirən Milli Məclis sədrinin müavini qeyd edib ki, hazırda pandemiya dünya iqtisadiyyatına olduqca böyük ziyan vurub. Bir çox ölkələrin iqtisadi tarazlığın pozulması səbəbindən böyük miqdarda borcu yaranıb və onlar bunu kompensasiya etmək üçün Dünya Bankı da daxil olmaqla, bir sıra nüfuzlu beynəlxalq maliyyə qurumlarından yardım alıblar. Lakin ölkəmizin iqtisadi potensialının artması nəticəsində Azərbaycan pandemiya ilə mübarizədən üzüağ çıxmağı bacardı, üstəlik, 30-dan çox ölkəyə və bir sıra beynəlxalq təşkilatlara maliyyə yardımı da göstərdi.
Azad İqtisadi Zonanın fəaliyyətə başlamasının ölkə iqtisadiyyatına böyük canlanma gətirəcəyini vurğulayan A.Əliyev bildirib ki, bu sahədə atılacaq addımlar dövlətimizin başçısı tərəfindən dəqiqliklə hesablanıb, ilk növbədə, Ələt Azad İqtisadi Zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında müvafiq sənəd imzalanıb. Sonra həmin sənədin icrasının təmin edilməsi məqsədilə “Ələt Azad İqtisadi Zonası haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub.
“Qeyd etməliyik ki, xarici investorların cəlb edilməsi məqsədilə bu sahədə qanunvericilik bazası tam formalaşdırılıb və iqtisadi zonanın fəaliyyət qaydaları ilə tanışlıq hamı üçün əlçatan olub. Eyni zamanda, ölkəmizdə çox gözəl investisiya iqlimi var ki, bu da Azərbaycana kifayət qədər böyük sərmayələrin cəlb ediləcəyini proqnozlaşdırmağa imkan verir. Bu gün iqtisadiyyatımız dinamik şəkildə inkişaf edir və Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu sahədə qazanılmış uğurlar investorlarda böyük maraq yaratmaqla yanaşı, onların ölkəmizə sərmayə qoymasına əlavə stimul verir. Ən mühüm faktlardan biri - ölkəmizdəki təhlükəsiz mühit xarici investorların cəlb edilməsi üçün əsas məqamlardan biridir. Azərbaycanın nəinki regionun, həmçinin dünyanın ən güclü ölkələrindən biri olması, habelə təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsi ölkəmizin həm də qüdrətinin göstəricisidir”, - deyə A.Əliyev əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23

