Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 1 səs)
Çox oxunanlar
- Prezident İlham Əliyev Azərbaycanın bundan 40-50 il sonrakı vəziyyətini düşünür
- 2012-ci ildə sahibkarlara dövlət dəstəyi daha da gücləndiriləcək
- Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də yaşayacaq
- Yeni Azərbaycan Partiyası 2008-ci ilə dair hesabatını açıqlayıb
- “Xocalıya ədalət” kampaniyasının və onun internet saytının dünyanın 20-dək şəhərində təqdimatı keçiriləcək
- Rusiyada “Xocalıya ədalət” beynəlxalq kampaniyasına start verilib
- Xocalı soyqırımı Avropa Parlamentində anılıb
- 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
Dövlət Komissiyası Azərbaycanda təbii fəlakətdən ziyan çəkmiş kəndlərin köçürüləcəyi yeri müəyyənləşdirib
Azərbaycanda baş verən təbii fəlakətlə bağlı yaradılan Dövlət Komissiyası üzvlərinin iştirakı ilə Sabirabaddakı operativ qərargahda müşavirə keçirilib.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, müşavirəyə baş nazirin müavini Abid Şərifov rəhbərlik edib. Müşavirədən sonra komissiyanın üzvü, fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında müzakirə olunan məsələlər haqqında məlumat verib: “Komissiyanın iclasında köçürəcəyimiz kəndlərin yeri müəyyənləşdi. İmişli, Sabirabad və Saatlı rayonları ərazisində kəndlərin əvvəlki yerinə yaxın ərazilər seçilib. Yeni seçilən yerlər çox müvafiqdir, orada infrastrukturun tezliklə yaradıla bilməsi üçün də imkanlar var. Komissiya ilkin qərar hazırladı, yəqin ki, yaxın vaxtlarda təsdiqlənər”.
K.Heydərov təmir olunacaq evlərdə işlərə isə bu gündən başlanmasına qərar verildiyini diqqətə çatdırıb: “Hansı evlər ki, uçmayıb və o kəndlər ki, köçürülməyəcək, bu gündən orada evlərin təmirinə başlanır. Əvvəldən də dediyimiz kimi, bəndlərin arasında yerləşən kəndlərin də yaxın yerlərə köçürülməsi məsələsi həll olundu. Bilirsiniz ki, bu kəndlər birinci və ikinci bəndlərin arasında yerləşir. İkinci bəndlərdən sonrakı ərazidə yerləşən kəndlərin gələcəkdə təhlükəsizliyini təmin etmək üçün isə təhlükəli yerlərdə bəndlərin möhkəmləndirilməsi və yeni bəndlərin tikilməsi məsələsi müzakirə olundu. Yəqin ki, bu məsələ yaxın vaxtlarda layihələr təqdim olunandan sonra həllini tapacaq”.
Nazir müşavirədə təbii fəlakətdən zərər çəkmiş əhaliyə kompensasiyaların ödənilməsi məsələsinin də müzakirə olunduğunu bildirib: “Amma hələlik tam qərar verilməyib. Elə yerlər var ki, hələ də suyun altındadır, orada dəymiş ziyanı hesablaya bilmirik. Cənab Prezident həm Bakıda, həm Şirvanda keçirilən müşavirədə, eləcə də əhali ilə görüş zamanı bütün əhaliyə dəyən ziyanın dövlət tərəfindən ödəniləcəyini bildirib. Dövlət Komissiyanın tərkibindəki alt komissiyalar, demək olar ki, işlərini yekunlaşdırıb. Əhalinin təsərrüfatına, mal-qarasına, məişətinə dəyən ziyanlar da hesablanır, onlara hansı həcmdə kompensasiyaların ödəniləcəyi müəyyənləşdirilir. Dəqiq qərar çıxarmaq istəyirik ki, əhali yeni evlərinə köçəndən sonra məişət baxımından heç bir problemlə üzləşməsin. Bu həftənin sonuna qədər artıq yekun qərarımızı verəcəyik. Yay fəslində evlərindən köçmüş insanlar bu bəladan ləyaqətlə, dözümlə çıxıblar. Qısa müddətdə cənab Prezidentin tapşırığı ilə bütün insanları öz evlərinə qaytaracağıq. Aidiyyəti orqanların nümayəndələri bu müşavirədə iştirak edirdilər. Kimin öhdəsinə nə düşürsə, yerinə yetirəcək”.

Siyasət