Ana səhifə »  Sosial »  Regionların sosial-iqtisadi inkişafı - Biləsuvar
A+   Yenilə  A-
Regionların sosial-iqtisadi inkişafı - Biləsuvar
Qabarlı əllərin işığına sığınmış aran torpağı ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində günü-gündən çiçəklənməkdədir
Fəxr yeri - Şəhriyar düzü
Respublikamızın ən kiçik yaşayış massivlərindən biri olan Biləsuvar rayonu 1938-ci ildən rus şairi Aleksandr Sergeyeviç Puşkinin xatirəsinə hörmət olaraq onun adını daşımalı olub.
Ona görə də, ərazisinin əksər kəndlərinin adı rus adları olan bu rayona inqilabçı rusların köçürülməsinə başlanılıb. Malakanların Rusiyaya köçü bitəndən, sovet hakimiyyətinin dağılmasından sonra rayonun köhnə adı özünə qaytarılıb. Yalnız bu zaman fərqinə varıblar ki, bir az hündür yerə çıxanda əl içi kimi aydın görünən İran İslam Respublikası ilə həmsərhəd ərazinin adı Biləsuvardır. Və bu ərazinin iki ölkə arasında bölünməsi prosesinin əsası 1828-ci ildə Rusiya-İran müharibəsinin nəticəsi olaraq bağlanmış “Türkmənçay müqaviləsi” ilə qoyulub.
Əslində, sovet türkologiyası bu ərazinin qədim tarixə malik olduğunu heç vaxt danmayıb. Yekun elmi nəticəyə görə bu rayonun əsası qədim türk tayfalarından olan Göytürk imperiyasının varislərindən hesab edilən Bolqar və Suvar soykökləri ilə bağlıdır. Rayon mərkəzini iki yerə bölüb keçən Bolqar (Bolharı) çayı da nümunə kimi göstərilir. İran tarixçisi Həmdullah Qəzvininin məlumatlarında yer alan bilgilər isə 1288-90-cı illərdə Qızıl Orda qoşunlarının Azərbaycana hücumu zamanı Biləsuvarı Elxani hökmdarı Arqun xanın hərbi düşərgəsi kimi təqdim edir.
Rayon ərazisindən tapılan küp qəbirlər isə bu məkanın daha qədim dövrə aid olduğunu sübut edir. Hələki, rayon ərazisindən tapılmış 10 ədəd arxeoloji abidə və Şəhriyar qalası öz tədqiqatını gözlədiyindən küp qəbirlərlə bağlı bir söz söylənilmir. Bununla belə, Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyindəki xırda-para eksponatlar bu rayonun tarixi haqqında “lazım olan” məlumatları diktə edir. Qeyd etmək vacibdir ki, bu eksponatların hamısı yerli əhali tərəfindən əkin-biçin zamanı tapılıb.
XIV əsrin feodal çəkişmələrinin təsiri ilə böyük əhəmiyyətə malik bu ərazi tənəzzülə uğrayaraq kiçik yaşayış məskəninə çevrilib. Daha sonra çar Rusiyasının siyasətinə uyğun olaraq Rusiyanın ucqarlarından köçürülən rus ailələri burada məskunlaşaraq yerli əhalini assimilyasiya edə bilməsələr də, tarixi həqiqətlərin ört-basdır edilməsində rol oynaya biliblər.
Biləsuvarlıların ən böyük fəxr yeri Şəhriyar düzündəki eyniadlı qaladır. çar Rusiyası dövründə tərəkəmə bəylərinin qışlaq yeri olan rayon ərazisinin ən böyük otlaq sahələri kolxozlaşma dövründə əkin-biçin yerinə çevrilib. Torpaqlar traktorla becərilməyə başlayanda isə məlum olub ki, bu ərazi başdan-başa qədim bir tarixi özündə ehtiva edir. Torpaqda hər addımbaşı üzə çıxan saxsı qabların qırıntıları, bəzək əşyalarınn qalıqları, qədim pul sikkələri, nəhayət ki, alimlərin diqqətini cəlb edib. Təəssüf ki, hələ də Biləsuvar rayonu arxeoloqlarımızın tədqiqatlar siyahısına düşə bilmir. Ona görə də, əhalinin özünün üstünü bildiyi kimi açıb ziyarətgaha çevirdiyi məscid, içməli sudan həmişə əziyyət çəkən yerli əhalinin Şəhriyar düzündə meliorasiya işləri zamanı aşkara çıxardığı saxsı borularla çəkilmiş və başlanğıcını sərhəddin o tayından, ehtimallara görə, Savalan dağından götürən içməli su xətti haqqında məlumatlar yalnız uşaqlıq və yeniyetməlik illərini bu rayonda keçirmiş yazıçı, deputat Sabir Rüstəmxanlının “ömür kitabı”nda öz əksini tapıb.
Ulu öndərin diqqət
və qayğısı
ümummilli liderin bu rayona ilk gəlişi 1969-70-ci illərə təsadüf edir. O dövrə qədər Biləsuvar diqqətdənkənar, kasıb bir rayon olaraq qalırdı. Cəmi bir neçə kəndi olan və varı-yoxu yuxarıda bəhs etdiyimiz bərəkətli Şəhriyar düzü olan rayon əhalisi 1950-ci illərdə böyük aclıq keçirib. Qocaların yaddaşlarında müharibə illəri kimi acı xatirələrlə qalan, müxtəlif epidemiyaların, uşaq xəstəliklərinin tüğyan elədiyi o illər həm də rayonun kəndlərini təşkil edən yeraltı palçıq daxmalarla xarakterik olub. üstü qamış örtüklü belə daxmalar Heydər Əliyev bu rayona ayaq basana qədər də bəzi əl-ayaqdan uzaq kəndlərdə əksəriyyət təşkil edib. ümummilli liderin rayona səfərindən sonra hər şey kökündən dəyişib. Biləsuvar inkişaf dövrünə qədəm qoyub. Ulu öndərin diqqət və qayğısı rayonda canlanmaya səbəb olub.
Pambıqçılığın inkişafına diqqət artandan sonra Biləsuvar da bu sahənin məkanına çevrilib.
Bineyi-qədimdən əkinçilik və maldarlıqla məşğul olan yerli əhali şoran torpaqların yuyulması üçün meliorasiya sistemlərinin qurulmasından sonra kütləvi şəkildə pambıq əkini ilə məşğul olmağa başlayıb. Əhalinin güzəranı dəyişib. Səhiyyəyə diqqət xeyli artırılıb. Uşaq ölümü və müxtəlif epidemiyalara qarşı mübarizə başlayıb.
II Dünya Müharibəsində iştirak edən 743 nəfər biləsuvarlıdan heç biri qəhrəman adını qazana bilməsə də, respublikanın əmək cəbhəsində rəşadət göstərən biləsuvarlılardan 4 nəfəri Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Amma sinəsində Qızıl Ulduz daşıyanların sayını artıq müəyyən etmək belə çətin idi. Hər il ən azından 25-30 nəfər biləsuvarlı qadın “Qəhrəman Ana” Qızıl Ulduzu ilə təltif olunurdu. Ailələrdə çox nadir hallarda ulduz almaq üçün müəyyən edilmiş 10 uşaqla kifayətlənərdilər. Adətən, Qəhrəman anaların ailəsində uşaqların sayı 11-14 arası olurdu.
Azərbaycanın ən görkəmli adamları sırasında biləsuvarlıların da imzaları vardı. Təkcə bir faktı xatırlatmaq istəyirəm. Biləsuvarın Xarmandalı kəndinin yetirməsi olan Əlibala Hacızadə 70-80-ci illərin ən çox oxunan yazıçılarının siyahısına başçılıq edirdi.
İki od arasında
Keçid dövründə bütün Azərbaycanda olduğu kimi, Biləsuvarın da əhalisi arasında işsizlik problemi yaranıb. üstəlik, Azərbaycan öz müstəqilliyini elan edəndən sonra yerlərdə baş qaldırmış separatçılar rayonu Azərbaycandan ayırmağa cəhd göstəriblər. Sovet dönəmində Salyanla Biləsuvar arasında quş gəlsə, qanad salan, qatır gəlsə, dırnaq salan hərbi keçid məntəqəsi yenidən daha “həşəmətli və möhtəşəm” bir şəkildə qurulub. Dəmir çəmbər və şlaqbaumla Salyan rayonundan ayrılan cənub hissə “Talış Muğan Respublikası” elan olunub. Təbii ki, həmin qarışıq dövrdə, yerli əhalinin bir parça çörək üçün mücadiləyə qalxdığı bir vaxtda bu bəlanın başlarının üstünü alması onları bir qədər də çaşdırıb. Adamlar nə edəcəyini bilməyib. çünki 70 il ərzində bu ərazinin sakinləri bir qədər cənuba irəlilədikcə daha da sərtləşən qanunlar altında yaşamışdılar. Biləsuvarlı bir ata, deyək ki, Yardımlı, Lerik, Astara və ya üzü cənuba hansısa rayonun dağ kəndlərindən birinə gəlin köçmüş qızının evinə qonaq getmək istəsə, hökmən “icazə kağızı” deyilən bir sənəd almalı, yox əgər o evdə bir gecə qalacaq niyyətinə düşsə, artıq hərbi komendatura rolunu oynayan instansiyadan möhürlü, ştamplı icazə vərəqəsinə sahib olmalıydı. Bircə il azad nəfəs almamış yeni, qondarma bir respublikanın “təbəəliyini qəbul etmək” şərti qarşısında qalmış biləsuvarlılar ümid yeri kimi baxdıqları paytaxtdan da səs-səda eşitmirdilər. Artıq hərbi çağırışa başlamaq haqqında söz-söhbət, qonşu dövlətlərin məqam gözləmələri, Qarabağ müharibəsinin ağrı-acısı və yaşlıların daha dəqiqliklə xatırlamağa başladıqları 50-ci illərin aclıq vaxtlarının eyni olan günlər əhalinin əlini-qolunu işdən-gücdən soyudurdu.
Məhz buna görə də, həmin ərəfədə respublikada hakimiyyət dəyişikliyi baş verəndə biləsuvarlılar nə baş verdiyini hamıdan artıq dərk edir və sevinirdilər. Elə ona görə də, həmin tarixdə ulu öndər Heydər Əliyev üzünü xalqına tutub “Azərbaycanımızın müstəqilliyi naminə” deyəndə Biləsuvarın kişi əhalisi böyükdən-kiçiyə Bakının Azadlıq meydanına axışdılar. Ulu öndər ikinci dəfə hakimiyyətə gələndən sonra - artıq müstəqil Azərbaycanın prezidenti kimi Biləsuvar torpağına səfər edib. Biləsuvarlıların ulu öndərə sevgisinin isbatı kimi Azərbaycanda ilk olaraq 1994-cü ildə Biləsuvarda Heydər Əliyev Muzeyi yaradılıb. Rayon sakini Gülmalı Gülalıyev öz şəxsi mülkünü muzeyə çevirib. Bu gün isə artıq Heydər Əliyev Muzeyi rayonda ideoloji mərkəz kimi fəaliyyət göstərir.
Biləsuvar Prezident İlham Əliyevin
diqqətindədir
Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də biləsuvarlıları yaddan çıxarmır. Hər il Biləsuvar rayonunun ərazisində yerləşən çadır şəhərciyinə baş çəkən, cənub bölgəsinə səfər edən dövlət başçısı bu rayonda da ayaq saxlayıb vəziyyətlə maraqlanır, sakinlərlə görüşür. Qeyd edək ki, son 5 ildə bütün çadır şəhərcikləri kimi Biləsuvar ərazisindəki həmin çadır düşərgəsi tamamilə ləğv edilib və qaçqınlar müasir standartlara uyğun inşa edilmiş yeni şəhərciyə köçürülüb.
Biləsuvara sonuncu səfərində dövlət başçısı rayonda təhsil, səhiyyə və mədəniyyətin durumu ilə tanış olaraq vəziyyətlə bağlı öz təkliflərini də verib.
Hərtərəfli inkişaf
və tərəqqi
Onu da qeyd edək ki, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli Fərmanından sonra rayonun təhsil, səhiyyə və mədəniyyət sahələrində xeyli işlər görülüb. ötən yarım il ərzində rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəblərin tikintisi, əsaslı və cari təmir işləri davam etdirilməklə yanaşı, səhiyyə və mədəniyyət sahələrində də köklü dəyişikliklər həyata keçrilib.
Əmənkənd üçün 200 yerlik yeni məktəb binası inşa edilərək istifadəyə verilib. Eyni zamanda, yeni inventarlar və kompüter dəstləri ilə təmin olunub. Hazırda Ağayrı və Arazbarı kəndində 9 illik təhsil məktəbinin yeni binası da istifadəyə verilmək üzrədir. Burada 220 şagirdin təhsil alması üçün hər cür şərait yaradılıb.
Hazırda rayonda 4,1 saylı orta və 2 saylı şəhər internat məktəbləri əsaslı təmir edilərək şagirdlərin ixtiyarına verilib. 2 saylı internat məktəbinin istilik sistemi yenidən quraşdırılıb.
Bundan əlavə, rayonda müasir tələblərə tam cavab verən və bütün yardımçı binalarla təmin edilmiş xüsusi istedada malik uşaqlar üçün litseyin tikintisi başa çatmaq üzrədir. Cari ilin birinci rübündə rayon təhsil şöbəsi tərəfindən 19 min manatlıq, Respublika Təhsil Nazirliyi tərəfindən isə 55 min manatlıq avadanlıq məktəblər arasında bölünüb. ümumi dəyəri 12535 manatlıq 6350 bədii kitab isə rayon məktəblərinin kitabxanaları arasında paylaşdırılıb.
Səhiyyə sahəsində ilk gözəçarpan iş Milli Bankın vəsaiti ilə 50 çarpayılıq Mərkəzi Uşaq Xəstəxanasının yeni binasının tikilməsidir. Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə və poliklinika şöbələrində başlanmış əsaslı təmir işlərinə 20 min manat vəsait ayrılıb. Bundan başqa, Yuxarı Ağalıkənd və Zəhmətabad kəndlərinin feldşer-mama məntəqələri üçün 5 otaqlı yeni bina tikilib istifadəyə verilib.
Rayon Mədəniyyət Evində, şəhər İncəsənət Məktəbində və Heydər Əliyev Muzeyində təmir işləri aparılıb, şəhərin müxtəlif guşələri abadlaşdırılaraq parklar və bağlar salınıb. Regionların sosial inkişafı proqramına uyğun olaraq 2006-ci ilin sonlarında inşasına başlanılmış Olimpiya İdman Kompleksində inşaat işləri yekunlaşmaq üzrədir.
Aqrar sahədə xüsusi canlanma var
ümummilli liderimiz Heydər Əliyev tərəfindən MDB məkanında ilk dəfə olaraq aqrar bölmədə islahatların keçirilməsindən, kolxoz və sovxozların ləğv edilərək, onlara məxsus bütün əmlakın əhali arasında bölünməsi və bu kimi xeyli mühüm tədbirlərdən sonra Biləsuvar kəndliləri də xeyli uğurlu nəticələr əldə etdilər. 2004-cü ildən cari ilin birinci yarısına qədər olan müddət ərzində rayon əhalisi taxılçılıq və pambıqçılıq, heyvandarlıq və quşçuluq sahəsində diqqətəlayiq irəliləyişə nail olublar.
“Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” dövlət başçısının 23 yanvar 2007-ci il tarixli Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsi bu sahələrin inkişafına geniş şərait yaradıb.
2008-ci il üçün 45680 ha sahədə kənd təsərrüfatı məhsulları əkilib.
Respublikada kənd təsərrüfatını inkişaf etdirmək məqsədi ilə ölkə başçısının 21 avqust 2008-ci il tarixində imzaladığı “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, kübrə və damazlıq heyvanlarla təmin edilməsinə əlavə dəstək verilməsi barədə” Sərəncamı ilə bağlı Biləsuvarda da bir canlanma var.
Hazırda rayonda 32 özəl toxumçuluq təsərrüfatına 241 min manat subsidiya verilib. Əkin sahələrinin suvarılması üçün Amerika istehsalı olan çiləmə və damlama üsulu ilə suvarma qurğuları alınaraq 7000 hektar sahədə quraşdırılıb. Heyvandarlığın inkişafına xüsusi təkan verən işlərdən biri də sutkalıq gücü 300 ton olan süd emalı zavodunun fəaliyyət göstərməsidir.
Biləsuvarlıların
bir seçimi var -
Yeni Azərbaycan Partiyası
Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı 1993-cü ilin yanvarında öz təsis konfransını keçirib. Hazırda rayon sakinlərindən 3904 nəfəri partiyanın üzvüdür. Partiya üzvləri arasında qadınlar 531, gənclər isə 745 nəfər təşkil edir. Rayon təşkilatının sədri Kamil Mirzəyev deyir ki, partiyaya üzv olmaq üçün müraciət edənlərin sayı günü-gündən artır. Amma onlar kəmiyyətə yox, keyfiyyətə daha çox diqqət ayırdıqlarından YAP-a üzv olmaq istəyənlərin bir fərd kimi hansı potensiala malik olduqlarını, dövlətə, vətənə verə biləcəkləri xeyri əsas götürürlər. Həm də çalışırlar ki, partiya üzvlüyünə qəbul edəcəkləri adam öz ideyaları uğrunda mübarizə etməyi bacaran, Heydər Əliyev siyasətini şüurlu şəkildə qəbul edən insanlar olsunlar. Bunun üçün də onlar təkcə qərargahda müxtəlif mövzularda yığıncaqlar təşkil etməklə kifayətlənmir, rayon gənclərinin ziyarətgahına çevrilmiş Heydər Əliyev Muzeyində yaradılan İdeoloji Mərkəzin də köməyindən yararlanırlar.
Epiloq əvəzi
Biləsuvardan ilk yazımı yazdığım vaxtdan on ildən çox vaxt keçib. O zaman dünyanın düzəni yenicə pozulmuşdu. Ucqar bir kəndin adamları çaşqınlıq içindəydi. O vaxt dədə evinə qədəm basanda uşaqlıq yaddaşımın bir küncünə sığınıb qalan obrazların daha qocalmış, oturuşmuş surətlərini qələmə almışdım. Ata evinin köhnə, uçulub dağılan ocaqlığında yayma bişirən qonşu qadınlarla anamın söhbətlərinə qulaq kəsilmişdim. Əlindən ancaq uzun ətəkliyi ilə sacın altını hörükləmək gələn və siyasətdən bezdiyini deyib hamımızı doyunca güldürən Nuru xala, Qarabağı erməniyə satanları sorğu-sualsız güllələmək lazım olduğunu israr edən Darayı bibi artıq bu dünyadan köçlərini sürüblər. Həmişə qonşu Xanım xala ilə birinin əri AMİP-çi, o birinin əri ADP-çi olduğundan sözləri çəp gələn və bu söz güləşdirməsinə təbəssümlə qulaq kəsildiyimiz Gülşən bacı da daha sakitləşib. AMİP-də, ADP-də YAP-a transfer edib. üstəlik, o illərə heyf deyirlər. Gülşən bacının həyat yoldaşı köksünü ötürür: “İnsan öz ömrünü belə israf etməz. Allah bu ömrü verib ki, nəsə edə bilək. Bizsə, vicdansızcasına onu mənasız bir yerə xərcləmək istəmişik.”
Hər kəndə gedəndə bağının nemətlərindən sovqat tutan atam da bu dəfə məni yola salmır. Başı yaman qarışıqdı. Biçin yerində yığılmağa hazır məhsul onları gözləyir. Kənd yoluna çıxıram. Elə bil ki, bütün kəndin görkəmi dəyişib. Köhnə, dəmir çəpərlərin yerində ağ daşdan tikilmiş hündür hasarlar, dümdüz, hamar yollar adamın gözünü oxşayır. Həmişə qısır kimi görünən, qışdan qolu-qanadı budanmış çıxan ağaclar da görkəmini dəyişib. üzü günəşə boy atmaqdadırlar. Daha qışın sərt gələcəyindən də qorxuları yoxdu. Kənd yaxın günlərdə mavi yanacağın, təbii qazın veriləcəyi xəbərindən köhnədən qalma paslı boruları yenidən təmir edib o xoş günə hazırlaşıb. Təkcə qonşu Hilal dayının hasarının yerində iri, məxməri çiçəklərinin ətri adamı bihuş edən qızılgüllər boylanır. Nə dəmir çəmbər var, nə tor hasar. Ara-bərə əkilmiş salxım söyüdlərin yarpaqları yerə dəyir. Heç bu kəndin oğrusu da o qızılgülləri aşıb keçməyə qıymaz. Bunu, deyəsən, həyət sahibi də, özlərini günə verib, təbiətin gözəl qızından rəng alan güllər də başa düşür.
Kəndin həmişə dedi-qodu yeri olan meydanı da boşdu. Nə Ağ Evi ziyarətə gedib Amerikanın Prezidenti Buşla macəralarından danışan, “prezident qardaşlığı ilə qol-boyun çəkdirdiyi” montaj edilmiş şəkli kəndçilərinə göstərib öyünən traktorçu Turab dayı var, nə də papağını yan qoyub bütün günü dünyanın statistik məlumatları ilə kənd əhlini heyrətləndirən Rəfi kişi. Hamı işdə-gücdə, əkində-biçində. Kəndli yayda işləməlidi ki, qışda xaralı, çuvalı dolu olsun.
KƏBUTƏR
 
  • Oxunub:  19770  |  
  • Tarix:  07-11-2008  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

15:34
19 Sentyabr
Daşkənddə “Tasanno-2018” milli mətbəx festivalında Azərbaycan da təmsil olunub
15:13
19 Sentyabr
Bakı Kitab Mərkəzində Milli Musiqi Günü qeyd edilib
15:01
19 Sentyabr
İbrahim Öztək: Bakıda keçirilən parad Azərbaycan-Türkiyə birliyini bir daha bütün dünyaya göstərdi
14:54
19 Sentyabr
Ömrünü kimya elminin inkişafına həsr etmiş görkəmli alim
14:51
19 Sentyabr
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb
14:44
19 Sentyabr
"Səs” İnformasiya Agentliyinin 10 illik yubileyi qeyd edilib
14:32
19 Sentyabr
AHİK sədri: Azərbaycan ilə BƏT arasında əməkdaşlıq müxtəlif sahələrin inkişafına töhfə verir
14:21
19 Sentyabr
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
14:09
19 Sentyabr
UNESCO-nun Mərkəzi Asiya üzrə koordinatoru Bakıda beynəlxalq simpoziuma qatılacaq
14:05
19 Sentyabr
Azərbaycanın və Ukraynanın Dövlət Miqrasiya xidmətləri arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
14:03
19 Sentyabr
Moskvada “Bakı şəhərinin azad olunması – 100” mövzusunda “dəyirmi masa” keçirilib
14:01
19 Sentyabr
Elçin Əhmədov: Azərbaycan-Türkiyə birliyi və strateji tərəfdaşlığı regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir
12:38
19 Sentyabr
Bakıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda tədbir keçirilir
12:35
19 Sentyabr
Mehdi Hüseynzadənin 100 illiyi ilə bağlı birgə tədbirlər keçirəcək
12:32
19 Sentyabr
Pirallahıda Beynəlxalq Sülh Günü münasibətilə fləşmob keçirilib
12:29
19 Sentyabr
Məktəb direktorları ilə görüşdə qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb
12:15
19 Sentyabr
Gənclər Fondu gənclər təşkilatlarına təklif edilən imkanlar barədə təqdimat keçirib
12:06
19 Sentyabr
Cibuti Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib
11:45
19 Sentyabr
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı 190-dan çox ölkəyə yayımlanacaq
11:45
19 Sentyabr
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
11:38
19 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın vitse-kanslerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
11:31
19 Sentyabr
Naxçıvanda Milli Musiqi Günü qeyd edilib
11:09
19 Sentyabr
Gürcüstan parlamentinin nümayəndə heyəti Azərbaycan parlamentinin 100 illik yubileyi tədbirlərində iştirak edəcək
11:07
19 Sentyabr
Sabah Bakıda cüdo üzrə dünya çempionatına start veriləcək
10:58
19 Sentyabr
Rusiyanın sərhəd gözətçi gəmisinin və Dövlət Sərhəd Xidmətinin gəmi və katerlərinin iştirakı ilə birgə təlimlər keçirilib
10:47
19 Sentyabr
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
10:45
19 Sentyabr
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi ürəklərdə əbədi yaşayır
10:25
19 Sentyabr
Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 87 dəfə pozub
10:22
19 Sentyabr
Neftçilərə yeni mənzillərinin orderləri təqdim edilib
17:58
18 Sentyabr
Bakı Dövlət Universitetində beynəlxalq elmi konfrans: “Dünya azərbaycanlıları: tarix və müasirlik”
17:54
18 Sentyabr
Nazir müavini: “Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır
17:53
18 Sentyabr
Bilik Fondu Abşeronda və Tərtərdə Milli Musiqi Gününü qeyd edib
17:51
18 Sentyabr
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
17:46
18 Sentyabr
Bakıda Azərbaycan-Qazaxıstan İşçi Qruplarının ilk iclası keçirilib
17:44
18 Sentyabr
Vitse-kansler: Avstriyada da şahmat, cüdo və güləş idman növlərinin Azərbaycandakı səviyyəyə yüksəlməsini istərdim
17:19
18 Sentyabr
Vətənə xidmət şərəfdir
17:15
18 Sentyabr
Əli Həsənov: Ailəsini siyasi alver predmetinə çevirən Paşinyanın rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək çətin deyil
17:11
18 Sentyabr
Cüdo üzrə Azərbaycan yığması dünya çempionatına hazırdır
17:02
18 Sentyabr
Azərbaycanı “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində Fidan Hüseynova təmsil edəcək
17:01
18 Sentyabr
Prezident təqaüdçüsü: “UNEC Azərbaycanın ən yaxşı universitetləri sırasındadır”
16:48
18 Sentyabr
43-cü Dünya Şahmat Olimpiadasının başlanmasına 5 gün qalır
16:36
18 Sentyabr
Azərbaycanla Moldova ikitərəfli daşımalar və tranzit keçid üçün “İcazə”ləri artıracaq
16:07
18 Sentyabr
Sona Əliyeva: Möhtəşəm parad Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının tərənnümüdür
15:58
18 Sentyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin zəif görənlər bölməsinin təqdimatı olub
15:30
18 Sentyabr
Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda elmi konfrans təşkil edəcək
15:22
18 Sentyabr
Aşura mərasimlərində heç bir halda xurafata yol vermək olmaz
15:05
18 Sentyabr
Milli Məclisdə Rumıniya Deputatlar Palatası xarici işlər komitəsinin sədri ilə görüş olub
14:45
18 Sentyabr
Biləsuvarda Gənclər Evi açılıb
14:38
18 Sentyabr
Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
14:34
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib
14:32
18 Sentyabr
Bakı metrosunda Milli Musiqi Günü qeyd olunub
14:31
18 Sentyabr
Çinin Sinxua agentliyinin nümayəndə heyəti Xəzər Televiziyasının fəaliyyəti ilə tanış olub
14:28
18 Sentyabr
Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu istifadəyə verilib
14:26
18 Sentyabr
İşaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatları sistemi daha təkmil hüquqi əsasda formalaşır
14:24
18 Sentyabr
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün təlim keçirilir
14:22
18 Sentyabr
Sinxua agentliyi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində AZƏRTAC-la əməkdaşlığa hazırdır
14:16
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvar rayonuna səfərə gəlib
14:15
18 Sentyabr
Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü təntənəli şəkildə qeyd edilib
14:13
18 Sentyabr
AMEA Naxçıvan Bölməsində arxeoloji ekspedisiyaların yekunları müzakirə olunub
12:44
18 Sentyabr
Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin Bakıda keçirilmiş iclasının qərarları açıqlanıb
12:43
18 Sentyabr
İnsan resurslarının idarə edilməsi sahəsində qabaqcıl Azərbaycan təcrübəsi müzakirə olunub
12:38
18 Sentyabr
Hərbi rəhbərlərin növbəti təlim toplantısı başa çatıb
12:36
18 Sentyabr
Masallıda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolu istifadəyə verilib
12:34
18 Sentyabr
Təlimlər zamanı qoşunlarda döyüşə hazırlıq tədbirləri aparılır
12:32
18 Sentyabr
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
12:31
18 Sentyabr
Birləşmiş Ərəb Əmirliklərinin Xəlifə Fondunun baş direktoru Heydər Əliyev Fondunun layihələri barədə məlumatlandırılıb
12:28
18 Sentyabr
Aqrar Universitetdə akademik Cəlal Əliyevin adını daşıyan auditoriya açılıb
12:24
18 Sentyabr
“Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsi istifadəyə verilib
12:22
18 Sentyabr
Yaqub Mahmudov: Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb
12:21
18 Sentyabr
Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+18 +20