Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
- Münxen Təhlükəsizlik Konfransında dünyanın siyasi-iqtisadi gündəliyindəki ən vacib məsələlər müzakirə edildi
- 2012-ci ildə Azərbaycanda böyük infrastruktur layihələri həyata keçiriləcək
- Prezident İlham Əliyev Albaniyanın ölkəmizdəki səfirinin etimadnaməsini qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib
- Əli Həsənov: Hesab edirəm ki, Türkiyə Böyük Millət Məclisində Xocalı ilə bağlı müəyyən qərarlar qəbul etmək imkanı olacaq
- Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Senatının nümayəndə heyəti ilə görüşüb
- Prezident İlham Əliyev İndoneziyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib
Məleykə Abbaszadə: Ən gərgin müsabiqə şəraiti IV qrupda müşahidə olunacaq
Tələbə qəbulu kampaniyası yeni mərhələyə qədəm qoyub. Artıq ali və orta təhsil müəssisələrindən orta ixtisas məktəblərinə, ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarının günləri təyin edilib. Bu münasibətlə dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirib.
M.Abbaszadə deyib ki, hər qrup ayrı-ayrı günlərdə imtahan verəcək. III ixtisas qrupu üzrə mülki ali məktəblərə, Daxili İşlər Nazirliyinin Polis Akademiyasına, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına qəbul imtahanı iyulun 5-də keçiriləcək.
İyulun 12-də I ixtisas qrupu üzrə mülki ali məktəblərə, Müdafiə Nazirliyinin Ali Hərbi Məktəblərinə, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasına, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına və Bakı Yanğın-Texniki Məktəbinə qəbul imtahanı təşkil ediləcək.
IV ixtisas qrupundan olan abituriyentlər mülki ali məktəblərə, hərbi liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (Feldşer ixtisası üzrə) qəbul imtahanını iyulun 18-də verəcək.
II ixtisas qrupu üzrə mülki ali məktəblərə, Dövlət Sərhəd Xidmətinin Akademiyasına imtahanlar isə iyulun 24-də keçiriləcək.
Abituriyentlər təyin olunacaq vaxtda “İmtahana buraxılış vərəqəsi”ni və “Elektron ərizə”lərini təsdiq etdikləri Sənəd Qəbulu Komissiyalarından alacaqlar. TQDK sədrinin sözlərinə görə, orta məktəblərin builki məzunları attestat aldıqdan dərhal sonra mütləq internet vasitəsilə attestat qiymətlərini “Elektron ərizə”lərinə daxil etməlidirlər. Əks halda, onlar “İmtahana buraxılış vərəqəsi”ni ala bilməyəcəklər. M.Abbaszadənin sözlərinə görə, qəbul imtahanında iştirak etmək üçün 114 min abituriyent sənəd verib. Ümumi nəticələrə görə, bu il məzunların sayı 5000 nəfər, paralel olaraq qəbul imtahanlarına qatılanların sayı 2000 nəfər azalıb.
İmtahana qatılanların 102.211 nəfəri Azərbaycan bölməsi, 12.063 nəfəri isə rus bölməsi üzrədir. Ərizələrini təsdiqləyən 114 min abituriyentin 68 mini bu ilin, 42 mini isə əvvəlki illərin məzunlarıdır. M.Abbaszadə əlavə edib ki, bu il qəbul imtahanlarında iştirak etmək arzusunda olan abituriyentlərdən 55884 nəfəri oğlan, 58390 nəfəri isə qızlardır.
Plan yerləri hələlik Nazirlər Kabineti tərəfindən təsdiqlənməsə də, həmin yerlərə istəklilərin sayı bəllidir. Məsələn, I ixtisas qrupu üzrə yerlərə 36.221, II qrup üzrə 25.354, III qrup üzrə 36.116, IV qrup üzrə 16.583 iddialı var. Bu rəqəmlərə istinadən müsabiqə şəraitini proqnozlaşdıran M.Abbaszadə vurğulayıb ki, “bu il ən gərgin müsabiqə şəraiti IV qrupda müşahidə olunacaq. I ixtisas qrupu üzrə 1 yer uğrunda 4 nəfər, II ixtisas qrupu üzrə 1 yer uğrunda 3,5 nəfər, III ixtisas qrupu üzrə 1 yer uğrunda 3,8 nəfər, IV ixtisas qrupu üzrə isə 1 yer uğrunda 5 nəfər mübarizə aparacaq. Bütün qruplar üzrə isə 1 yerə 4,5-5 abituriyent düşür. Qəbul imtahanlarında I ixtisas qrupu üzrə 250, II ixtisas qrupu üzrə 200, III ixtisas qrupu üzrə 300, IV ixtisas qrupu üzrə isə 250 bal toplayan abituriyentlər müsabiqədə iştirak edəcəklər”.
Rus bölməsi abituriyentlərini isə əsas qəbul imtahanına qədər daha bir sınaq-Azərbaycan dili fənni üzrə növbəti imtahan gözləyir. Xatırladaq ki, Azərbaycan dilindən ilk imtahan may ayında təşkil edilib. Həmin imtahana qatıla bilməyən və ya məqbul qiymət ala bilməyən rus bölməsi abituriyentləri iyunun 21-də təşkil ediləcək imtahanı onlara verilən növbəti fürsət kimi dəyərləndirə bilərlər.
Həmin gün ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının ikinci mərhələsinin keçirilməsi də nəzərdə tutulub. Odur ki, iyunun 18-dən etibarən rus bölməsinin abituriyentləri və magistratura pilləsinə qəbul imtahanına qatılacaq bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın saytına daxil olub çap etməlidirlər.
Bakalavrlar arasında da gərgin müsabiqə şəraiti olacaq
Birinci mərhələni uğurla keçərək ikinci mərhələdə iştirak etmək hüququ qazanmış bakalavrlar iyunun 8-dən etibarən “Elektron ərizələri”nə daxil olaraq ixtisas seçimi apara bilərlər. M.Abbaszadə deyib ki, bakalavrlar 8-13 iyun tarixlərində “TQDK-nın ödəmə kartı”ndan (iş nömrəsi və şifrindən istifadə etməklə (www.tqdk.gov.az saytında) “Bakalavrın elektron ixtisas seçimi ərizəsi” formasına daxil olaraq qəbul proqramını və ixtisasların kodlarını seçərək təsdiq etməlidir. Bu zaman bakalavrın seçdiyi magistr ixtisası onun bakalavr ixtisasına uyğun olmalıdır. Hər bir şəxs müxtəlif dövlət və qeyri-dövlət ali məktəblərinin ödənişli və ödənişsiz əsaslarla 10-dək ixtisas kodunu seçə bilər.
TQDK sədri bildirib ki, ikinci mərhələdə, yəni, iyulun 21-də keçiriləcək imtahanda bakalavrın ixtisas üzrə bilikləri 50 test tapşırığı əsasında qiymətləndiriləcək və hər abituriyentin bu suallara cavab vermək üçün 1 saat 30 dəqiqə vaxtı olacaq.
Məleykə Abbaszadə deyib ki, bu il magistratura pilləsinə ümumi qəbul planı 5168 yerdən ibarətdir. Bunun 3720-si Azərbaycan, 753-ü rus bölməsi, 695-i isə birgə müsabiqə aparılan ixtisaslar üçün nəzərdə tutulub.
TQDK sədrinin sözlərinə görə, magistratura pilləsində ən yüksək müsabiqə şəraiti hüquq və beynəlxalq hüquq ixtisasları üzrə yaranıb. İkinci mərhələyə keçən 523 nəfər 34 plan yeri uğrunda mübarizə aparacaq. Bu pillədə gərgin müsabiqə şəraiti olan ixtisaslardan biri də əczaçılıqdır.
Türkiyə ali məktəbləri ilə bağlı isə bunu demək mümkün deyil. TQDK sədrinin sözlərinə görə, Azərbaycan ali məktəbləri ilə yanaşı, Türkiyə ali məktəblərinin də magistratura pilləsinə qəbul salınıb. Birinci mərhələdə çox az adam iştirak etdiyindən növbəti mərhələdə bakalavrlara Türkiyə ali məktəblərindən də ixtisas seçiminə imkan verilib.
Sınaq imtahanları sabah yekunlaşacaq
Sabah sonuncu sınaq imtahanı keçiriləcək. TQDK sədrinin sözlərinə görə, son imtahana 30 min abituriyentin qatılacağı proqnozlaşdırılır.
İndiyədək 41 regionda sınaq imtahanları təşkil edilib və 181 521 nəfər abituriyent həmin imtahanlarda iştirak edib. 68 min nəfər 181 dəfə imtahana gəlib. Sınaq imtahanlarında builki qəbul imtahanlarına qatılmaq üçün sənədlərini TQDK-ya təqdim edən 114 min abituriyentin 70 mini iştirak edib.
Sınaq imtahanlarının yekun nəticələrini təhlil edərək tələbələrin bilik səviyyəsi barədə ilkin rəyini də açıqlayan M.Abbaszadənin sözlərinə görə, abituriyentlərin ilkin bilik səviyyəsi aşağı düşüb: “Abituriyentlərin builki nəticələri ötən illə müqayisədə 10-20 bal aşağıdır. Lakin məzunların və paralel olaraq builki abituriyentlərin sayının azaldığını nəzərə alsaq, bunu normal hesab etmək olar”.
RUHİYYƏ

Siyasət