Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakı Dövlət Universitetində Nobel mükafatı laureatı ilə görüş keçirilib

Bakı Dövlət Universitetində Nobel mükafatı laureatı ilə görüş keçirilib

30.10.2013 [09:43]

Oktyabrın 29-da Bakı Dövlət Universitetində (BDU) fizika üzrə Nobel mükafatı laureatı Klaus fon-Klitsinq ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Klaus fon-Klitsinqin üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana gəldiyini bildirib. Forumda bir çox tanınmış şəxslər, dövlət nümayəndələri və məşhur siyasətçilərlə yanaşı, 15 Nobel mükafatçısının da iştirak edəcəyini diqqətə çatdıran rektor deyib ki, onlardan 5-i BDU-nun dəvəti ilə gəlib. Bu alimlər əsasən elmi müstəvidə çıxış edəcəklər. Onlarla müqavilə bağlandığını vurğulayan A.Məhərrəmov müxtəlif elm sahələri üzrə dünyada tanınmış alimlərin ölkəmizin ali məktəblərində mühazirələr oxuyacaqlarını söyləyib.
Məşhur alimin həyatı və elmi fəaliyyəti barədə məlumat verən rektor bildirib ki, alman fiziki, Nobel mükafatı laureatı Klaus fon-Klitsinqin əsas tədqiqat istiqamətləri kondensiyalaşmış maddələrin və kiçik ölçülü sistemlərin fizikasıdır. O, 1979-cu ildə Qrenoblda silisiumlu sahə tranzistorunda Xoll effektinin araşdırılması üzrə bir sıra təcrübələr keçirib və bu təcrübələr nəticəsində Xollun tam ədədli kvant effektini açıb. Təcrübələrin nəticəsi 1980-ci ildə “Physical Review Letters” jurnalında nəşr edilib. Klaus fon-Klitsinq 1985-ci ildə Nobel mükafatına layiq görülüb. Hazırda o, ikiölçülü qazın maqnetomüqavimətinin osillyasiyası məsələsi ilə məşğuldur.
Universitet haqqında qonağa məlumat verən akademik A.Məhərrəmov BDU-nun yaranma və inkişaf tarixindən, bu ali təhsil ocağının beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi aparıcı universitetlərdən, tanınmış qurumlarla əlaqələrindən, beynəlxalq qrant layihələrində iştirakından danışıb. Bildirilib ki, BDU dünyanın bir sıra aparıcı ali təhsil müəssisələri ilə yanaşı, Almaniya universitetləri ilə də səmərəli əlaqələr qurub. Bu münasibətlərin daha da genişləndirilməsi nəzərdə tutulub.
Tədbirdə Klaus fon-Klitsinqin “Kəsrli kvant Holl effektinin yeni tətbiqləri” mövzusunda mühazirəsi dinlənilib. Dünya şöhrətli alim tələbələrin mövzu ilə bağlı suallarını ətraflı cavablandırıb.
BDU-nun nanoaraşdırmalar laboratoriyasına baş çəkən qonaq burada aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olub, onları yüksək qiymətləndirib. Alim tədqiqat işlərinin elm tutumlu istehsal sahələri ilə əlaqələrinin qurulması istiqamətində məsləhətlər verib.
BDU-da təşkil olunan səmimi görüşdən razılığını bildirən Klaus fon-Klitsinq universitetin rəhbərliyinə və kollektivə minnətdarlığını çatdırıb, uğurlar arzulayıb.

Paylaş:
Baxılıb: 1916 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31