Videoya bax    |    Səsi dinlə
Menyu
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Yeni Azərbaycan
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Müdafiə Nazirliyi parlamentin qərarını gözləyir     |     Xocalı soyqırımı Konqresdə müzakirəyə çıxarılıb     |     Azərbaycan və Latviya əməkdaşlıq edəcək     |     Ter-Petrosyan həm sərəncam, həm də möhlət verdi     |     Hemofiliyalı xəstələr üçün qan tədarükü     |     Çanaqqala     |     Dünya bazarında neftin qiyməti tarixi həddə çatıb     |     AYİB Azərbaycan hökumətinə müraciət edib     |     Dumada keçiriləcək dinləmələrdə...     |     1391-dən 26-sı     |    
Sosial : Qana ehtiyac artır
Qana ehtiyac artır

Amma Qan Bankı tələbatı ödəyə bilmir

Ölkədə qan ehtiyatı azdır. Bu səbəbdən də qana ehtiyacı olanların tələbatını tam ödəmək mümkün olmur. Tələbat isə gündən-günə artır. Son vaxtlar yol-qəza hadisələrinin də artdığını nəzərə alsaq, onda bu sahədə vəziyyəti təsəvvür etmək çətin olmaz.

Ölkədə qan ehtiyatının toplandığı Elmi Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankı da problemləri  etiraf edir.

Bəs, ölkədə qan azlığının səbəbi nədir?

Daim qana ehtiyacı olanların kifayət sayda olduğunu bilə-bilə xeyriyyəçi azərbaycanlılar qan verməkdən niyə qaçır? Üstəlik, bu proses həm də onların özünə xeyirdirsə?!

Niyə qan vermirəm?

Bir az araşdırmağa çalışıb kiçikəhatəli bir sorğu keçirdik. Sorğumuza cəlb etdiklərimiz heç vaxt qan verməyən, hətta bu prosedurun necə və harada həyata keçirildiyindən xəbərsiz olanlar idi. Öyrəndik ki, insanlar ilk növbədə qan verməkdən qorxur. Məsələn, Səadət xanım tələbə olanda qan verib. Bu, onun verdiyi ilk və son qan olub: “Onu da könüllü vermədim. Qorxduğum üçün vermək istəmirdim. Ancaq zorla məndən qan aldılar. Könüllü qan verən tələbə yoldaşım isə bir neçə ay sonra öldü. O vaxt danışırdılar ki, ona qan vermək olmazmış. Gündən-günə saraldı. Sonra hansısa əməliyyat üçün təhsildən ayrıldığını eşitdik. Sonra da ölüm xəbəri”.

Qanvermənin insan orqanizmi üçün xeyirli olduğunu yaxınlaşdığımız hər kəs bildiyini söylədi. Ancaq bu savab və orqanizm üçün xeyirli prosesdə heç kim iştirak etmək istəmir. Səbəblərdən biri qorxudursa, ikincisi də düzgün qidalana bilməməkdir. Bir qrup şəxs düzgün qidalanmadığını, öz orqanizminin qan ehtiyatını yığa bilmədiyini, bu səbəbdən qan verə bilmədiyini söylədi.

Yəni, öz orqanizmimi qanla təmin edə bilmirəm, başqasına necə qan verim?

Ac insanın qanı

Tibb özü də ac insandan qanın alınmasını elmi cəhətdən yolverilməz hesab edir. Qan verən insan bu proses zamanı tox olmalıdır. Odur ki, Qan Bankında qan götürməzdən öncə donora yemək verirlər.

Düzgün qidalanmayan insanın qanında lazım olan komponentlər azlıq təşkil edir. Məhz bu səbəb çox vaxt qan verməklə çörəkpulu qazanmaq istəyənlərin “arzusunu” imkansızlaşdırır.

Qanın bir dozası 16 manat

Pullu donorluqdan istifadə imkanı da vəziyyəti yüngülləşdirə bilmir. Öyrəndik ki, cəmi 100 nəfər pullu donor qeydiyyatdadır. Onların hesabına hansısa qan ehtiyacını ödəmək mümkün deyil.

Qan bankları daha çox qana ehtiyacı olan talassemiyalı xəstələri təmin etməyə çalışır. Xəstəxananın qeydiyyatında müxtəlif yaş qrupunda 600 nəfər talassemiyalı xəstə var. Elə xəstələr var ki, onun qana tələbatını ödəmək üçün iki nəfərdən alınan qan bütünlüklə istifadə edilir.

Ölkədə hemofiliyalı xəstələrin də olduğunu və hər gün onlarla bədbəxt hadisələr baş verdiyini nəzərə alsaq, qan banklarının ehtiyacı ödəyə bilmədiyinə dair etirafını gözləməyə gərək qalmaz.

Verilən hər doza qana görə donora 16 manat pul verirlər.  Qeyd edək ki, hər doza 200-400 qram təşkil edir. Yəni hər donordan bu miqdar alınır və dediyimiz məbləğ ödənir.

Qan verib həm pul ala bilərsən, həm də sağlamlaşarsan.

Qan vermək nəyə xeyirdir?

Mütəxəssislər deyir ki, bu üsulla bir çox xəstəlikləri aradan qaldırmaq olar. Məsələn, qan verməklə yaşlı insanlarda gümrahlıq, sklerozdan əziyyət çəkənlərdə yaddaşın yaxşılaşması kimi problemlərə son qoyula bilər.

Pullu donorlardan qan almanın da öz problemləri olur. Məsələn, həmin donorlar hər hansı bir xəstəliyin daşıyıcısı ola  bilərlər. Bəzi xəstəliklərin daşıyıcıları paxıl olur. Həmin xəstələr daşıdıqları virusu hamıya yaymaq, məhz bu səbəbdən donor olmaq istəyirlər.

Donorun qanı

Bəs, alınan qanla xəstəlik keçməsinin qarşısını necə alırlar? Qan verən şəxslərdən digərlərinə xəstəliyin keçməməsi üçün bankda xüsusi komissiya fəaliyyət göstərir. Donorun qanı müayinə olunur, qan qrupu müəyyənləşdirilir və digər faktorlar öyrənilir. Eyni zamanda donorun səhhətinə ciddi fikir verilir. Terapevtlər tibbi müayinədən keçirir. Komissiyada təmsil olunan mütəxəssislərin şəxsin sağlamlığı haqqında müsbət rəyindən sonra ondan qan götürülür. İnfeksion, vərəmin açıq forması, ürək çatışmazlığı, revmatizm, beyin iflici və digər ciddi və qanla bağlı xəstəlikləri olan adamlardan qanın götürülməsi qadağandır. Donorlar qan götürüldükdən əvvəl və sonra yeməklə təmin edilirlər. Eyni zamanda onlar pulsuz müayinə edilir, infeksiyalara görə yoxlamalardan keçirilirlər. Donorun SPİD, siiflis, malyariya, hepatit V və S xəstəliklərindən əziyyət çəkib-çəkmədiyi müəyyənləşdirilir. Bu xəstəliklərin əlamətləri aşkarlandıqda həmin şəxsə qan vermək qadağan edilir. Bütün bunlarla yanaşı qan verən gün həmin vətəndaş işlədiyi müəssisənin hesabına işdən azad edilir.

Hamıya lazım ola bilər?!

Ölkədə qanvermə kampaniya xarakteri daşıdığından, kütləvi tədbirlərdən-tədbirlərə qan əldə etmək olur. Adi vaxtlarda isə bu sahədə vəziyyət həddən artıq pisdir.

Ehtiyac artdıqca çıxış yolu göstərən variantlar azalır.

Hələlik həkimlərin yardımına xəstələrin yaxınları və qohumları çatır. Bu istiqamətdə olan problemləri həll etmək isə təkcə qan bankının işi deyil. Bu işdə mətbuat və digər informasiya vasitələri də onlara kömək etməlidir. Qanvermə kampaniyaları ümumi iş olmalıdır.

RUHİYYƏ

 



153 dəfə oxunub
 

1 2 3 4 5
 
Rating: 4.85Rating: 4.85Rating: 4.85Rating: 4.85Rating: 4.85 (cəmi 13 səs)
Bu mövzuya uyğun digər xəbərlər
 Qan hər şeydən dəyərli olanda...
 Hemofiliyalı xəstələr üçün qan tədarükü
 Gəncədə “Donor günü”
 Qanı xəsis olanın özü də xəsis olur?
 Qan bankının direktoru işdən çıxarıldı
 
  
Yeni Azərbaycan
 
spacer

spacer
   
   
spacer
  Copyright © 2006 Butun haqqları qorunur.
De-mar.net Studiyasında hazırlanıb