Azərbaycan Respublikası Zəngəzur dəhlizinin açılması üçün bütün səylərini ortaya qoyub
17.08.2021 [16:13]
14 avqust 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibə vermişdir. Müsahibəsində cənab Prezident bildirmişdir ki, Azərbaycan torpaqlarının 30 ilə yaxın müddətdə erməni işğalında qalmasının əsas səbəbkarı beynəlxalq aləmin, xüsusilə də bu münaqişənin həll olunması prosesini öz öhdəliyinə götürmüş Minsk qrupunun ikili standartlarla fəaliyyət göstərməsi olmuşdur.Beynəlxalq hüquq normalarını kobudcasına pozan, Xocalı soyqırımını törədən cinayətkar və təcavüzkar Ermənistanın bu qanlı əməllərinə dünya birliyi susmuşdur. Azərbaycan Respublikası öz tarixi ata-baba torpaqlarını erməni işğalçılarından azad etmək üçün bütün diplomatik yolları sınadı, lakin əlləri günahsız Azərbaycan xalqının qanına bulanmış mənfur Ermənistan bizə müharibə variantından başqa şans vermədi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə beynəlxalq konfranslarda və xarici səfərlərindəki görüşlərində demişdir ki, əgər Ermənistan işğal olunmuş ərazilərdən sülh yolu ilə çıxmazsa o zaman Azərbaycan əsgərinin dəmir yumruğunu başının üzərində görəcəkdir.Şanlı Azərbaycan Ordusu 27 sentyabr 2020-ci ildə başlayan haqq savaşımızda 44 gün ərzində yağı düşmənin başını əzərək zəfər tariximizi yazdı. İkinci Qarabağ savaşında Azərbaycan dövləti məsuliyyətli və ləyaqətli müharibə aparmışdır. Uşaq qatili olan Ermənistandan fərqli olaraq Azərbaycan əsgəri mülki və günahsız əhaliyə bircə güllə belə atmamışdır.Bunun tam əksi olaraq isə Ermənistan həmişəki kimi ən çirkin vasitələrə əl ataraq müharibə qanunlarını həyasızcasına pozaraq mülki əhalinin yaşadığı şəhərlərmizi gecə saatlarında ağır raket zərbələri ilə atəşə tutmuşdur. Bunun nəticəsində çoxsaylı körpə, qoca, qadın vəhşicəsinə qələ yetirilmiş, yaşayış binalarına, ictimai və sosial obyektlərə ciddi ziyanlar dəymişdir. Ermənilərin müharibə zamanı törətdikləri Gəncə, Bərdə, Tərtər,Goranboy və Naftalan terrorlarını dünya ictimaiyyətinə məhz Türkiyənin televiziya kanalları vasitəsi ilə çatdırılmışdır.
Əlbətdə ki, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə cəhbədə böyük uğurlara imza ataraq yağı düşməni tarixi torpaqlarımızdan qovub çıxarırdı. Bir-birinin ardınca gələn zəfər müjdələri hər bir Azərbaycan vətəndaşında böyük ruh yüksəkliyi və şərafət duyğusu yaradırdı. Xalq olaraq hamı bir nəfər kimi öz Ordusunun yanında idi. Qarabağın ürəyi sayılan Şuşaya üçrəngli bayrağımızı sancaq igid Azərbaycan əsgərinin əsaləti tarix boyu qədirbilən millətimizin yaddaşından silinmiyəcəkdir. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin və qazilərimizin bu şücaəti bütün gələcək nəsillərimizdə qəhrəmanlıq dastanı kimi xatırlanacaq. “Vətən uğrunda ölən varsa əgər vətəndir” deyimi bir daha öz təsdiqini tapdı. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmaqdadır. Lakin Ermənistan tərəfinin cinayətkar siyasəti nəticəsində bu işlər böyük vaxt aparır. Demək olar ki, Ermənistan bu ərazilərin hamısıına minalar basdırmışdır. Minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsi və yaxud ləngidilməsi mülki əhalimizin həyatını riskə atır və gördüyümüz işlərə xeyli ziyan vurur. Bu da Ermənistan tərəfinin riyakar siyasət yürütdüyünün bariz nümunələrindən biridir.
Tarixin bütün zamanlarında Türkiyə Azərbaycan dostluğu və qardaşlığı mövcud olmuşdur. Bu müharibə dövründə də Türkiyə Azərbaycana həm maddi həm mənəvi dəstək göstərmişdir. Ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət” prinsipi hər zaman hər iki ölkənin ikitərəfli münasibətlərinin ana xəttini təşkil ediir. Necə ki Türkiyə Qarabağ savaşında bizə canla-başla dəstək oldusa Azərbaycan da Türkiyədə baş verən meşə yanğınları zamanı həmin dəstəyi sərgilədi. Bu bizim eyni soykökə, dilə, dinə mədəniyyətə, adət-ənənəyə malik olmağımzdan irəli gəlir. Dünya beynəlxalq münasibətləri sistemində Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu bir əfsanədir.Bütün dünya bu dostluğun sarsılmaz olduğuna qibtə ilə yanaşır. Biz bu qardaşlıq dəstəyindən ruhlanaraq gələcəkdə daha böyük regional və beynəlxalq uğurların zirvəsinə imzalar atacayıq.
Ermənistan tərəfi tam məğlubiyyətə uğramışdır. Rus sülhməramlılarının nəzarətində olan ərazilərə siah və əsgər göndərilməsi üçtərəfli Bəyanata ziddir. Bu Azərbaycan tərəfindən qəbuledilməzdir. Rusiya bu məsələdə obyektiv mövqe tutmalıdır. Rusiyanın Ermənistanı silahlandırmaq siyasəti Azərbaycan tərəfini narahat edir. Bununla bağlı rəsmi Bakı öz iradlarını Rusiyaya çatdırmışdır. Rusiya bölgədə sülhün və təhlükəsizliyin təminatçısı olmalıdır. Xankəndində və ona yaxın ərazilərdə yaşayan bütün erməni əhalisi Azərbaycan ictimaiyyəti ilə inteqrasiya olunmalıdır. Azərbaycan çoxmillətli və toleriant ölkədir. Digər xalqlar kimi onlar da bizim dövlətimizin tərkibində konstision hüquqlardan istifadə edərək yaşaya bilərlər. Lakin Ermənistan müdafiə nazirinin sərsəm bəyanatları onu göstərir ki, Azərbaycan Ordusunun “dəmir yumruğu”nu bir daha başının üstündə görmək istəyirlər. Rusiya tərəfinin Ermənistanı siahlandırmaq cəhdləri heç vaxt bölgədəki Azərbaycan üstünlüyünü dəyişə bilməyəcəkdir. 30 il ərzində siahlanan Ermənistanın “məğlubedilməz ordusu” 44 gün ərzində Şanlı Azərbaycan əsgəri tərəfindən diz çökdürüldü. Bu ölkəmizin regiondakı hərbi-siyasi nüfuzundan xəbər verir. Biz tarixi zəfərimizi şəhidlərimizin müqəddəs qanı ilə haqq savaşımızda əldə etmişik.
Azərbaycan Respublikası Zəngəzur dəhlizinin açılması üçün bütün səylərini ortaya qoymuşdur. Lakin Ermənistan tərəfi müqavilənin şərtlərini pozaraq bu dəhlizin açılmasına hər vəchlə mane olmaq istəyir. Azərbaycan Ermənistanla sülh müqaviləsinin bağlanılmasını istəyir. Əgər bizim ərazi bütövlüyümüzü tanıyacağı təqdirdə bu sülh müqaviləsi büttün region üçün uzunmüddətli sülhün təminatçısı olacaqdır. Onsuz da Ermənistan çox çətin ictimai-siyasi və sosial-iqtisadi böhran içində itib batır. Zəngəzur dəhlizinin açılması regionun bütün ölkələri üçün çox əlverişli iqtisadi və siyasi əhəmiyətə malik olacaqdır. Xüsusilə, türk dünyasını birləşdirəcək bu körpü Bakıdan Ankaraya qədər bütün quru yollarını birləşdirəcəkdir. Eyni zamanda dəmiryol xətti ilə yanaşı avtomobil yolunun çəkilişi də nəzərdə tutulur. Düzdür Ermənistan buna etiraz etsə də biz bu yolun açılışına nail olacayıq. Çünki bu bizim ən təbii haqqımızdır. Zatən bu torpaqlar bizim atalarımızın torpaqları olmuşdur. Tarixin müəyyən zamanlarında ədalətsiz qərarlarla Azərbaycandan qoparılaraq Ermənistan adlı dövlətə pay verilmişdir. Hansı ki, Qafqazda Ermənistan deyilən bir dövlət mövcud olmamışdır. Bunun üçün də gələcək nəsillərimiz tam sərbəst şəkildə Zəngəzura gedəcək və doğma torpaqlarını görə biləcək xoşbəxtliyini yaşamağa haqları çatır. Bu haqqı onlara qüdrətli Azərbaycan dövləti verəcəkdir.
Anar Babayev,
Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08

