Məktəblər mühafizə olunacaq

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Misir Mərdanov: Sentyabrın 15-dək məktəblərin mühafizəsi ilə bağlı bir sıra yeniliklərin şahidi olacaqsınız
Növbəti tədris ilinin başlanmasına cəmi bir neçə gün qalır. 2009-2010-cu tədris ilinə hazırlıqlar, demək olar ki, başa çatıb. Məktəblərin İKT ilə təminatı, yeni dərsliklərin nəşri yekunlaşıb. Ötən buraxılış imtahanlarının yekunları təhlil edilib. Məktəb binalarının təmir-tikinti, təchizat məsələləri həll edilib və bu proses davam edir.
Yeni dərs ilindən başlayaraq, xeyli yeniliklər tətbiq ediləcək. Məsələn, bu ildən başlayaraq, Bakı şəhərində, gələn ildən isə ölkə üzrə bütün orta məktəblərdə vakant müəllim yerləri ilə bağlı Təhsil Nazirliyinin internet saytında elanlar veriləcək. Həmin yerlərə iddialılar elektron ərizə ilə müraciət etmək imkanı qazanacaqlar.
Daha bir yenilik isə təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlıdır. Bu məqsədlə bu il büdcədən 6 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Həmin vəsait əməkhaqqı şəklində Təhsil Nazirliyinin müəyyən etdiyi təhsil ocaqlarında təhlükəsizliyi qoruyacaq mühafizə xidməti idarələrinə ödəniləcək.
Təhsil Nazirliyindən bildirilib ki, məktəblərdə mühafizə tədbirlərinin dövlət orqanlarına tapşırılması barədə qərar qəbul olunub. Qərara görə, Bakıda və rayon mərkəzlərində, əhalinin sıx yaşadığı ərazilərdə yerləşən bütün təhsil müəssisələrində mühafizə xidməti fəaliyyət göstərəcək. Həmçinin, özəl ali məktəblərin mühafizəsini də dövlət təşkil edəcək.
Mətbuata verilən açıqlamalardan məlum olur ki, artıq paytaxtda və iri şəhərlərdə yerləşən təhsil müəssisələrinin mühafizəsi üçün hazırlıq işlərinə başlanıb. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi yerlərdə mühafizə işinin qurulması imkanlarını araşdırıb. İdarənin rəisi, general Mədət Quliyev qəzetimizə bildirib ki, DİN-in Baş Mühafizə İdarəsi özəl maliyyələşmə prinsipi ilə işləyir və heç bir fərq qoymadan daxil olan bütün müraciətləri dəyərləndirir. Öz vəsaiti hesabına əvvəllər də özəl və ya dövlət olmasından asılı olmayaraq, məktəblər mühafizə olunub: “Bu il də mühafizə məqsədi ilə müraciət edən məktəblər var”.
Təhsil naziri Misir Mərdanov isə dünən açıqlama verərək məsələyə aydınlıq gətirib. O, məktəblərin mühafizəsinin Təhsil Nazirliyini ən cox düşündürən məsələlərdən olduğunu vurğulayıb. Nazir qeyd edib ki, valideynlər, bütövlükdə ictimaiyyət bunu gözləyir. Bu istiqamətdə ölkənin müvafiq hüquq-mühafizə orqanları ilə birgə iş aparılır: “Sentyabrın 15-dək məktəblərin mühafizəsi ilə bağlı bir sıra yeniliklərin şahidi olacaqsınız”.
RUHİYYƏ
  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009