Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Səməd Seyidov: "AŞPA-da qeyri-obyektiv tənqidlərə kəskin cavablar verəcəyik"

Səməd Seyidov: "AŞPA-da qeyri-obyektiv tənqidlərə kəskin cavablar verəcəyik"

19.06.2015 [14:50]

Bilirik ki, müxtəlif qüvvələr erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı həqiqətdən uzaq məlumatların yayılması ilə məşğuldur"
“Avropa Şurası Parlament Assambleyasının qarşıdan gələn sessiyasında “Azərbaycanda demokratik institutların fəaliyyəti” adı altında məruzənin dinlənilməsi, Azərbaycanla bağlı Monitorinq Komitəsində müzakirələrin planlaşdırılması, eləcə də Azərbaycan nümayəndə heyətinin sessiyaya öz yeni fikirləri və təklifləri ilə getməsi baxımından bu sessiya bizim üçün daha əhəmiyyətlidir və ciddi məsələlərlə zəngin olacaq”.
Bunu APA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
S. Seyidov sessiyada Azərbaycana qarşı qeyri-obyektiv tənqidlərin səslənməsinə hazırlaşdıqlarını bildirib: "Bilirik ki, müxtəlif qüvvələr, xüsusilə də erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı həqiqətdən uzaq məlumatların yayılması ilə məşğuldurlar. Biz buna qarşı müxtəlif addımlar, çıxışlar hazırlayırıq”.
S. Seyidov qeyd edib ki, Azərbaycanla bağlı hazırlanmış məruzənin ilkin variantı artıq ondadır və hazırda üzərində təhlillər aparılır: “Məruzədə xeyli tənqidi məqamlar var. Reallığı əks etdirən məqamlara təbii ki, normal yanaşmaq lazımdır. Amma o məqamlar ki, qeyri-obyektivdir, ikili standartlardan ibarətdir, onlara qarşı biz kəskin mövqeyimizi bildirəcəyik. Eyni zamanda, məruzədə çox vacib bir məsələ də var. Orada Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı ilə bağlı məqamlar mövcuddur. Bu məsələni biz dəstəkləyəcəyik ki, məruzə qəbul olunsa, bu fikirlər sənəddə qalsın. Amma biz bilirik ki, Ermənistan tərəfi yalanlar yayıb, hansısa məsələləri dəyişdirməyə cəhd edəcək. Ona görə bu məsələdə də işimizi möhkəm tutmuşuq”.

 
Paylaş:
Baxılıb: 332 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30