Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Yaşlı nəslin təcrübəsindən faydalanaq” mövzusu üzrə genişmiqyaslı layihəyə başlanılıb

“Yaşlı nəslin təcrübəsindən faydalanaq” mövzusu üzrə genişmiqyaslı layihəyə başlanılıb

31.10.2013 [09:39]

Oktyabrın 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Nəsimi rayon İcra Hakimiyyəti ilə birlikdə “Yaşlı nəslin təcrübəsindən faydalanaq” layihəsi çərçivəsində növbəti tədbir keçirib.
AzərTAc xəbər verir ki, tədbirdə Nəsimi rayon Ağbirçəklər Şurasının üzvləri və rayonun təlim-tərbiyə müəssisələrində təhsil alan gənclər iştirak ediblər.
Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva bildirib ki, dövlət tərəfindən uğurla həyata keçirilən ailə siyasəti milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasını və gələcək nəsillərə çatdırılmasını təmin edir. Son illərdə əhalinin həyat səviyyəsini, iqtisadi imkanlarını yüksəltmək məqsədilə bir sıra dövlət sənədləri və fəaliyyət proqramları qəbul edilib. Azərbaycanda aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması üçün dövlət tərəfindən müxtəlif meyarlar üzrə bir sıra müavinətlər, ünvanlı sosial yardımlar təyin olunub.
Z.Quliyeva bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini xüsusi vurğulayıb. Bildirib ki, Mehriban xanım Əliyevanın dəstək verdiyi bütün layihələr xalqımızın milli-mənəvi dəyərləri ilə yanaşı, ailə dəyərlərinin də geniş təbliğinə zəmin yaradır.
Dövlət ailə siyasətindən danışan AQUPDK sədrinin müavini Aynur Sofiyeva bildirib ki, komitə tərəfindən gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunmaları, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, yaşlılara hörmət, kiçiklərə qayğı kimi ənənələrin davam etdirilməsi məqsədilə maarifləndirici tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq “Yaşlı nəslin təcrübəsindən faydalanaq” mövzusu üzrə genişmiqyaslı layihəyə başlanılıb. Layihənin respublikanın bütün şəhər və rayonlarında keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində ilk tədbir Beynəlxalq Ahıllar Günündə qeyd olunub.
Tədbirdə milli-mənəvi dəyərlərin, ailə mədəniyyətinin, nəsillərarası münasibətlərin qorunub saxlanılması və digər mövzularda müzakirələr aparılıb.

Paylaş:
Baxılıb: 1168 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31