Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanın qadınlardan və kişilərdən ibarət basketbol komandaları Litva və İsrail milliləri ilə mübarizə aparacaq

Azərbaycanın qadınlardan və kişilərdən ibarət basketbol komandaları Litva və İsrail milliləri ilə mübarizə aparacaq

25.06.2015 [15:07]

“Bakı-2015” çərçivəsində Avropa Oyunları Parkında keçirilən kişilər və qadın yığmaları arasında 3x3 basketbol yarışları davam edir.
Kişi və qadın komandaların mübarizə apardığı yarışlarda yığmalar Oyunların qızıl medallarını qazanmaq uğrunda mübarizə aparırlar.
Ötən gün basketbol yarışlarının ikinci günü Azərbaycanın həm kişi, həm də qadınlardan ibarət komandaları üçün uğurlu olub. Hər iki komandamız səkkizdəbir final mərhələsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, iyunun 25-də yarışların üçüncü günündə qadınların mübarizəsində Azərbaycanın 3x3 basketbol komandasının səkkizdəbir final mərhələsindəki rəqibi Litva basketbolçuları olacaqlar. Bu mərhələni adlayacağı təqdirdə millimiz dörddəbir finalda İspaniya-Türkiyə qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.
Kişilər arasında 3x3 basketbol yarışlarında isə Azərbaycan yığması səkkizdəbir final mərhələsində İsrail millisi ilə qarşılaşacaq. Yığmamız rəqibini məğlub edəcəyi təqdirdə dörddəbir finalda İspaniya - İtaliya görüşünün qalibi ilə qarşılaşacaq.
Ümumilikdə dörd gün davam edəcək 3x3 basketbol yarışlarında qaliblər iyunun 26-da müəyyənləşəcək.

 
Paylaş:
Baxılıb: 326 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31