Videoya bax    |    Səsi dinlə
Menyu
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Yeni Azərbaycan
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Müdafiə Nazirliyi parlamentin qərarını gözləyir     |     Xocalı soyqırımı Konqresdə müzakirəyə çıxarılıb     |     Azərbaycan və Latviya əməkdaşlıq edəcək     |     Ter-Petrosyan həm sərəncam, həm də möhlət verdi     |     Hemofiliyalı xəstələr üçün qan tədarükü     |     Çanaqqala     |     Dünya bazarında neftin qiyməti tarixi həddə çatıb     |     AYİB Azərbaycan hökumətinə müraciət edib     |     Dumada keçiriləcək dinləmələrdə...     |     1391-dən 26-sı     |    
Sosial : Pensiyaların ödənişi üçün yeni model hazırlanıb
Pensiyaların ödənişi üçün yeni model hazırlanıb

Səlim Müslümov: Vətəndaşlar sığorta ödənişlərini qeyri-dövlət pensiya fondlarına da yerləşdirə biləcəklər

Dövlət Sosial Müdafiə Fondu pensiya islahatlarının üçüncü mərhələsinə keçid üçün yeni modelin hazırlanmasını yekunlaşdırmaq üzrədir. İslahatların bu mərhələsi birbaşa sosial yığım prinsiplərinə əsaslandığından bundan sonra pensiyaçıların ödədikləri aylıq sosial sığorta haqqı gələcək pensiya təminatında əsas rol oynayacaq. Yəni, yeni pensiya sistemində daha çox aylıq sığorta fonduna ödəniş ödəyən vətəndaşlar gələcəkdə yüksək məbləğdə pensiya əldə etmək imkanı qazanacaqlar. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib ki, bu proses Azərbaycan hökuməti ilə Dünya Bankı arasında imzalanan pensiya sisteminin təkmilləşdirilməsi layihəsi çərçivəsində həyata keçiriləcək. Dünya Bankı islahatların başa çatdırılmasına 10 milyon dollar vəsait yönəldəcək. Bankla bərabər, Amerikanın Ticarət və İnkişaf Agentliyi layihənin bir sıra komponentlərinə yardım göstərmək barədə razılıq verib.

Dünən Ticarət və İnkişaf Agentliyi ilə Dövlət Sosial Müdafiə Fondu arasında imzalanan qrant sazişi təqaüd sisteminin yaradılmasına köməyi nəzərdə tutur. S.Müslümov bildirib ki, ümumi dəyəri 1 milyon 111 min dollar olan layihənin 600 min dollarını agentlik, 511 min dollarını isə fond maliyyələşdirəcək. ABŞ-ın adıçəkilən təşkilatı layihənin texniki detallarının hazırlanmasına kömək göstərəcək. Bu, fərdi təqaüd sisteminin əsas elementlərindən biri hesab olunur. Belə ki, layihə çərçivəsində ölkəmizdə tətbiqinə yeni başlanılmış fərdi uçot sistemi təkmilləşdiriləcək. Pensiyaçılar üçün gələcəkdə şəxsi təqaüd fondlarına könüllülük prinsipi əsasında ödəmələrin həyata keçirilməsini nəzərdə tutan bu sistem yığım prinsiplərinin əsas istiqamətlərini təşkil edəcək. Səlim Müslümovun fikrincə, hökumətin maliyyələşdirdiyi baza pensiyalarından fərqli olaraq yığım pensiyaları sığorta haqqının ödənişindən asılı olaraq bir neçə dəfə yüksək ola bilər. Yəni, baza pensiyası 60 manat olduğu halda vətəndaşın sığorta fonduna ödəməsinin müqabilində onun yığım pensiyasının məbləği 200-300 manat təşkil edə bilər. S.Müslümov deyib ki, bu proses 2010-2015-ci illər ərzində daha geniş miqyas alacaq. İş ondadır ki, beynəlxalq təşkilatlar, xüsusilə də Dünya Bankı tövsiyə edib ki, yeni pensiya islahatlarına Sosial Müdaifə Fondu ilə bərabər, qeyri-dövlət pensiya fondları da cəlb edilsin. Hökumətin bu təklifi bəyəndiyini xatırladan fondun rəhbəri artıq 2008-ci ildən qeyri-dövlət  pensiya fondlarının prosesdə iştirakının mümkünlüyünü istisna etməyib. S.Müslümovun fikrincə, yeni sistem tətbiq olunduqdan sonra əhali öz vəsaitlərini, yəni, sosial sığorta haqlarını qeyri-dövlət pensiya fondlarına yerləşdirə biləcəklər. Bu, bazar prinsiplərinin əsas üstünlüklərindən biridir və vətəndaşın maliyyə bazarında iştirakına geniş imkanlar yaradır. Bu sistemdə vətəndaşlar özlərini sanki pullarını banklara yerləşdirmiş kimi hiss edəcəklər. Ən əsası isə bundan ibarətdir ki, sosial sığorta haqlarını qeyri-dövlət pensiya fondlarına və yaxud Sosial Müdafiə Fondunu yığım hesabına yerləşdirən şəxslər pulların üzərinə faizlərin əlavə olunması imkanı da qazanacaqlar. İllik inflyasiyanın səviyyəsindən asılı olmayaraq həmin vəsaitlər dəyərini daha da artırmış olacaq. S.Müslümov Dünya Bankı ilə müzakirə olunan əsas məsələlərdən birinin pensiyaların maliyyələşdirilməsində bölgü prinsipləri ilə bağlı olduğunu xatırladıb. DB hökumətə təklif edib ki, pensiyaların maliyyələşdirilməsinin baza hissəsinin 40 faizini dövlət, 60 faizini isə Sosial Müdafiə Fondu sosial sığorta haqlarından əldə edilən vəsait hesabına təmin etsin. Fondun rəhbərinin fikrincə, artıq Azərbaycanda sosial sığorta haqlarının yığım miqyasının artması buna imkan verir ki, yaxın illərdə pensiyaların maliyyələşdirilməsində büdcənin yükü xeyli azalacaq. Hətta 2015-ci ilədək pensiyaların tamamilə Sosial Müdafiə Fondu tərəfindən maliyyələşdirilməsi mümkün olacaq.

Səlim Müslümov hətta bir neçə ildən sonra Dövlət Sosial Müdafiə Fondunun əsas maliyyə qurumlarından birinə çevriləcəyini və birbaşa öz vəsaitləri hesabına sosial siyasəti tənzimləyə biləcəyini istisna etmir. Belə ki, fonda daxil olan sosial sığorta haqlarının məbləği bu qurumun kifayət qədər maliyyə resurslarına malik olmasına və həmin vəsaitlər hesabına pensiyaların bütün istiqamətlər üzrə maliyyələşdirilməsinə imkan yaradacaq. Fondun rəhbəri əmin edib ki, sosial pensiya islahatı çərçivəsində DSMF bütün vətəndaşların gələcəkdə əhatəli şəkildə pensiya ilə təmin olunmasına nail ola biləcək.

Pensiyaçıların plastik kartlarla təmin olunmasına gəlincə, Səlim Müslümov artıq bu prosesin Bakı, Sumqayıt, Gəncə və digər iri şəhərlərdə tamamilə başa çatdığını söyləyib. Ölkədəki 1 milyon 25 mindən artıq pensiyaçının təxminən üçdə biri bu gün plastik kartlarla təmin edilib. Səlim Müslümov artıq “Kapitalbank”ın rayonlarda bankomatların sayını artırdığını və ilin sonuna kimi 380 mindən çox pensiyaçının plastik kartlar vasitəsilə təqaüdlərini ala biləcəyini xatırladıb. Fondun rəhbəri prosesin tam başa çatması üçün bankomatların sayının artırılmasını vacib sayır.

Elbrus CƏFƏRLİ



185 dəfə oxunub
 

1 2 3 4 5
 
(cəmi 0 səs)
Bu mövzuya uyğun digər xəbərlər
 Sığorta-pensiya sistemi vətəndaşların hüquqlarının etibarlı müdafiəsini təmin edir
 Gələn il pensiya və müavinətlər artırılacaq
 ... Əmək pensiyalarının artırılması haqqında sərəncam imzalayıb
 Təqaüdçülərin pensiyaları artırılacaq
 Gələn il pensiyaların ödənilməsinə 1,18 mlrd. manat sərf ediləcək
 
  
Yeni Azərbaycan
 
spacer

spacer
   
   
spacer
  Copyright © 2006 Butun haqqları qorunur.
De-mar.net Studiyasında hazırlanıb