Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 65 səs)
Çox oxunanlar
- Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
- Münxen Təhlükəsizlik Konfransında dünyanın siyasi-iqtisadi gündəliyindəki ən vacib məsələlər müzakirə edildi
- 2012-ci ildə Azərbaycanda böyük infrastruktur layihələri həyata keçiriləcək
- Prezident İlham Əliyev Albaniyanın ölkəmizdəki səfirinin etimadnaməsini qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib
- Əli Həsənov: Hesab edirəm ki, Türkiyə Böyük Millət Məclisində Xocalı ilə bağlı müəyyən qərarlar qəbul etmək imkanı olacaq
- Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Senatının nümayəndə heyəti ilə görüşüb
- Prezident İlham Əliyev İndoneziyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib
Dünən ölkənin təhsil müəssisələrində "ilk zəng" səsləndi
Dünən ölkənin bütün məktəblərində ilk zəng səsləndi. Bir neçə aylıq fasilədən sonra məktəblər yenidən qaynar həyata döndü. Biz də məktəblərin ən xoşbəxt günlərindən birini izləmək üçün bir neçə məktəbdə olmaq qərarına gəldik. Seçim edərkən Bakı və Abşeronda həm qocaman, yaşı çox olmasa da, təcrübəsi ilə ölkə məktəblərinə nümunə olacaq məktəb, həm də qısa fəaliyyət dövrü olan təhsil ocaqlarına üstünlük verdik.
Və ilk olaraq Avropa liseyindən başladıq. Bu il təhsil ocağı üçün yeni korpusun tikintisi davam etdiyindən bayram nisbətən dar çərçivədə qeyd edildi. Liseyin direktoru Zülfiyyə Veyisovanın sözlərinə görə, lisey kimi qeydə alınmalarının növbəti ildönümünə yeni korpus hazır olacaq və indiki darlıq hiss olunmayacaq.
Yeri gəlmişkən, lisey Prezident İlham Əliyevin Sərəncamı ilə müəyyən edilmiş "Ən yaxşı ümumtəhsil məktəbi", müəssisənin beş müəllimi isə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub. Liseyin direktoru və qalib müəllimlər sevinclərini bölüşdü. Məzunlarının üçdə biri 600–dən yuxarı bal toplayıb. Bu il tələbə adı qazanan məzunlar da Bilik gününü doğma təhsil ocağında qeyd etdi. Liseyin beynəlxaq universitetlərə daxil olan iki məzununun adı tədbirdə fəxrlə çəkildi.
Səbail məktəblərində Bilik günü
Ənənəvi olaraq keçirilən Bilik günü tədbirləri Səbail rayonunun bütün orta məktəblərində təntənəli şəkildə qeyd olundu. Badamdar qəsəbəsindəki 236 saylı orta məktəbin direktoru Xanlar İmaməliyev dedi ki, 2007–2008–ci tədris ilində məktəbi bitirən məzunların 73–ü ali məktəblərə qəbul olunub. Onlardan 7 nəfəri 600–dən çox bal toplayıb. Keçən tədris ilində məktəbin 3 şagirdi ölkə, 4 şagirdi isə Bakı şəhər fənn olimpiadalarında qalib olub, rayon İcra Hakimiyyətinin təsis etdiyi təqaüdlərə layiq görülüblər. Məktəbin bir müəllimi keçən tədris ilinin yekununa görə rayonun ən yaxşı müəllimi olub.
63–cü "ilk zəng"
Rayonun ən qocaman və tanınmış məktəblərindən olan 190 saylı məktəb bu il özünün 63–cü dərs ilinə başladı. Məktəb direktoru, əməkdar müəllim Afət Bakıxanova qeyd etdi ki, yeni tədris ilində birinci sinfə 110 şagird qəbul olunub. Məktəb ötən tədris ilinin yekunlarından da razıdır. Bu il Moskva şəhərində 36 ölkənin nümayəndələrinin iştirak etdiyi "Beynəlxalq Rus dili Olimpiadası"nda 190 saylı məktəbin şagirdi Aydan Kazımzadə 1–ci, Tural Hacılı isə 2–ci yeri tutub. Məktəbin 72 məzunu ali məktəblərə qəbul olunub. 14 şagirdi 600–dən yuxarı bal toplayıb. 2 məzunu Prezident təqaüdünə layiq görülən məktəb öz müəllimlərinin də uğuru ilə fəxr edir. Ədəbiyyat müəllimi Qənirə Əmircanova ölkə başçısının Sərəncamı ilə ilin "Ən yaxşı müəllim" adına layiq görülüb.
Səbail rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov qəzetimizə bildirdi ki, ölkə başçısının təhsilə olan diqqət və qayğısının nəticəsi olaraq son illər Səbail rayonunda 2400 şagird yerlik 3 yeni məktəb korpusu, 200 yerlik 2 yeni uşaq bağçası tikilib. Qeyd olunan tikililər əsasən aztəminatlı ailələrin yaşadığı Badamdar qəsəbəsi və 20–ci sahə adlanan ərazilərdə tikilib və nəticədə həmin məktəblər bir növbəli təhsil sisteminə keçmək imkanı əldə edib: "Bu diqqətin, qayğının, yaradılan şəraitin bəhrəsini də artıq görürük. Əvvəlki illərlə müqayisədə məktəbləri bitirərək ali məktəblərə yuksək balla daxil olan şagirdlərin sayı artıb. Təkcə 2007–2008–ci tədris ilinin yekununa görə ali məktəblərə sənəd vermiş 1509 nəfər məzundan 930 nəfəri müxtəlif ali məktəblərə daxil olub. Onlardan 90 nəfəri 600–dən çox bal toplayıb, 3 nəfər Prezident təqaüdünə layiq görülüb. Ümumilikdə isə rayonun orta məktəblərini bitirən 12 nəfər Prezident təqaüdü alır". Ötən il Prezident İlham Əliyevin sərəncamları ilə ölkə təhsilinin inkişafında böyük xidmətlərinə görə 132 saylı orta məktəbin direktoru Aliyə Təhmasib Prezidentin fərdi təqaüdünə, 190 saylı orta məktəbin direktoru Afət Bakıxanova, 132 saylı orta məktəbin müəllimi Nailə Əhmədova, 160 saylı Klassik Gimnaziyanın müəllimləri Firəngiz Əsədova və Yuliya Muxanova, Beynəlxalq Təhsil Kompleksinin müəllimi Lyudmila Kanevskaya "Əməkdar müəllim" fəxri adına layiq görülüblər. Ölkə başçısının sərəncamı əsasında keçirilən ilin "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində rayonun T.İsmayılov adına "İntellekt" liseyi və 160 saylı Klassik gimnaziyası qaliblər sırasında olub. Çox sevindirici haldır ki, "Ən yaxşı müəllim" adına layiq görülən 100 müəllimdən 11–i Səbail rayonunun məktəblərində çalışırlar".
Bilik gününü ilk dəfə qeyd edən məktəb
Bünövrəsi 2006–cı ilin sentyabrında qoyulan Xırdalandakı 9 saylı məktəb bilik gününü ilk dəfə qeyd etdi. Ötən ilin oktyabrından fəaliyyətə başladığından məktəbin "İLK ZƏNG"i bu il səsləndi. Lakin artıq bu ümumtəhsil ocağının kifayət qədər böyk uğurları var.
Xırdalandakı 2 saylı məktəbin bazasından ayrılan 9 saylı məktəb artıq sayılıb–seçilən məktəblər sırasına qatılıb. Məktəbin direktoru Elmira Yaqubovanın sözlərinə görə, ayrılma prosesində 9 saylı məktəbə qaneedici sayılmayan şagirdlərin düşməsinə baxmayaraq, birillik nəticələr kifayət qədər böyük olub. Onları uğurdan–uğura aparan ilk növbədə dövlət başçısının qayğısı olub: "Məktəbin bünövrəsini Prezident İlham Əliyev qoyub. Onun xeyir–duası ilə tikilib, onun qayğısı ilə böyüyüb qələbədən–qələbəyə gedəcəyik. Həm müəllimlər, həm də şagirdlər bu xeyir–duaya layiq olmağa çalışırıq".
Deyəsən, onlar buna nail olublar. Sadalanan uğurlar da bunun göstəricisidir: Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ərəfəsində keçirilən inşa yazı müsabiqəsində ölkə üzrə ikinci yerin sahibi 9 saylı məktəbin şagirdi olub. 11–ci sinif şagirdi Fəridə Qasımova artıq tələbədir. Ümumiyyətlə, məktəbin məzunlarından 10 nəfər ən yüksək balla tələbə adına layiq görülüb. Bilik yarışlarında məktəbi təmsil edən komanda tarix üzrə birinci yeri tutub. İdman yarışlarında da məktəb geri qalmır. Məsələn, V sinif şagirdi Samir Yaqubov erməni üzərində qələbənin sevincini yaşayıb. Aynur Məmmədova İsveçrədə karate üzrə birincilik əldə edib. Ölkə üzrə biologiya birincisi də 9 saylı məktəbin şagirdidir. Nə olimpiadalardan, nə yarışlardan geri qalmayan təhsil ocağının qarşısında məqsəd var: Bu nailiyyətləri artırıb Prezidentin Sərəncamıı ilə "Ən yaxşı məktəb" müsabiqəsinə də qatılmaq və qalib olmaq niyyətindədirlər.
Qeyd edək ki, məktəbdə yaradılan Heydər Əliyev Muzeyi ümumtəhsil ocaqlarında fəaliyyət göstərən ən yaxşı muzey sayılır. Məktəbdə Ümummilli lider Heydər Əliyev irsinin öyrədilməsi, şagirdlərə çatdırılması üçün lazım olan bütün şərait yaradılıb.
"Bilik günü" münasibəti ilə məktəbdə düzənlənən tədbirdə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi İradə Talıblı da sevincini bölüşdü. Bu, onun iştirak etdiyi və qalib olduğu ilk müsabiqə olmasa da, adının qaliblər sırasında çəkilməsindən qürur duyduğunu söylədi.
Abşeron rayonundan müsabiqəyə sənəd təqdim edən 3 nəfərdən yalnız İradə Talıblı qalib olub. Müsabiqənin tələblərinə uyğun olaraq ən yüksək səviyyəli dərs nümunəsi göstərən İ.Talıblı aldığı mükafatı sinif otağının texniki avadanlıqlarla təmin edilməsinə yönəldəcəyini bildirdi: "Hesab edirəm ki, mövzulara aid filmlərdən, tamaşalardan nümunələr də əldə etdikdən sonra qalib olmaq üçün nümayiş etdirdiyim dərsi hər gün öz şagirdlərimə tətbiq etmək çətin olmayacaq".
İ.Talıblının sözlərinə görə, bütün təhsil işçiləri prezident seçkilərində yekdilliklə Prezident İlham Əliyevə səs verəcəklər.
RUHİYYƏ

Siyasət