Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində paytaxt üzrə 44 layihə qalib olub

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində paytaxt üzrə 44 layihə qalib olub

04.08.2021 [12:16]

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində paytaxt üzrə 44 layihə qalib olub.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, onlardan 15-i ümumi təhsil müəssisələri kateqoriyası, 29-u isə fərdi kateqoriya üzrə fərqlənib. Belə ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrindən 7, 10, 12, 21, 82, 176, 189-190, 202, 214, 250, 251, 295, 329 nömrəli tam orta məktəblər, 83 nömrəli məktəb-lisey və 287 nömrəli “Zəkalar” liseyinə məxsus layihələr ümumi təhsil müəssisələri kateqoriyası üzrə qaliblər sırasındadır.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər tərəfindən 29 layihə isə fərdi kateqoriya üzrə qalib gəlib.

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinə təqdim edilən layihələr istedad və yaradıcılıq meyillərinə görə təhsilalanların kurikulumdan kənar bilik və bacarıqlarının formalaşdırılması, təhsilalanların məsafədən təhsilə əlçatanlığının təmin olunması, pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi, məktəbdə öyrədici mühitin formalaşdırılması, fiziki və psixososial sağlamlığın qorunması, təhlükəsizlik, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği, məktəb idarəetməsinin təkmilləşdirilməsi mövzularını əhatə edib.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrinin əsas məqsədi təhsil müəssisələri, eləcə də təhsilverənlər arasında sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

Paylaş:
Baxılıb: 269 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Siyasət

Analitik

Analitik

Sosial

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31