Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Otto Hauzer: Bundestaqın Azərbaycanla bağlı qərəzli qətnamə qəbul etməsi təəssüf doğurur

Otto Hauzer: Bundestaqın Azərbaycanla bağlı qərəzli qətnamə qəbul etməsi təəssüf doğurur

18.06.2015 [10:07]

Almaniyanın sabiq dövlət katibi, Azərbaycanın Ştutqartdakı fəxri konsulu Otto Hauzer Bundestaqın bu yaxınlarda Azərbaycanla bağlı qərəzli qətnamə qəbul etməsinin təəssüf doğurduğunu bildirib. Otto Hauzer deyib: “Gəlinən nəticə həqiqətə əsaslanmır. Xüsusən də ölkə cəmiyyətindəki mövcud həqiqətlərin diqqətdən kənarda saxlanması Azərbaycan haqqında yanlış təəssüratların yaranmasına səbəb olur. Dini tolerantlıq və dinlərarası dinc münasibətlər kimi həqiqətlərin qiymətləndirilməməsinin özü belə qətnamə müəlliflərinin qərəzliliyindən və məlumatsızlıqlarından xəbər verir”.
Otto Hauzer qeyd edib ki, ifadə azadlığı ilə bağlı ittihamlar ölkədə sərhədsiz internetə çıxışın olması faktı ilə təzad təşkil edir. Bu fakt həmin ittihamların həqiqətə uyğun olmadığını təsdiqləyir. Azərbaycanda bütün sosial media vasitələrinin mövcudluğunu diqqətə çatdıran O.Hauzer ifadə və mətbuat azadlıqlarının məhdudlaşdırılmasından danışanların ölkədəki vəziyyətdən xəbərsiz olduqlarını bildirib.
Fəxri konsul Bundestaqın deputatlarının əksəriyyətinin bu qətnamə ilə razılaşmadığını, səsvermədə yalnız 30 deputatın iştirakının bunun bariz sübutu olmasını göstərdiyini vurğulayıb. Otto Hauzer yaranan bu anlaşılmazlığın qısa müddətdə aradan qalxacağına əminliyini ifadə edib.

 
Paylaş:
Baxılıb: 327 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli Məclisdə...

24 Aprel 10:19

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30