Təhsil naziri Misir Mərdanov Fransanın ölkəmizdəki səfirliyinin əməkdaşları ilə görüşüb

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Dünən təhsil naziri Misir Mərdanov Fransanın ölkəmizdəki səfirliyinin əməkdaşları ilə görüşüb. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə əsasən, nazirlikdə baş tutan görüşdə həmçinin Fransanın Pyer və Mari Küri Paris VI Sarbon Universitetinin vitse-prezidenti, Paris Universitetlər İttifaqının baş katibi Gilbert Bereziat, həmin universitetin beynəlxalq əlaqələr üzrə direktoru Sabine Lopez iştirak edib.
Görüşdə tələbə mübadiləsinin aparılması, müxtəlif mövzular əhatə olunmaqla beynəlxalq elmi konfransların keçirilməsi və ikitərəfli təhsil əlaqələrinin qurulması məsələləri müzakirə olunub.
Fransa ilə Azərbaycan arasında mövcud əlaqələrin son illər daha da inkişaf etdiyini deyən nazir bildirib ki, hazırda sözügedən ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı gənclərin sayı çoxalıb. Nazir 40-a yaxın azərbaycanlı gəncin hazırda Fransanın universitetlərində təhsil aldığın deyib. M.Mərdanov görüşdə Fransa universitetləri ilə əlaqələrin genişləndirilməsi, ölkəmizin orta məktəblərində fransız dilinin xarici dil kimi tədrisinin yaxşılaşdırılması ilə bağlı təkliflərini də səsləndirib.
Paris Universitetlər İttifaqının Baş katibi Gilbert Bereziat rəhbərlik etdiyi təşkilat və təmsil olunduğu universitet barədə məlumat verərək iki ölkə arasında səmərəli əməkdaşlığın qurulması məsələlərinə toxunub.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009