Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Kaspi Təhsil Mərkəzi tərəfindən V Beynəlxalq təhsil sərgisi təşkil olunub

Kaspi Təhsil Mərkəzi tərəfindən V Beynəlxalq təhsil sərgisi təşkil olunub

09.04.2013 [11:37]

Aprelin 6-da Bakıda Kaspi Təhsil Mərkəzi tərəfindən V Beynəlxalq təhsil sərgisi təşkil olunub.
AzərTAc xəbər verir ki, sərginin açılışında çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov Azərbaycanda beynəlxalq təhsil sərgilərinin ənənə halını aldığını bildirib. Bu ənənənin təməli Kaspi Tədris Mərkəzi tərəfindən qoyulub. Hər il sərgidə iştirak edən universitetlərin sayı artır. Hər dəfə bu sərgilərdən sonra biz gənclərimizin xarici təhsil müəssisələrinə qəbul olunduğunun şahidi oluruq. Belə sərgilər Azərbaycan gənclərinin daha yaxşı təhsil alması üçün dünyanın ən qabaqcıl universitetlərinin proqramlarından bəhrələnmək imkanını yaradır.
Sərgidə, əsasən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində tələbələrin göndərilməsi üçün nəzərdə tutulan universitetlər iştirak ediblər.
Kaspi Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva deyib ki, sərginin məqsədi xarici mütəxəssislərin iştirakı ilə dünyanın qabaqcıl universitetlərindəki təhsil imkanları barədə tələbə və gəncləri maarifləndirmək və Kaspi Təhsil Mərkəzinin köməyi ilə onların həmin universitetlərə çıxışlarını təmin etməkdir.
Sərgidə 8 ölkəni təmsil edən 14 müxtəlif universitet və təhsil müəssisəsi təmsil olunub, eyni zamanda, dünyanın ən yaxşı 150 ali təhsil ocağı siyahısında olan Qlazqo, Aston, Reading universitetlərinin, həmçinin müxtəlif təqaüd proqramlarının təmsilçiləri iştirak ediblər.
Sərgidə təmsil olunan universitetlər və digər ölkələrin təhsil sistemi ilə yaxından tanışlıq imkanı yaradılıb. Xaricdə təhsilə maraqlı olan gənclərin universitetlərin nümayəndələri ilə görüşləri və birbaşa konsultasiya almaları üçün sərginin növbəti günü Kaspi Təhsil Mərkəzində seminar və təqdimatların təşkili olunub.

Paylaş:
Baxılıb: 1442 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31