Siyavuş Novruzov: “Avropa Oyunlarında iqtidarla müxalifət bir oldu”
16.06.2015 [18:07]
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov “Bakı 2015” I Avropa Oyunlarının təntənəli açılış münasibətilə Azərbaycan xalqını təbrik edib, bu oyunların təşkilatçılarına minnətdarlığını bildirib.
S.Novruzov Publika.az-a açıqlamasında bildirib ki, ilk Avropa Oyunlarının açılışı ən yüksək səviyyədə təşkil olunub. Onun sözlərinə görə, Avropa Oyunları kimi mötəbər beynəlxalq tədbirin reallaşması Azərbaycan Prezidentinin yürütdüyü uğurlu siyasətin məntiqi nəticəsidir: “Ötən gün Azərbaycanda 15 iyun Milli Qurtuluş Günü qeyd olundu. Demək istəyirəm ki, əgər 1993-cü ildə bu qurtuluş olmasaydı, o zaman indi ilk Avropa Oyunları Azərbaycanda keçirilə bilməzdi. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi 15 iyun qurtuluş gününün bəhrəsidir. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan müstəqil Azərbaycan dövlətinin bu gün daxili və xarici siyasəti Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Bir sıra xarici qonaqların, dövlət başçılarının və hökumət rəhbərlərinin, tanınmış şəxslərin Avropa Oyunlarına gəlməsi bir daha onu göstərdi ki, Azərbaycan dünyada tanınan və inkişaf edən müstəqil dövlətdir. Odur ki, hər hansı xarici təşkilatın və nümayəndənin ölkəmiz haqqında nə deməsindən asılı olmayaraq, Azərbaycanın dünya siyasətində öz dəsti-xətti və yolu var. Bu yoldan da bizi heç kəs döndərə bilməz”.
S.Novruzov “Bakı 2015” Birinci Avropa Oyunlarında müxalifət partiyaları funksionerlərinin də iştirakına münasibət bildirib: “İlk Avropa Oyunlarında 2 müxalifət partiyasından və onların mediasından savayı, bütün siyasi partiyalar və kütləvi informasiya vasitələri iştirak edir, bu oyunları yaxından dəstəkləyir və Azərbaycanın bu uğuruna sevinirlər. Avropa Oyunlarının açılışına sevinməyən bir neçə dövlət və təşkilat var idi ki, bunların arasında ən birinci Ermənistanın adını çəkmək olar. Təsəvvür edin ki, ilk Avropa Oyunlarına xaricdən Ermənistan və erməni lobbisi, daxildən isə 2 partiya sevinmirdi. Bu isə artıq faktdır ki, həmin qüvvələri qətiyyən Azərbaycanın uğurları maraqlandırmır. Bir daha əmin olduq ki, Azərbaycanın ümummilli məsələlərində və onun təbliğində, azərbaycanlıların həyata keçirdiyi böyük layihələrdə sözügedən partiyalar Azərbaycan xalqının yanında deyil. Onlar Azərbaycanı qərəzli şəkildə tənqid edən düşmən qüvvələrin yanındadır. Yəni, Ermənistan dövlətinin və erməni lobbisinin yanındadır. Azərbaycanda fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatları var ki, onlar erməni pulu ilə maliyyələşir. Azərbaycanda xalqla iqtidar arasında güclü birlik var. Sevindirici haldır ki, 2 partiyanı çıxmaq şərti ilə, Avropa Oyunlarında Azərbaycan iqtidarı ilə müxalifət partiyaları bir oldular”.
YAP-çı deputat bildirib ki, Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən dairələr və təşkilatlar artıq məyus olublar: “Avropa Parlamenti, Almaniya Bundestaqı, ABŞ-ın bir sıra təşkilatları və digər qərəzli kampaniyalar aparan institutların hamısını Azərbaycan güclü iradəsi ilə məyus edib. Onlar gözləmirdi ki, Azərbaycan qısa müddət ərzində bu qədər böyük işlərin öhdəsindən uğurla gələ bilər. Xaricə Azərbaycanla bağlı donoslar verən və əvəzində külli miqdarda pullar alan qüvvələr düşünürdülər ki, onlar Ermənistana müxtəlif məlumatlar ötürən və buna görə məsuliyyətə cəlb olunan şəxsləri törətdikləri cinayətlərdən xilas edə biləcəklər. Bütün bunların alınmadığını görəndən sonra həmin qüvvələr artıq məyus olublar. Onlar görürlər ki, Azərbaycanda kimliyindən asılı olmayaraq hər bir kəs qanun qarşısında bərabər hüquqa malikdir. Ona görə də Azərbaycanla bu cür təzyiq metodu ilə danışmaq olmaz”.
S.Novruzov onu qeyd edib ki, artıq “Milli Şura” adlanan qurum yoxdur: “Belə bir təşkilat qalmayıb, çoxdan iflasa uğrayıb”.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

