Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “The Budapest Times” jurnalı Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini yazır

“The Budapest Times” jurnalı Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini yazır

25.06.2015 [17:00]

Macarıstanın nüfuzlu “The Budapest Times” jurnalında birinci Avropa Oyunları ilə bağlı geniş məqalə dərc edilib. Məqalədə ilk Avropa Oyunlarında iştirak edən ölkələr, eləcə də idmançılar və yarışlar barədə ətraflı məlumat verilir. Macarıstanın “Bakı-2015”də 200 idmançı ilə təmsil olunduğu diqqətə çatdırılır. Müəllif Lee Reaney Avropa Oyunlarının gələn il Braziliyada keçiriləcək növbəti yay Olimpiya Oyunlarında iştirak üçün lisenziya verdiyini xatırladır.
Məqalədə birinci Avropa Oyunları təşkil edilməyənə qədər Avropanın bu səviyyədə beynəlxalq idman yarışları keçirilməyən yeganə qitə olduğu bildirilir. Panamerika, Afrika, Sakit okean və ya Asiya Oyunları nümunə kimi qeyd olunur.
Avropa Oyunlarının keçirilməsi ideyasının yaranmasından, Azərbaycanın ev sahibliyi etmək üçün öz namizədliyini irəli sürməsindən və hazırlıq prosesindən ətraflı bəhs edən müəllif Bakının gözəlliyini xüsusi vurğulayır. Həmçinin Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonrakı dövr, Ermənistanla müharibə şəraitində olması və s. məsələlər barədə məlumatlar oxucuların diqqətinə çatdırılır. Ölkənin zəngin neft-qaz ehtiyatlarına malik olması və düzgün aparılan daxili və xarici siyasət nəticəsində inkişaf etməsi vurğulanır, Azərbaycanın “Eurovision” müsabiqəsində olduğu kimi, Avropa Oyunlarına da uğurla ev sahibliyi etdiyi bildirilir.
Məqalədə “Bakı-2015”in simvollarının geniş təsviri verilir və hər birinin daşıdığı məna oxucuların nəzərinə çatdırılır.
Məqalədə, həmçinin yarışların keçirildiyi arenalar barədə ətraflı məlumat verilir, atletlər üçün yaradılmış şəraitin təqdirəlayiq olduğu diqqətə çatdırılır. Bakını alovlar içərisindən yüksələn Simurq quşuna bənzədən müəllif Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, Xalça Muzeyi və s. görməli yerlər barədə də məlumat verir, Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini vurğulayır.

 
Paylaş:
Baxılıb: 343 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30