Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Prezident İlham Əliyev Azərbaycanın bundan 40-50 il sonrakı vəziyyətini düşünür
- 2012-ci ildə sahibkarlara dövlət dəstəyi daha da gücləndiriləcək
- Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də yaşayacaq
- Yeni Azərbaycan Partiyası 2008-ci ilə dair hesabatını açıqlayıb
- “Xocalıya ədalət” kampaniyasının və onun internet saytının dünyanın 20-dək şəhərində təqdimatı keçiriləcək
- Rusiyada “Xocalıya ədalət” beynəlxalq kampaniyasına start verilib
- Xocalı soyqırımı Avropa Parlamentində anılıb
- 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
Prezidentin təltif etdiyi müəllimlər mükafatlandırılıb
Dünən Təhsil Nazirliyində Beynəlxalq Müəllimlər gününə həsr olunmuş tədbir keçirilib.
Bu münasibətlə Təhsil Nazirliyinin kollektivi Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, məzarı önünə gül qoyublar.
Qeyd edək ki, Beynəlxalq Müəllimlər günü münasibətilə təşkil olunmuş tədbirə təhsil naziri Misir Mərdanov, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının rəhbəri, millət vəkili Səttar Mehbalıyev də qatılıb.
Ölkə Prezidentinin son Fərmanı ilə təltif olunan müəllimləri təbrik edən təhsil naziri Misir Mərdanov bildirib ki, son illər müəllimlərin peşə bayramı Azərbaycanda milli bayram səviyyəsində qeyd olunur. Bu bayrama münasibətin ildən-ilə yaxşılaşdığını və kütləviləşdiyini bildirən nazir buna nümunə kimi, ölkə Prezidentinin son Fərmanı ilə 132 müəllimin müxtəlif səviyyələrdə təltif olunduğunu göstərib. Ümummilli lider Heydər Əliyevin təhsilə və müəllimə çox yüksək münasibət bəslədiyini deyən nazir bu siyasətin Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini söyləyib: “Müəllimlər günü ərəfəsində 132 təhsil işçisinə verilən mükafat ümumilikdə Azərbaycan təhsilinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Son illərdə Azərbaycanda 1300 müəllim müxtəlif adlara layiq görülüb, 300-dən çox təhsil müəssisəsi tikilərək şagirdlərin istifadəsinə verilib. Bir sözlə, son illərdə Azərbaycan təhsil sektoru sürətlə inkişaf edir və bu siyasət gələcəkdə də davam etdiriləcək. Müəllimlərin mükafatlandırılması bütün Azərbaycan müəllimlərinə, Azərbaycan təhsilinə verilən qiymətdir”.
Nazir son illər təhsilin bütün pillələrində yeniliklərin həyata keçirildiyini, şəraitin daha da yaxşılaşdırıldığını bildirib: “Amma buna baxmayaraq, biz arxayın olmamalıyıq. Qarşıda bizi daha çətin işlər gözləyir”.
Müəllimlərin peşə ixtisaslarının artırılması sahəsində problemlərin olduğunu deyən nazir əlavə edib ki, kurrikulumla işləyən müəllimlərin sayı azdır, onların müasir qiymətləndirmə sistemindən xəbəri yoxdur. Mərkəzləşdirilmiş buraxılış imtahanlarının bu il də davam etdiriləcəyini qeyd edən M.Mərdanov vurğulayıb ki, 11-ci siniflər 8, 9-cu siniflər isə 2 fənn üzrə mərkəzləşdirilmiş buraxılış imtahanları verəcəklər: “Dünyanın elə bir ölkəsi yoxdur ki, təhsil sahəsində problemlər olmasın. Elə bir ölkə də yoxdur ki, orada təhsil sahəsindəki bütün problemlər dövlət hesabına həll olunsun. Valideynlərin məktəblərə yardım etməsi təbiidir. Valideynlər görsə ki, onların qanuni yolla etdikləri yardım övladlarının təhsilinin keyfiyyətinə müsbət təsir göstərir, bu, heç bir problem yaratmaz. Amma təəssüf ki, hələ də bizim ümumi işimizə xələl gətirən müəllimlər var”.
RUHİYYƏ

Siyasət