Ana səhifə »  Sosial »  YORULMAZ TƏDQİQATÇI VƏ ƏSL ZİYALI İLHAM MƏMMƏDZADƏ
A+   Yenilə  A-
YORULMAZ TƏDQİQATÇI VƏ ƏSL ZİYALI İLHAM MƏMMƏDZADƏ

Keçən əsrin 50-60-cı illərində bu və ya digər alim haqqında məlumatlarda onun əsərlərinin tam siyahısı göstərilirdi. Hətta irili-xırdalı əsərlərin həcmi də qeyd olunurdu.
Həmin əsrin 70-80-ci illərində alimlərin əsərlərinin əsas hesab edilənləri göstərilməklə digərləri “və başqaları və ya və s.” sözləri ilə əvəz edildi.
Bu əsrdə, çağdaş illərimizdə isə bu biblioqrafiya xarakterli məlumatlar daha da lakonikləşdirilib. Məsələn, konkret olaraq monoqrafiya və məqalələrin sayının göstərilməsi yetərli sayılır.
Bu lakoniklik elektron cəmiyyətlər üçün tam təbii, qanunauyğun hadisə olsa da, mənəvi prizmadan, tarixi nöqteyi-nəzərdən, fərdə münasibət baxımından yanaşıldıqda ədalətsizlik kimi qəbul edilir.
Ən azı alim bir əsəri yazana qədər onlarla müxtəlif dillərdə olan ədəbiyyatı nəzərdən keçirir, qeydlər aparır, təhlil və qənaətlərini bu kitablarla fikrindəmi, ürəyindəmi danışa-danışa ümumiləşdirir, təfəkkür, elm, təcrübə, faydalılıq üçün daha yeni səhifəni açır. Hələ rəqəm kimi qeyd olunan bir monoqrafiyasına ad düşünür, bu düşüncə üçün gözü önünə bəlkə 50 ilin uyğun tədqiqat sahəsinin monoqrafiyası, məqaləsi qarışıq bütün əsərlərini gətirib, məzmunca daha orijinalını, mahiyyətcə daha əhəmiyyətli və aktualını tapmaq üçün düşünür... Maraqlı suallardan biri də alimin bir monoqrafiyanı meydana çıxarana qədər beyninin neçə minlərlə canlı hüceyrəsini məhv etməsi, gözlərinin nə miqdarda nurunu itirməsi, beləcə sağlamlığını hansı təhlükəli vəziyyətlərlə üzbəüz qoyması ilə bağlıdır.
Bəs alim, elmi tədqiqatçının bu və ya digər əsərini meydana çıxardığı laboratoriya sonra gələn proseslər, obyektiv həmkarlarla yanaşı bədxahların bəzən açıq-aşkar, bəzən gizlin, altdan-altdan halal zəhmətin, alın təri ilə yaradılan əsərin dəyərini azaltmağa yönəlmiş “rəyləri” ?..
Adamdan, əlbəttə ki, alimdən bütün bu keşməkeşləri səbrlə, təmkinlə adlaya bilmək üçün hünər istəyir. Sabit xarakter, yetkin şəxsiyyət, əsl ziyalı xilqəti (həm də tam halda) gərəkir yaradıcı alim-tədqiqatçı olmaq, ən əsası da ola bilmək üçün.
Azərbaycan elminin belə cəfakeşləri çox olub və nə xoşbəxtik ki, onların yandırdıqları elm işığına gələnlər, o işığı sönməyə qoymayanlar, daha da gücləndirib yeni-yeni fədailər cəlb edənlər də çox-çox olub.
Onlardan biri Azərbaycan fəlsəfə elminin tanınmış alimlərindən biri, fəlsəfə elmləri doktoru, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Ramiz oğlu Məmmədzadədir.
İlham Ramiz oğlu Məmmədzadə 1953-cü ildə Bakıda məmur ailəsində dünyaya gəlib. O ildə ki, tarix dönəmin bir, bir dönməyini yaşayırdı ki, adını eşit özünü görmə... Xoşbəxt mərhələ başlanğıcı olsa da hələ evlərdəki patefonların iynələri “can Stalin oxumaqdan” qurtulmamışdı. Hələ yaddaşların daşlaşmış 30 illik xofu silkələnməmişdi... Üstəlik də, II Dünya müharibəsinin ağrı-acılarının məhəllə-məhəllə cığırlar, yollar yaratmış qara kağızlı, yaralılar sıralı, itib-batmış xatirəli hadisələri...
Bu qaranlıq illərin, işıqları zəif evlərinin uşaqları, gəncləri bir qayda olaraq tez böyüyürdü və əksəriyyətdə mətinlik, mərdlik mənəvi dərsləri ilə boy atırdı. Onların öyüdləri dünənin böyük vətən, millət dərsləri idi. Ömürləri boyu unutmayacaqları əsl həyat-insan dərsləri, əxlaq-mənəviyyat təlimləri.
İlham Ramiz oğlu Məmmədzadə də dövrünün uşaqları, gəncləri kimi bu dərsləri mükəmməl şəkildə, möhkəm-möhkəm elə oxuyub, öyrənir ki, onlar onu şüurlu və təhtəlşüur olaraq peşə-sənət seçimində də müşayiət edir.
İcbari orta təhsilini bitirdikdən sonra “öz həyat” və tədris bilikləri ilə o dövrdə ölkənin birinci ali təhsil ocağına üz tutur və istəyinə müvəffəq olaraq M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsinə daxil olur və 1975-ci ildə ali təhsilini bitirərək müstəqil həyata və ilk peşə fəaliyyətinə qədəm basır.
Ali məktəbi bitirdikdən sonra vətəninə qayıdan İlham Məmmədzadə elmi fəaliyyət sahəsini seçərək elm məbədimiz Azərbaycan Elmlər Akademiyasının dövrünün təyinatına uyğun olaraq Fəlsəfə və Hüquq İnstitutu adlanan tədqiqat institunda kiçik elmi işçi vəzifəsində işə başlayır.
İlham Məmmədzadə 5 il çalışmaqla öz elmi tədqiqatlarını davam etdirir və 1980-ci ildə Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işi müdafiə edir.
Bununla Sovet hakimiyyəti illərində xalqımızın 27 yaşlı ilk gənclərindən biri alim-tədqiqatçı kimi tanınmağa, yeni və aktual mövzular üzərində çalışmağa başlayır.
İlham Məmmədzadə fəlsəfə elmləri doktoru dissertasiyasını da həmyaşıdları və həmkarlarından fərqli olaraq çox gənc yaşında, 1990-cı ildə, yəni 37 yaşında müdafiə etmişdir. Gənc elmlər doktorunun 1985-ci ildə çap olunan, “Burjua əxlaqının böhranı” əsəri və 1988-ci ildə meydana çıxan “Əxlaq və siyasətin qarşılıqlı münasibəti ilə bağlı müasir burjua konsepsiyasının tənqidi “ monoqrafiyası onun elmi axtarışlarını ümumi tədqiqat istiqamətini ifadə etməklə bərabər, eyni zamanda, fəlsəfə elmində öz sözü, öz mövqeyi olan, seçilən bir alimi təqdim edirdi.
Yəqin ki, hamı razılaşar ki, o vaxtlar rus elminin özündə də 37 yaşında elmlər doktoru diplomuna layiq görülənlər tək-tək idi və ən əsası belə tək-təklərin mərkəzdə saxlanılması, ümumdövlət marağına uyğun tədqiqatlar aparmasının planlaşması məqsəd, şərtlərdəndi.
Lakin İlham Məmmədzadə təkcə ailənin yeganə oğul övladı olduğuna görə deyil, milli mənafeyə xidmət etdiyi üçün xalqının elmi fikrinin sıralarını möhkəmlətmək məqsədinə cavab verərək Azərbaycan Fəlsəfə elminin yeni sahələrindən olan Etika şöbəsindəki fəaliyyətini artıq elmlər doktoru kimi davam etdirir.
Onun 1975-ci ildən bu günə kimi, yəni təxminən 40 il müddətində Fəlsəfənin ana xətti - Etika sahəsində fəaliyyət göstərməsi nəhəng bir fikir ağacının ilbəil qol-budaq ataraq çox-çox uzaqlara ucalmasına səbəb olmuşdur desək, səhv etmərik.
O, bu illər ərzində bir tərəfdən yeni-yeni aktual elmi mövzuları tədqiqata cəlb edir, bir tərəfdən də çalışdığı Etika şöbəsinin rəhbəri estafeti ona verildikdə, elmi təşkilatçı kimi öz şöbəsini əsl elm maraqlıları tədqiqatçılar və aspirantlarla möhkəmləndirir və bununla da cəmiyyətdə uzaqdan sadə görünən, az əhəmiyyətli təəssüratı yaradan, hətta anlamında xeyli bəsitləşdirilən Etika elminə dəyər aşılayırdı.
Kiçik elmi işçi kimi ilk elmi fəaliyyətinə başladığı elmi tədqiqat institutunda bu şöbə müdiri vəzifəsindən institutun direktoru kürsüsünə qədər yüksələn İlham Ramiz oğlu Məmmədzadə bu illər ərzində 9-u monoqrafiya, 100-dən çoxu elmi məqalələr olmaqla 150-yə yaxın əsərini milli təfəkkür kitabxanamıza bəxş etmiş, onlarla aspirant, dissertant, doktorant yetişdirmişdir.
Məlumdur ki, elm müxtəlif sahələri, fəlsəfə elmi çoxsaylı istiqamətləri əhatə etdiyi kimi, fəlsəfənin qaynaqlandığı ən qədim bilik, şüur hadisəsi Etika (əxlaq) da bir-birinə qırılmaz tellərlə bağlı olan tədqiqat bölmələrini ehtiva edir. Xüsusilə də dövrləşmə konsepsiyasına uyğun olan daim yeniləşən sahələr, bölmələrlə gündəmdə olan Etika dünyanı düşündürən və əhatə edən hər bir cəmiyyətdə öz mövcudluğunu təzələyir, təravətləndirir. Alimin “Etikaya giriş”, “Əxlaqın şərhinin təcrübəsi”, “Siyasət və əxlaq”, “Xeyir və şər”, “Siyasi etika” əsərləri bu fikrimizi təsdiq edə bilər. Həmçinin də, tanınmış alim İlham Məmmədzadə bu əsərləri ilə fəlsəfi fikir tariximiz üçün yeni olan əxlaq-etika vahid elmi sisteminin ümumiləşdirilmiş konsepsiyasının əsasını qoymuşdur.
40 illik məhsuldar elmi fəaliyyətinin bəhrəsi olaraq peşəkar alim, eyni zamanda, əzəli fəlsəfi fundamental etika ilə bərbər bioetika, siyasi etika sahələri ilə də müntəzəm surətdə məşğul olur, yeni və müasir elm sahəsi kimi fənlərarası münasibətlər fəlsəfi istiqamətindən çıxış edərək etika və digər elm sahələrinin qarşılıqlı əlaqə və münasibətlər məsələsini önə çəkərək ucu-bucağı görünməyən tədqiqat aləmində fəlsəfə tarixi, kulturologiya, politologiya, habelə son illərin aktual elmi araşdırmalarını ehtiva edən mədəniyyətlərarası dialoq və humanitar siyasət fəlsəfəsini yaradıcılıqla tədqiq-təhlil edir.
Necə deyərlər, müasir filosofu nəzəriyyə aləmindən cəmiyyətin müəllimi missiyasının daşıyıcısı fikrinə kökləyən İlham Məmmədzadə çağdaş dünyanın ən tanınan, əslində əksəriyyətlə heç ixtisasca filosof olmayan Qərb fəlsəfə elminin M.Fuko, Y.Xabermas, J.Derrida, habelə P.Porti, Q.Başlyar, R.Aron kimi nümayəndələrinin cəmiyyətin idarə olunmasında konsepsiyaverici “hüququ”nu əməli təcrübi fəaliyyəti ilə nümayiş etdirir.
Təsadüfi deyil ki, diqqətli oxucular və ideoloqlar, qabaqcıl ictimaiyyət nümayəndələri İlham Məmmədzadənin Azərbaycan fəlsəfi fikri və konkret olaraq milli Etika elmi sahəsində ilk dəfə olaraq Azərbaycanda keçid dövrünün əsas mərhələlərinin konsepsiyasının işlənmiş olduğu “Vətəndaş cəmiyyəti və milli ideologiya: Azərbaycanda siyasi prosesin fəlsəfəsi”, “Fəlsəfə haqqında müasir istiqamətlər, ənənələr və perspektivlər”, “Etik analiz baxımından Azərbaycanda etnik konfliktlər”, “Qloballaşma və müasirləşmə prosesində fəlsəfənin aktuallığı haqqında” əsərləri ilə çoxdan və yaxşı tanışdırlar.
Bu və bu kimi aktual elmi tədqiqat əsərləri ilə Azərbaycan fəlsəfə elmini inkişaf etdirən, elmi əsərləri və tərcümeyi-halı bütün dünyada məşhur olan “XIX-XX yüzillikdə Rusiya filosofları” və “Maksima Makiavelli” adlı (Rusiya-İtaliya) ensiklopediyalarına daxil edilmiş tanınmış filosof alim İlham Məmmədzadənin yeni çapdan çıxmış “Fəlsəfə haqqında- Müasir istiqamətlər, ənənə və perspektivlər” monoqrafiyası da humanitar elmi fikrimizin uğurlarından, nailiyyətlərindən hesab oluna bilər.
Monoqrafiyada uzun illər alim və tədqiqatçıların dərin marağı mərkəzində dayanan əsas fəlsəfi məsələ, fəlsəfənin dünyəvi elmlər aləmində yeri və müasir dünyanın inkişafında əhəmiyyəti araşdırılır, qarşıya qoyulan problem dünya fəlsəfi fikrinin ən müasir təhlilləri sırasında, habelə alimin özünün elmi analitik qənaətləri ilə tədqiq edilərək dəyərləndirilir.
Əsasını dünyanın dərki və bəşərin, insan cəmiyyətinin etik-əxlaq konsepsiyası təşkil edən fəlsəfənin öz mahiyyəti və məzmununa görə elm sayılıb sayılmaması hər zaman alim və tədqiqatçıları düşündürmüş, bu düşüncələrin iki qütbə ayrıldığı, çox vaxt biri digərini üstələdiyi tarixi mərhələlər də olmuşdur.
Beləcə, fəlsəfə və dəqiq və ya humanitar elmlər arasındakı qarşılıqlı əlaqə, onların bir-birinə təsiri də daim diqqət mərkəzində dayanmışdır.
Fəlsəfə elmləri doktoru İlham Məmmədzadə yeni monoqrafiyasında bu elmi sualları qarşısına qoyaraq yeni əsrin fəlsəfəsinin elm və əxlaq, ideologiya və siyasət, mədəniyyət və dinlə qarşılıqlı əlaqə problemini elmi cəhətdən araşdırır.
Alimin müasir dünyanın regionlaşmaya həssas indiki real gerçəkliyində fəlsəfənin də təbiətində təbii olaraq dəyişikliklərin baş verməsi ilə bağlı düşüncəsi milli fəlsəfi fikrimizdə yeni olduğu qədər elmi və aktual qarşılanır.
Doğrudan da, bütün çağdaş elmlər kimi, hətta onlardan daha artıq dərəcədə insandan artıq, dünyanın inkişafının ideya yükünü daşıyan fəlsəfə dəyişən sivilizasiyalar qədər və yenə daha artıq aktivliklə inkişafın səviyyəsinə uyğun olaraq məzmununu yeniləşdirmişdir.
Bu fəlsəfə nə antik, nə orta əsrlər, nə intibah dövrü dünyasının xarakterində deyildir. Deməli, onun həll etdiyi məsələlər də artıq neolaşmaya, modernləşməyə həssasdır. İndi fəlsəfə daha çox sosial-siyasi və mənəvi-əxlaqi mahiyyətə üstünlük verir.
Filosofu, xüsusilə də, etik filosofu cəmiyyətin canlı dialektik varlığı siyasətin daşıyıcı qüvvəsi kimi görən fəlsəfə elmləri doktoru İlham Məmmədzadə heç də təsadüfi deyil ki, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, müstəqil Azərbaycanın dövlət və milli maraqlarını istər Vətənimizdə, istərsə də onun hüdudlarından uzaqlarda layiqincə təmsil edir.
Belə ki, o, Bakıda və eləcə də, Moskva şəhərində 2010-2013-cü illərdə mütəmadi olaraq Ulu öndər Heydər Əliyevə həsr olunan tədbirlərin təşkili, keçirilməsi və materialların çapa hazırlanmasında yüksək fəallıq nümayiş etdirmiş, bir sıra beynəlxalq simpozium və konfranslarda Azərbaycan ictimai-siyasi fikrini, həmçinin, elmini, fəlsəfəsini uğurla təmsil etmişdir.
Alim Türkiyə, Rusiya, Fransa, İtaliya, İsveçrə, Macarstan, Ukrayna, Çexoslovakiya, Polşa, Belarus və başqa ölkələrdə keçirilən dünya Fəlsəfə Konqreslərində etika, fəlsəfə, politologiya və mədəniyyət problemləri üzrə elmi məruzələrlə çıxış etmişdir və aparıcı elm mərkəzlərində mühazirələr oxumuşdur.
Müasir illərimizin postsovet fəlsəfi ictimaiyyətinin tanıyıb, qiymətləndirdiyi, Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin “Humanitar elmlər” beynəlxalq elmi jurnalının redaksiya heyətinə üzv seçilmiş Azərbaycan alimi İlham Məmmədzadə Rusiya kimi dünyanın bir çox xarici ölkələrinin aparıcı elmi mərkəzləri ilə də elmi əməkdaşlıq haqqında müqavilələr, anlaşma memorandumları həyata keçirmişdir. Məhz bu filosof alimimizin sayəsində onun özünün rəhbərlik etdiyi Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu Avropa və Asiya ölkələri Fəlsəfə İnstitutlarının Beynəlxalq Assosiasiyasına üzv qəbul edilmişdir.
Azərbaycanın bu tanınmış aliminin elmi fəaliyyəti haqqında yazıların Moskvada nəşr olunan Ensiklopedik Məlumat kitabına daxil edilməsi, həmin məlumatın “XIX-XX əsrlərin Rusiya filosofları” kitabında öz əksini tapması, habelə alimin M.Makiavelli haqqında məqalələrinin annotasiyalarının mütəfəkkirə həsr olunmuş, Pyotr Barenboumun redaktorluğu ilə çap olunmuş Rusiya-İtaliya biblioqrafiyasına daxil edilməsi sözsüz olaraq bir fərdin deyil, bütün milli elmi fikrin nailiyyəti kimi qiymətləndirilməlidir.
İlham Məmmədzadə həm də rəhbər işçi, elm təşkilatçısıdır. AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutuna rəhbərlik edən İlham Məmmədzadə bu tədqiqat sahəsinə savadlı, bacarıqlı kadrları cəlb etməklə elmin gənclərlə yenilənməsinə çalışır, eyni zamanda, peşəkar alimlərin imkanlarını mühüm və aktual problemlərin həllinə istiqamətləndirir. Onun rəhbərliyi altında fəaliyyət göstərən FSHİ indi özünün sağlam elmi mühiti, dünyaya yayılan milli fəlsəfi fikri ilə hamının diqqəti mərkəzindədir.
Azərbaycan fəlsəfəsinin yetirdiyi bu alim indi özü də xalqımızın elmi potensialının inkişafı naminə yeni alimlər yetişdirir. 20-yə yaxın doktorant və elmlər doktorunun onun rəhbərliyi ilə dissertasiyalar müdafiə etməsi elmimizin uğurlarından sayıla bilər.
İlham Məmmədzadə öz uzun illik elmi təcrübəsini, zəngin bilik və savadını ali məktəb tələbələrinin yetişdirilməsi işinə də tətbiq edən alimlərimizdəndir. İlham Məmmədzadə Bakı Qərb Universitetinin professoru kimi Azərbaycanın gələcək elm və eləcə də, ictimai sahələrində seçiləcək gənclərin fəlsəfi biliyinin artmasına, onların ölkənin qabaqcıl düüşüncələrinə çevrilməsinə çalışır.
Ömür mənalı yaşananda dəyər yaşamağa. Bu baxımdan məsuliyyət hissi ilə deyə bilərik ki, onun hər ili, ayı, günü əhəmiyyətli, dəyərli, faydalı olub. İlham Məmmədzadə bu mənada da uğurlu insan sayıla bilər...
60 yaş. Bu nə 25, 30, nə 40 yaşdı. 60 yaş heç 50 yaş da deyil. 60 yaş dəqiqlikdi, hər şeyin aydınlığı, şəffaflığı mərtəbəsidir.
60 yaşda bütün sualların cavabı tapılmış olur. Bu yaşda təsdiq üçün cəhdlər olmur. Bu yaşda kimsən, hansı nəsil-kökdən, hansı ailədənsən bir baxışın, bir kəlmən, bir addımınla bəlli olur.
Bu yaşda şəxsiyyət vəsiqəsinə mənəvi mənada ehtiyac qalmır... Səndən əvvəldə və səndən sonra xarakterin, təbiətin, xislətin gəlir. Sanki sən özün olmursan bu dediyim xislətlər olur və ən əsası da 60-da artıq tamamlanmış bu cəhətlər səni həm sonuna qədər, həm də sonundan sonra təmsil edir.
Beləcə bu gün hamı, onu tanıyan bütün kateqoriyadan olan və bütün yaş dövrü insanları İlham Ramiz oğlu Məmmədzadəni sabit xarakterli, yetkin şəxsiyyət, əsl ziyalı kimi tanıyırlar. Onun hamının təsəvvüründə bir dəyişilməz obrazı var: Olduqca müdrik, olduqca savadlı, olduqca sadə, olduqca mərifətli-etikalı, olduqca savadlı, olduqca xeyirxah, olduqca ədalətli, olduqca insan sevən və hiss edən, olduqca mehriban, olduqca prinsipial, olduqca bacarıqlı.
İstəyirsən, belə insanların ömrü elastik olsun, istəyirsən, belə insanlar sonsuz sayda olsun. İstəyirsən, belə insanların daim əhatəsində olasan...
Nə xoş ki, tale mənə bu sevinci bəxş edib və nə xoşbəxtəm ki, mən onun direktor olduğu institutda və eyni zamanda, rəhbərlik etdiyi “Etikanın nəzəri və tətbiqi prolemləri” şöbəsində daim onunla üzbəüz və onun elmi fikir gücünün təsiri altındayam.
Xatirə Quliyeva
AMEA, FSHİ-nin aparıcı elmi işçisi

 
  • Oxunub:  30690  |  
  • Tarix:  04-12-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlər uğurla inkişaf edir

12:41
21 Noyabr
YAP-ın yaranmasının 26 illiyi Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib
12:19
21 Noyabr
BMT-nin Sivilizasiyalar Alyansının Nazirlər Konfransında “Bakı Prosesi”nin təqdimatı olub
12:16
21 Noyabr
Yeni Azərbaycan Partiyasının rəhbərliyi və üzvləri ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər
11:56
21 Noyabr
Günay Əfəndiyeva: Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni irsi tamamilə məhv edib
11:52
21 Noyabr
Yeni Azərbaycan Partiyası regionda ən güclü siyasi təşkilatdır
11:50
21 Noyabr
Azərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb
11:48
21 Noyabr
Azərbaycan ilə Moldova arasında idxal-ixrac əməliyyatları artıb
11:45
21 Noyabr
Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır
11:35
21 Noyabr
Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin üçtərəfli görüşü strateji səviyyədə əməkdaşlığın bariz nümunəsidir
11:27
21 Noyabr
Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub
11:23
21 Noyabr
Türkiyənin və Gürcüstanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Şəhidlər xiyabanını ziyarət ediblər
10:50
21 Noyabr
Azərbaycanda ilk dəfə laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə calaqaltılar yetişdiriləcək
10:46
21 Noyabr
Bakıda Azərbaycanın müdafiə nazirinin, Türkiyənin və Gürcüstanın Baş Qərargah rəislərinin iştirakı ilə üçtərəfli görüş keçirilir
10:27
21 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasından 26 il ötür
09:59
21 Noyabr
Elman Nəsirov: Prezident İlham Əliyevin Belarusa səfəri ikitərəfli münasibətlərin strateji xarakterə malik olduğunu bir daha təsdiqlədi
09:43
21 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 27 dəfə pozub
09:21
21 Noyabr
Vyanada dahi bəstəkar Qara Qarayevin 100 illiyi münasibətilə konsert keçirilib
09:15
21 Noyabr
UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub
09:09
21 Noyabr
Heydər Əliyev Fondunun Nizami Gəncəvi irsini təbliğ edən daha bir layihəsi – “Yeddi gözəl” sərgisi Moskvada açılıb
09:07
21 Noyabr
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
09:04
21 Noyabr
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
19:58
20 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
17:45
20 Noyabr
“Son iclas” bədii-sənədli filmi Antalyada təqdim olundu
17:36
20 Noyabr
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
17:30
20 Noyabr
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17:18
20 Noyabr
Deputat: Azərbaycan Prezidentinin Belarusa səfəri göstərdi ki, qarşılıqlı münasibətlərin böyük perspektivləri var
17:15
20 Noyabr
Azərbaycan nümayəndə heyəti AŞPA-ya gedir
17:14
20 Noyabr
Bakıda “Mənəvi dəyərlərin təbliğində dini təhsil amili” mövzusunda konfrans keçirilib
17:01
20 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib
16:50
20 Noyabr
Kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair ictimai müzakirə keçirilib
16:49
20 Noyabr
Prezident İlham Əliyev hakimlərin və ədliyyə orqanları işçilərinin bir qrupunun təltif edilməsinə dair sərəncamlar imzalayıb
16:29
20 Noyabr
Baş nazir Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb
16:17
20 Noyabr
Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu günümüzün uğurlarının əsası olan Heydər Əliyev ideyalarının təbliğatçısıdır
16:13
20 Noyabr
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
15:44
20 Noyabr
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı davam etdirir
15:35
20 Noyabr
Operativ məlumat: Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
15:25
20 Noyabr
Belarus KİV-ləri: Azərbaycan Prezidentinin Belarusa səfəri iki ölkənin strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır
15:22
20 Noyabr
Firdovsi Umudov: Heyətdə gənclərə üstünlük verməyə çalışırıq
15:09
20 Noyabr
YAP Qubadlı rayon təşkilatında partiyanın yaranmasının 26 illiyi qeyd olunub
15:01
20 Noyabr
Hikmət Hacıyev: Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri ikitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha təsdiq etdi
14:59
20 Noyabr
Nazir Əmir Mehmud Kiyani: Pakistan Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığa hazırdır
14:45
20 Noyabr
Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçiriləcək
14:36
20 Noyabr
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
14:32
20 Noyabr
Ukraynada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş beynəlxalq müsabiqənin qalibləri müəyyənləşib
14:28
20 Noyabr
Nəcməddin Sadıkov: Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə Türkiyə ilə əməkdaşlığı genişləndirir
14:27
20 Noyabr
Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
14:24
20 Noyabr
Qarşılıqlı mədəni əlaqələr xalq diplomatiyasının ən mühüm vasitəsidir
14:21
20 Noyabr
Prezident İlham Əliyev Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib
14:16
20 Noyabr
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq
14:15
20 Noyabr
Məlahət İbrahimqızı: YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən avanqard siyasi qüvvədir
14:12
20 Noyabr
Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
14:08
20 Noyabr
Ziyafət Əsgərov: Azərbaycanın qazandığı uğurlarda Yeni Azərbaycan Partiyasının böyük rolu var
12:41
20 Noyabr
NATO PA-nın payız sessiyasında Ermənistanın işğalçılıq siyasətinin yaratdığı təhlükələrdən danışılıb
12:39
20 Noyabr
Vüsal Qasımlı Parisdə "Avrasiya həftəsi" tədbirində çıxış edib
12:07
20 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası işə başlayıb
11:59
20 Noyabr
İtaliyanın məşhur şirkəti mühəndislər komandası üçün BANM-dən 25 tələbə seçib
11:55
20 Noyabr
AZƏRTAC-ın fotomüxbirinin işləri nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb
11:50
20 Noyabr
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
11:04
20 Noyabr
Azərbaycan dövlətinin qazandığı böyük nailiyyətlərdə Yeni Azərbaycan Partiyası müstəsna rol oynayıb və bu gün də eyni missiya ilə çıxış edir
10:41
20 Noyabr
Seymur Orucov: Yeni Azərbaycan Partiyası ötən 26 ildə böyük və güclü siyasi qüvvəyə çevrilib
10:30
20 Noyabr
Azərbaycanın müdafiə naziri Türkiyənin və Gürcüstanın Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək
10:04
20 Noyabr
Nyu-Yorkda Azərbaycan İrəvanı haqqında film Amerika ictimaiyyətinə təqdim edilib
09:59
20 Noyabr
Bertrand Sorre: Fransa “Dağlıq Qarabağ hökumətini” tanımır
09:55
20 Noyabr
Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu oyunun keçirəcək
09:52
20 Noyabr
Azərbaycan Lüksemburq Beynəlxalq Bazarında təmsil olunacaq
09:48
20 Noyabr
Ümumdünya İrs Komitəsinin xüsusi işçi qrupunun ilk iclası keçirilib
09:42
20 Noyabr
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 8-ci Qlobal Forumunda təmsil olunur
09:37
20 Noyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
22:11
19 Noyabr
Minskdə ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilib
21:58
19 Noyabr
Moskvada Nəsiminin büstünün təntənəli açılış mərasimi olub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+12 +14
gecə+7 +10