Abituriyentlər üçün mühüm prosesə start verilib

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Elnur Nağızadə: Ali məktəbə daxil olmaq istəyənlər düzgün ixtisas seçməlidirlər
Növbəti tədris ili üçün ali məktəblərə qəbul imtahanları arxada qalıb. Artıq sonuncu imtahan verən II ixtisas qrupundan olan abituriyentlərin də nəticələri məlumdur. Qeyd edək ki, sonuncu imtahanda 24900 abituriyent iştirak edib. Onlardan 7695 nəfəri müsabiqəyə qatılmaq şansı qazanıb. Abituriyentlərin 6510 nəfəri Azərbaycan, 1185 nəfəri isə rus bölməsinin məzunudur. İmtahanların nəticələri əsasında ilkin rəydən razı qalmayan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında bu ixtisas qrupundan olan abituriyentlərin səviyyəsindən razıdırlarmı?
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadədən aldığımız məlumata görə, bu qrupda yüksək bilik səviyyəsi nümayiş etdirən abituriyentlər azdır. Sonuncu imtahanda 600-dən yuxarı bal toplayanların sayı 218 nəfər, 300-dən yuxarı bal toplayanlar isə 1022 nəfər olub. 2659 nəfər isə imtahanda orta bilik səviyyəsi nümayiş etdirib.
Xatırladaq ki, bu ixtisas qrupuna 7331 plan yeri ayrılıb. Onlardan 4244-ü Azərbaycan bölməsi, 662 yer rus bölməsi, 2425 yer isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub.
İyulun 25-dən başlayaraq, abituriyentlər ixtisas seçir. II ixtisas qrupundan olan abituriyentlərin imtahan nəticələri ixtisas seçiminə start veriləndən iki gün sonra məlum olsa da, artıq onlar da bu prosesə qoşulub. Bu mərhələdə abituriyentlər nəyə diqqət yetirməli, 10 gündən necə istifadə etməlidir? TQDK-nın mətbuat katibi E.Nağızadə: “Müsabiqədə iştirak hüququ qazanan abituriyentlər üçün çox mühüm bir prosesə start  verilib. Ali məktəbə daxil olmaq istəyənlər düzgün ixtisas seçməlidirlər. İxtisas seçimi internetlə aparılır və qəbul qaydalarına uyğun olaraq, abituriyentlər sərbəst qaydada ixtisas seçə bilirlər. TQDK-nın həyata keçirdiyi qəbul modelinin başlıca cəhəti də məhz budur. Qəbul aparılan ixtisasların siyahısı artıq “Abituriyent” jurnalının növbəti sayında dərc olunub. Onlar yəqin ki, qəbul planı, dövlət və özəl ali məktəblərin ixtisaslarının siyahısı ilə tanışdırlar. Onlardan tələb olunan düzgün və vaxtında seçim etməkdir. Bu məsələdə abituriyentlər dəqiq olmalıdırlar və unutmamalıdırlar ki, avqustun 3-də vaxt bitir. Əlavə vaxt isə verilməyəcək. Hesab edirik ki, ixtisas seçimi üçün ayrılan 10 gün kifayət qədər geniş imkandır”.
E.Nağızadənin sözlərinə görə, abituriyentin düzgün qərar verməsi üçün kifayət qədər məlumat dərc edilib: “Abituriyentlər üçün xüsusi buraxılışlar çap olunub. Orada ayrı-ayrı ixtisaslar üzrə qəbul planı, dövlət və özəl ali məktəblərin təsnifatı verilib. Abituriyent öz nəticələrini başqaları ilə müqayisə edə və ali məktəblərdə yerini müəyyənləşdirə bilər”.
Abituriyent doğru və ya yanlış qərar verdiyini nəticələr elan olunanda biləcək. Hələlik isə TQDK abituriyent və onların valideynlərinin müraciətlərini araşdırmaq üçün komissiyalar yaradıb. I-IV ixtisas qrupu üzrə işçi qrup Bakı Dövlət Universitetində, II və III ixtisas qrupu üzrə isə Bədən Tərbiyəsi və İdman Akademiyasında fəaliyyət göstərir.
Əslində, bir neçə dəqiqə internet qarşısında oturmaqla qarşıdakı tədris ilində harada və nə işlə məşğul olacağını müəyyənləşdirən abituriyent düzgün qərar vermək üçün vəziyyəti qiymətləndirməlidir. Bəs, vəziyyət necədir? Müsabiqə vəziyyəti qaneedicidirmi?
Elnur Nağızadənin sözlərinə görə, bu vəziyyət qruplara və ixtisaslara görə dəyişir: “II ixtisas qrupunda gərgin müsabiqə vəziyyəti olacağını söyləmək mümkün deyil. Bildiyiniz kimi, 7331 plan yeri uğrunda 7695 nəfər mübarizə aparacaq. Ümumiyyətlə isə, plan yerləri arasında  regional və özəl ali məktəblərin də ixtisasları var. Abituriyentlər isə çox vaxt paytaxtda yerləşən ali məktəblərə və prioritet hesab etdikləri ixtisaslara üstünlük verirlər. Belə ixtisaslarda yüksək müsabiqə vəziyyəti yaranacaq, digərlərində isə yox”.
Abituriyentlərin ümumi səviyyəsi ilə bağlı fikir söyləməyin tez olduğunu vurğulayan E.Nağızadə qəbul imtahanlarının nəticələrinin təhlilinin aparılacağını və ümumi rəyin ictimaiyyətə çatdırılacağını deyib.
Abituriyentlər isə artıq yekunlaşan imtahanlarla bağlı fikirlərini bildirib. Hətta imtahanlarda orta məktəb proqramından kənara çıxan suallar olduğunu söyləyənlər də var. Başqa bir fikir isə sınaq imtahanları ilə qəbul imtahanlarının nəticələrinin ümumi təhlilindən sonra meydana gəlib. Belə ki, sınaq imtahanlarında yüksək səviyyə nümayiş etdirən abituriyentlərin qəbul imtahanındakı nəticələri arasında 100-150 bal fərq müşahidə olunub. E.Nağızadə bu fikrin həqiqətə yaxın olmadığı qənaətindədir: “Qəbul imtahanında istifadə olunan suallar yalnız orta məktəblərdə tədris olunan proqrama uyğundur. TQDK “Abituriyent” jurnalının yanvarda çıxan ilk sayında ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının proqramlarını dərc edir. Bu proqramlarda mövzular göstərilir. İmtahanlarda orta məktəbin tədris proqramından kənar bir sual belə yoxdur. Bunu deyənlərin tədris proqramından xəbəri yoxdur. Sualların asan və çətinliyi isə onu cavablandıranın bilik səviyyəsindən asılıdır. Sınaq imtahanlarına gəlincə, onun hüquqi qüvvəsi yoxdur. Könüllü xarakter daşıyan bu imtahanların sualları abituriyentə əvvəlcədən məlum ola bilər. Çünki ay ərzində təkrar imtahanlar olur. Odur ki, abituriyent suallarla əvvəlcədən tanış olub imtahanda yüksək nəticə göstərə bilər. Ümumiyyətlə isə, sınaq imtahanlarında yüksək nəticə göstərənlər qəbul imtahanlarında ona yaxın nəticə göstərirlər”.
RUHİYYƏ
  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009