KOBİA-nın Müşahidə Şurasının iclası keçirilib
12.08.2021 [14:03]
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi, Şurada təmsil olunan müvafiq dövlət qurumlarının və agentliyin nümayəndələrinin iştirakı ilə təşkil olunmuş iclasda KOBİA-nın 2020-ci il və 2021-ci ilin birinci yarısında fəaliyyəti müzakirə edilib. İclasda vurğulanıb ki, iqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı və özəl sektorun dəstəklənməsi dövlətimizin başçısının rəhbərliyi ilə uğurla reallaşdırılan sosial-iqtisadi siyasətin əsas prioritetlərindəndir. KOB-ların (kiçik və orta biznesin) inkişafının stimullaşdırılması və dayanıqlı inkişafın hərəkətverici qüvvəsinə çevrilməsi 2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərində də qarşıya hədəf kimi qoyulub.
Tədbirdə pandemiyanın milli iqtisadiyyata, o cümlədən KOB-lara göstərdiyi təsirlər barədə məlumat verilib, dövlətin həyata keçirdiyi çoxşaxəli tədbirlər nəticəsində bu təsirlərin minimallaşdırıldığı, biznesin tədricən öz əvvəlki iqtisadi fəallığını bərpa etdiyi diqqətə çatdırılıb.
Qeyd edilib ki, 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi və əzəli torpaqlarımızın işğaldan azad edilməsi bu ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasını şərtləndirib. Bu baxımdan, işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərmək istəyən sahibkarların müraciətləri ilə bağlı işlər KOBİA-nın qarşıdakı dövrdə əsas fəaliyyət istiqamətlərindən olacaq.
İqtisadiyyat naziri rəqabətədavamlı KOB subyektlərinin formalaşdırılmasının, dövlət satınalmalarında iştirak payının artırılmasının, startapların, ixrac potensialı olan KOB subyektlərinin dəstəklənməsinin zəruriliyini qeyd edib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov 2020-ci ildə və 2021-ci ilin birinci yarısında agentliyin fəaliyyətinə dair təqdimatla çıxış edərək, KOB-ların inkişafı, bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına və satış bazarlarına çıxışın genişləndirilməsi, KOB maraqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər, yeni təşviq mexanizmləri barədə məlumat verib.
Tədbirdə bildirilib ki, hazırda 25 şəhər və rayonda 27 KOB dostu ofisi, 21 şəhər və rayonda isə KOB inkişaf mərkəzi fəaliyyət göstərir, sahibkarlar Xaçmaz və Yevlaxda yaradılmış KOB evlərində 150-dək dövlət-biznes və 100-dək biznes-biznes xidmətlərindən yararlanırlar.
İclasda KOBİA-nın fəaliyyəti, mikro, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində görüləcək tədbirlər barədə müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23

