Azərbaycan mediası özünün inkişaf tarixində yeni mərhələyə qədəm qoyur
15.07.2021 [09:03]
Vüqar Zifəroğlu: Atılan addımlar mediada müasir texnologiyaların və innovasiyaların tətbiqini stimullaşdırmaqla yanaşı, XXI əsrin çağırışlarına cavab verən daha peşəkar medianın formalaşmasına gətirib çıxaracaq
Azərbaycan müstəqillik əldə etdikdən, daha doğrusu 1993-cü ilin iyunundan sonra ölkəmizdə insan hüquq və azadlıqlarının təməl prinsiplərindən olan fikir, söz və ifadə azadlığının, plüralizmin təmin edilməsi sahəsində də mühüm addımlar atılıb. Belə ki, ötən müddət ərzində ölkəmizdə kütləvi informasiya vasitələrinin (KİV) inkişafı üçün qanunvericilik sahəsi başda olmaqla müxtəlif istiqamətlərdə işlər görülüb. Həyata keçirilmiş ciddi islahatlar nəticəsində Azərbaycan Respublikasında senzura, söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan götürülüb.
Şübhəsiz ki, ötən dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçib, ölkəmizdə və dünyada baş verənlər haqqında informasiyaların cəmiyyətimizə, həmçinin ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib. Bununla belə, bütün dünyada kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların və iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac duyulub. Məhz bu baxımdan, milli-tarixi ənənələr və modern çağırışlar, habelə müasir medianın özəllikləri də nəzərə alınmaqla hazırda KİV-də yeni islahatların reallaşdırılması prosesi gedir. Daha doğrusu, yeni konseptual baxış və fərqli tənzimləmə mexanizminin yaradılması ilə Azərbaycan mediası özünün inkişaf tarixində yeni mərhələyə qədəm qoyur.
Öz növbəsində Azərbaycanda söz və ifadə azadlığının hazırkı vəziyyətinə toxunan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru, Əməkdar jurnalist Vüqar Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, ölkəmizdə fikir plüralizminə yaradılan şərait, müstəqil medianın inkişafına, jurnalistlərimizin fəaliyyəti və sosial durumlarının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğı yüksək səviyyədədir.
2021-ci ildə Azərbaycanda milli medianın inkişafı sahəsində yeni islahatlara start verildiyini xatırladan Əməkdar jurnalistin sözlərinə görə, Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması jurnalistikamızın inkişafı üçün mühüm hadisədir. V.Zifəroğlu ölkəmizdə medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi məqsədilə yaradılan Medianın İnkişafı Agentliyinin öz fəaliyyəti ilə mediamızın tərəqqisində əhəmiyyətli rol oynayacağına, onun maddi-texniki bazasının yaxşılaşdırılmasına böyük dəstək verəcəyinə ümid etdiyini bildirib: “İnanırıq ki, bu dəstək, həmçinin atılan addımlar mediada müasir texnologiyaların və innovasiyaların tətbiqini stimullaşdırmaqla yanaşı, XXI əsrin çağırışlarına cavab verən daha peşəkar medianın formalaşmasına gətirib çıxaracaq, eyni zamanda, mediamızın nüfuzunu daha da artıracaq”.
V.Zifəroğlu deyib ki, Agentliyin yaradılması ölkəmizdə medianın inkişafına, qlobal informasiya məkanında baş verən trendlərin, dəyişikliklərin operativ şəkildə izlənməsinə, medianın fəaliyyətini daha məhsuldar şəkildə yenidən təşkil etməyə imkan verəcək: “Cənab Prezidentin imzaladığı Fərmanda qeyd olunduğu kimi, burada söhbət yeni tendensiyaların öyrənilməsindən, medianın fəaliyyətini yeni tələblər əsasında qurmaqdan gedir. Agentliyin yaradılması medianın inkişafı ilə bağlı strategiyanın hazırlanması, KİV ilə bağlı proseslərə çevik reaksiya verilməsi baxımından da önəmlidir. Belə ki, yeni medianın hüquqi tənzimlənməsi mexanizmlərinin hazırlanması üçün Agentliyin üzərinə məsul vəzifələr qoyulub”.
Yaradılmasından qısa müddət keçməsinə rəğmən, Medianın İnkişafı Agentliyinin son aylarda media sahəsində islahatların aparılması, yeniliklərin tətbiqi sahəsində aktiv fəaliyyət göstərdiyini vurğulayan V.Zifəroğlu deyib ki, MEDİA onlayn mediada mövcud nizamsızlığı və mətbuat azadlığından sui-istifadə hallarının da aradan qaldırılmasında önəmli rol oynayacaq: “Belə ki, Agentliyin Nizamnaməsində çap, onlayn və audiovizual medianın işinin qurulması və onların səmərəli fəaliyyətinə nail olunması, kadr potensialının inkişaf etdirilməsi istiqamətində layihələrin həyata keçirilməsi üçün görüləcək mühüm işlərin konturları öz əksini tapıb. Agentlik artıq öz fəaliyyəti ilə, xüsusilə son vaxtlar təşkil edilən seminarlar və treninqlər, o cümlədən “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar təşkil etməklə bir sıra uğurlara imza atıb”.
Müsahibimiz, eyni zamanda, mediada islahatlar dalğasının əsas tərkib hissəsi olan “Media haqqında” Qanun layihəsinin hazırlanmasını, layihə üzərində aparılan işlərin, o cümlədən onun geniş müzakirəsinin təşkil olunmasını müsbət qiymətləndirib: “Məlum olduğu kimi, artıq bir neçə aydır ki, MEDİA tərəfindən bütün media subyektləri, jurnalistlər və bu sahənin mütəxəssisləri və ekspertlərinin iştirakı ilə “Media haqqında” Qanun layihəsinin müzakirəsi aparılır. Rəylər dinlənilir, təkliflər nəzərə alınır, tələblər qeyd edilir. Ümumiyyətlə, jurnalist cameəsinin “Media haqqında” Qanundan gözləntiləri çoxdur. Qanun, ilk növbədə, ölkə mediasının ən vacib, strateji sənədi olaraq nəzərdən keçirildiyindən, aparılan müzakirələr də çoxşaxəli və hərtərəflidir”.
Jurnalistika fakültəsinin dekanı qeyd edib ki, nəticə etibarilə, “Media haqqında” Qanun çağdaş media sisteminin tələblərinə və müasir çağırışlara cavab verməlidir: “Belə ki, qanun layihəsinin əsas məqsədi bütün media qurumlarının, o cümlədən onlayn media subyektlərinin də fəaliyyət və hüquqlarının müəyyən olunmasıdır. Media mənsublarının fəaliyyət azadlığı, jurnalistin peşə fəaliyyətinin təmin olunması, media sahəsində dövlətin vəzifələri, Vahid Media Reyestrinin yaradılması, jurnalistlərin akkreditasiyası, onlara vahid press-kartların (jurnalist vəsiqələrinin) verilməsinin nəzərdə tutulması və digər məsələlər bunun əyani sübutudur. “Media haqqında” Qanun, heç şübhəsiz ki, 1875-ci ilin 22 iyulundan başlayaraq böyük və şanlı tarixi yol keçmiş, özünəməxsus ənənələri və dəyərləri olan Azərbaycan mediasının XXI əsrdə əsas istinad sənədi olmalıdır. Bu baxımdan, “Media haqqında” Qanun layihəsinin müasir dövrün tələblərinə uyğun olaraq hazırlanması mühüm önəm kəsb edir”.
Mediamızın yeni bir mərhələyə qədəm qoyduğunu xüsusi vurğulayan V.Zifəroğlu onu da bildirib ki, bu sahədəki mövcud durumu Azərbaycan mediasının inkişafa və yeni çağırışlara hazır olmasını hədəfləyən bir proses kimi qiymətləndirmək olar.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına bax
Dünya
12 Oktyabr 12:41

Dünya
12 Oktyabr 11:30

Dünya
12 Oktyabr 10:28

Hadisə
12 Oktyabr 09:21

Hərbi
12 Oktyabr 08:52

Dünya
11 Oktyabr 23:31

Siyasət
11 Oktyabr 22:19

Dünya
11 Oktyabr 21:40

Maraqlı
11 Oktyabr 20:44

Maraqlı
11 Oktyabr 19:33

Dünya
11 Oktyabr 18:24

Dünya
11 Oktyabr 17:43

Dünya
11 Oktyabr 16:22

Dünya
11 Oktyabr 15:31

Siyasət
11 Oktyabr 14:20

Dünya
11 Oktyabr 13:49

YAP xəbərləri
11 Oktyabr 13:12

Mədəniyyət
11 Oktyabr 12:41

Gündəm
11 Oktyabr 12:23

Gündəm
11 Oktyabr 11:59

Siyasət
11 Oktyabr 11:25

Siyasət
11 Oktyabr 10:53

İqtisadiyyat
11 Oktyabr 10:30

MEDİA
11 Oktyabr 10:17

Analitik
11 Oktyabr 09:48

İqtisadiyyat
11 Oktyabr 09:32

Ədəbiyyat
11 Oktyabr 09:15

Sosial
11 Oktyabr 08:51

Siyasət
11 Oktyabr 08:48

Sosial
11 Oktyabr 08:27

Xəbər lenti
10 Oktyabr 23:35

Hadisə
10 Oktyabr 23:34

Elm
10 Oktyabr 23:18

Dünya
10 Oktyabr 22:56

İdman
10 Oktyabr 22:41

Sosial
10 Oktyabr 22:15

Elm
10 Oktyabr 21:53

Xəbər lenti
10 Oktyabr 21:19

Hadisə
10 Oktyabr 20:42

Dünya
10 Oktyabr 20:35

İqtisadiyyat
10 Oktyabr 20:11

Sosial
10 Oktyabr 19:50

YAP xəbərləri
10 Oktyabr 19:49

Siyasət
10 Oktyabr 19:39

YAP xəbərləri
10 Oktyabr 19:17

YAP xəbərləri
10 Oktyabr 18:47

YAP xəbərləri
10 Oktyabr 18:26

YAP xəbərləri
10 Oktyabr 17:34

Dünya
10 Oktyabr 16:17

YAP xəbərləri
10 Oktyabr 16:05

Sosial
10 Oktyabr 16:03

YAP xəbərləri
10 Oktyabr 15:37

Sosial
10 Oktyabr 14:45

Sosial
10 Oktyabr 14:42

Hadisə
10 Oktyabr 14:40

İqtisadiyyat
10 Oktyabr 14:29

İqtisadiyyat
10 Oktyabr 14:27

Mədəniyyət
10 Oktyabr 14:24

YAP xəbərləri
10 Oktyabr 14:21
YAP xəbərləri
10 Oktyabr 13:30
YAP xəbərləri
10 Oktyabr 12:18

Dünya
10 Oktyabr 12:02

Gündəm
10 Oktyabr 11:50

İqtisadiyyat
10 Oktyabr 11:24

Gündəm
10 Oktyabr 11:12

Siyasət
10 Oktyabr 11:03

Gündəm
10 Oktyabr 11:01

İqtisadiyyat
10 Oktyabr 10:58

Sosial
10 Oktyabr 10:33

MEDİA
10 Oktyabr 10:15
