Ana səhifə »  Sosial »  Azərbaycanda jurnalistikaya yüksək diqqət və qayğı göstərilir
A+   Yenilə  A-
Azərbaycanda jurnalistikaya yüksək diqqət və qayğı göstərilir

“Düşünürəm ki, “Qədim türk yazılı abidələri külliyyatı” adlı kitabı oxuculara təqdim etməyin artıq vaxtıdır”
Müsahibimiz bu günlərdə 60 illik yubileyini qeyd edən şair, tərcüməçi, publisist, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin (2006) və Azərbaycan Jurnalistlər Birliyinin (1980) üzvü Ramiz Əskərdir:
- Öncə sizi qarşıdan gələn yubileyiniz münasibəti ilə təbrik edirik. Neçə illərdir mətbuatımızda fəaliyyət göstərirsiniz. Jurnalistlərə dövlət qayğısı haqqında nə deyə bilərsiniz?
- Son illər dövlətin mətbuata ciddi dəstəyinin şahidi oluruq. Mətbuata hərtərəfli dəstək var. Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vəsitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) xətti ilə qəzetlərə maliyyə yardımları edilir, digər ayrı-ayrı dövlət qurumlarının layihələrinə mətbuat cəlb olunur, jurnalistlər çoxsaylı müsabiqələrdə iştirak edir və sair. Jurnalistlərin maaşında da artımları müşahidə edirik. Bütün bunlar müsbət haldır. Ümumiyyətlə, hazırda jurnalistikaya diqqət və qayğını çox yüksək dəyərləndirirəm. Dövlətin, hökumətin atdığı hər bir xoşməramlı addımı alqışlamaq və düzgün qiytəmləndirmək lazımdır. Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev jurnalistlər üçün yaşayış binasının inşa edilməsi üçün Prezidentin ehtiyat fondundan KİVDF-yə 5 milyon manat vəsait ayırdı. İyulun 22-də istifadəyə verilən həmin binadan ümumilikdə 156 nəfər mənzillə təmin olundu. Xoş bir haldır ki, həmin o 156 nəfərdən biri də mənəm.
- Sirr deyil ki, son illər müasir jurnalistikada bir çox yeni meyllər meydana gəlib. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı jurnalistikanın da forma və məzmunca əhəmiyyətli şəkildə dəyişməsini şərtləndirib. Bu mənada müasir Azərbaycan jurnalistikası çağdaş dünyanın şərt və tələblərinə cavab verə bilirmi?
- Texnologiyanın inkişafı, şübhəsiz ki, jurnalistikanın inkişafına əsaslı şərait yaradır. İndi gənc jurnalistlər kompüterin bir düyməsi ilə hər şeyi öyrənə bilirlər. Bu gün onlayn jurnalistika get-gedə inkişaf edir. İndi daha çox sual edirlər ki, bloggerləri jurnalist hesab etmək olar, ya yox? Əvvəla, onu deyim ki, bəlkə, bloggerlərdən də tək-tük jurnalistikayönümlü insanlar çıxa bilər. Ümumilikdə isə, bloggerliyin jurnalistika ilə eyniləşdirilməsinin əleyhinəyəm. Onsuz da istedadlı blogger zamanla daha da püxtələşəcək və onlayn jurnalistikaya keçəcək. Amma bu yüz nəfərdən birində ola, ya olmaya. Bu gün sosial şəbəkələrin, vətəndaş jurnalistikasının ümumən mətbuata təsiri var. Sosial şəbəkələr sosiallaşmaq, informasiya mübadiləsi, müzakirə və disskusiyaların aparılması baxımından çox önəmlidir. Bir zamanlar adi yazıya görə burdan Moskvaya, yaxud hansısa şəhərə getməliydik. İndi oturursan, bircə düymə ilə sanki dünya ovcunun içindədir. Bütün bunlara görə biz də dünyanın ümumi inkişaf tempi ilə ayaqlaşmaq üçün cəmiyyət olaraq öz üzərimizdə işləməli, müasirləşməliyik. Cəmiyyət inkişaf etdikdə, müasirləşdikdə jurnalistikamız da buna uyğun olaraq inkişaf edəcək.
- Bu gün Azərbaycan mətbuatında ən çox müzakirə olunan mövzulardan biri də janr problemidir. Bu məsələyə müxtəlif baxışlar və yanaşmalar var. Sizin bununla bağlı fikrinizi bilmək maraqlı olardı...
- Sovet dövründə jurnalistikada ən populyar janr oçerk idi. Oçerklərdə, adətən, Sovet zəhmətkeşləri, əmək qabaqcılları haqqında yazılırdı. Oçerk daha çox tərənnüm xarakterli olurdu. Artıq oçerk janrı zamanın tələbi ilə ölüb getməkdədir. Ümumiyyətlə, bədii-publisistik janrların əksəriyyəti Sovet dövrünün mirasıdır və artıq aktuallığını itirir. Müasir dövr jurnalistikasında xəbərlər, analitika və müsahibələr öz aktuallığını qoruyur. Sovet dövründə olduğu kimi, çağdaş mətbuatımızda da müsahibə janrı ən işlək janrlardan biridir. Jurnalist mövzuya uyğun sual verir, müsahibi isə cavablandırır. Lakin heç də qəzet səhifəsində müsahibə ilkin variantda götürüldüyü kimi təqdim olunmur. Müsahibə jurnalistin, redaktorun montajından keçir, sonra qəzet səhifəsində yer alır. Müsahibin dediklərini daha lakonik və canlı şəkildə çatdırmaq üçün bu redaktə prosesi lazımdır. Müsahibə sözünün hərfi mənası ərəbcədən tərcümədə “iki tərəfin söhbəti” deməkdir. Amma Sovet dövrü jurnalistikasında buna fakt toplama metodu və janr kimi ayrı-ayrılıqda yanaşıblar. Metodoloji mövqedə duranlar müsahibəyə fakt toplama, janr mövqeyində duranlar isə öz orijinal strukturu və formayaratma əlamətləri olan mətnin təşkili üsulu kimi baxırdılar. Bu yanaşmaların müəyyən üstün cəhətləri olsa da, əslində, vahid yaradıcılıq prosesinin süni yolla iki hissəyə parçalanması demək idi.
Hazırda Qərbi Avropa və Amerikanın jurnalistika məktəblərində müsahibəyə iki tərəf arasında gizli yarışma kimi yanaşırlar. Belə deyək ki, sanki jurnalist bütün gizli üsullarını işə salıb müsahibindən özünə lazım olan informasiyanı almağa çalışır və alır da.
- Siz müxtəlif dövrlərdə türkçülüyün, türk xalqları ədəbiyyatının tarixi ilə bağlı da araşdırmalar, maraqlı tədqiqatlarla çıxış edirsiniz. Bunların bəziləri geniş ictimaiyyətə bəllidir. Bu barədə daha ətraflı məlumat verməyinizi xahiş edirik...
- Müxtəlif vaxtlarda məşhur türk şairi və mütəfəkkiri Y.Balasağunlunun “Qutadğu bilig”i, mərhum ustadlarım Prof. Dr. F.Sümərin “Oğuzlar” və Prof. Dr. B.Ögəlin “Türk mifologiyası” kimi türkologiyanın əsas və ölməz əsərlərini Azərbaycan dilinə tərcümə etmişəm.
2003-cü ildə nəşr edilən “Qutadğu bilig” adlı monoqrafiyamdan sonra işıq üzü görən Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” kitabı həm həcm, həm məzmun, həm də yazılma tarixi etibarilə türkologiyanın ən böyük, ən qiymətli, ən qədim əsəridir. Türk dünyasının bu möhtəşəm abidəsinin, gec də olsa, Azərbaycan dilinə tərcüməsi və nəşri, filologiyamızın elmi dövriyyəsinə daxil edilməsi, tədqiqatçılara, geniş ziyalı və oxucu kütləsinə çatdırılması ölkəmizin elmi-mədəni həyatında mühüm hadisədir.
Bu nadir lüğət-ensiklopediya sayəsində qədim yazılı abidələrimizin daha düzgün oxunması və anlaşılması, milli mədəniyyətimizin bir çox mühüm cəhətlərinin daha yaxşı öyrənilməsi və qavranılması mümkün olacaq. “Divanü lüğat-it-türk” min il bundan əvvəlki dilimizin, tarix və mədəniyyətimizin ən dəyərli, ən başlıca mənbəyi kimi elmimizdə tamamilə yeni üfüqlər və istiqamətlər açmağa, daha geniş, daha əhatəli və daha dərin araşdırmalar aparmağa kömək edəcək. Mən buna inanıram. Daha sonra Abdulla Tukayın “Millətim” və “Seçilmiş əsərləri”, Mehri Xatunun “Divan”, Zəhirəddin Məhəmməd Baburun “Baburnamə”, Qurbanqulu Berdimühəmmədovun “Axaltəkə atı - iftixarımız və şöhrətimiz”, “Türkmən şeiri antologiyası”, Abdulla Şahbəndənin “Seçilmiş əsərləri”, “Türkmən müəmmaları, deyişmələri və vücudnamələri”, “Monqolların gizli tarixi”, Əli Ağbaşın “Seçilmiş şeirləri”, Bəkir Çobanzadənin “Seçilmiş şeirləri” və “Seçilmiş bədii əsərləri” kitablarını tərcümə edib nəşr etdirmişəm.
- İstərdik, ənənəvi bir sualla söhbətimizi yekunlaşdıraq. Artıq 2013-cü il də geridə qaldı. Siz ötən ili öz yaradıcılığınızda hansı nailiyyətlərlə yola saldınız və yaxın perspektivdə hansı işləri planlaşdırırsınız?
- 2013 - cü ildə Rusiya Federasiyasının Tuva Muxtar Respublikasının Qızıl şəhərində Əski türk runik abidələrinə həsr olunmuş beynəlxalq konfransda və Qazaxıstan Respublikasının Astana şəhərində Çingiz Aytmatovun 85 illiyinə həsr olunmuş beynəlxalq konfranslarda iştirak etdim. Böyük bir filoloji, elmi və pedaqoji boşluğu doldurmaq üçün ötən il Monqolustana gedib “Orxon abidələri” adlı irihəcmli bir kitab yazmışdım. Bu il isə “Yenisey abidələri” adlı kitabıma material toplamaq məqsədilə iki dəfə Cənubi Sibirə səfər etdim. Bunlardan birini Bakı Dövlət Universiteti maliyyələşdirdi. İkinci səfərimi öz vəsaitim hesabına gerçəkləşdirdim. Cənubi Sibirdə yerləşən üç türk respublikasında, yəni Tuva, Xakasiya və Dağlıq Altayda 300-ə yaxın qədim türk runik abidəsi var. Onların təxminən yarısı Qızıl, Abakan, Minusinsk, Qorno-Altaysk, Barnaul və Krasnoyarsk muzeylərində, bir o qədəri də ilkin qoyulduqları yerlərdə, əsasən də dağlıq bölgələrdədir. Bu dəfə mən Qızıl, Abakan və Minusinsk muzeylərində qorunan abidələri tədqiq etdim, onların parametrlərini çıxardım, fotoşəkillərini çəkdim. Səfər çərçivəsində Tuvanın paytaxtı Qızıl şəhərində türk runik abidələrinə həsr olunmuş beynəlxalq konfransa qatıldım və orada “Orxon-Yenisey abidələrinin Azərbaycanda tədqiqi” mövzusunda məruzə ilə çıxış etdim. Düşünürəm ki, “Qədim türk yazılı abidələri külliyyatı” adlı kitabı oxuculara təqdim etməyin artıq vaxtıdır. Buraya Altay, Tuva, Xakasiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Şərqi Türküstan, Monqolustan, Şimali Qafqaz, Avropa, Tibet və Azərbaycanda aşkar edilmiş 600-dən artıq abidə daxil ediləcək. Hər abidəyə orta hesabla 2 səhifə ayırsaq, kitabın həcmi 1200 səhifə və ya 75 çap vərəqi olacaq.
Kitabda minlərə ağ-qara və rəngli şəkildən, fotodan, rəsmdən, xəritədən, qrafikdən, sxemdən və s. istifadə olunacaq. Bu kitab elmi-tədqiqat işlərinə böyük təkan verəcək, hər yöndən dahi dilçi Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri qədər faydalı olacaqdır. Tədqiqatçılara diaxron araşdırmalar sahəsində misilsiz xeyir verəcək. Ondan humanitar elmlər sahəsində çalışan hər kəs istifadə edə biləcək, tarixi aspektdə yazılan hər şey üçün ona müraciət olunacaq, o, ən etibarlı mənbəyə və masaüstü kitaba çevriləcək.
- Sonda sizi bir daha yubileyiniz münasibəti ilə təbrik edir və maraqlı müsahibəyə görə təşəkkür edirik.
- Mən də göstərdiyiniz diqqətə görə sizə minnətdarlığımı bildirirəm. Çox sağ olun!
OKTAY

 
  • Oxunub:  22380  |  
  • Tarix:  10-01-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün lazım olan bütün tədbirlər görülür

20 Noyabr 21:04
Ankarada Azərbaycan diplomatik xidmət orqanlarının yaradılmasının 100 illiyi münasibətilə konfrans keçirilib
20 Noyabr 20:56
Səfir: AZƏRTAC və Hindistanın xəbər agentlikləri arasında əlaqələrin genişlənməsini dəstəkləməyə hazırıq
20 Noyabr 20:54
Kiyevdə Azərbaycanın GUAM-a sədrliyi dövründəki prioritetləri müzakirə edilib
20 Noyabr 20:39
UNESKO-nun komissiya iclasında “Böyük İpək Yolu” proqramında Azərbaycanın rolundan danışılıb
20 Noyabr 20:18
Azərbaycan Texniki Universitetində YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd olunub
20 Noyabr 20:11
Qarabağ müharibəsi veteranına “Azərbaycan Bayrağı” ordeni təqdim olunub
20 Noyabr 20:06
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib
20 Noyabr 20:02
UEFA “Avro-2020”nin püşkatma səbətlərinin tərkibini təsdiq edib
20 Noyabr 19:57
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə gəlib
20 Noyabr 17:55
Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü münasibəti ilə Pirallahı rayonunda tədbir keçirilib
20 Noyabr 17:35
AGF 2020-ci ildə Bakıda keçiriləcək beynəlxalq yarışların təşkili üçün könüllülərin qeydiyyatını elan edir
20 Noyabr 17:31
QMİ sədri: Erməni dini liderləri razılaşmalara əməl etmir
20 Noyabr 17:04
Yeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi münasibəti ilə YAP Hacıqabul rayon təşkilatında tədbir keçirildi
20 Noyabr 17:00
Yeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi ilə bağlı YAP Laçın rayon təşkilatı Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində tədbir keçirmişdir
20 Noyabr 16:58
YAP Yevlax rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27 ci ildönümünə həsr edilmiş tədbir keçirib
20 Noyabr 16:55
Naqif Həmzəyev: 27 ildə YAP-ın uğurları, qələbələri hər kəsin gözü önündə olub
20 Noyabr 16:53
Ülvi Mehdiyev: ASAN Beynəlxalq Assosiasiyasının Nizamnaməsi hazırlanıb və təsisçi ölkələrə göndərilib
20 Noyabr 16:48
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibəti ilə YAP Qaradağ rayon təşkilatı tədbir keçirib
20 Noyabr 16:45
Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü ilə bağlı Saatlı rayonunda tədbir keçirildi
20 Noyabr 16:32
Vətəndaşlar 24 saat ərzində istədiyi şəxslərə avtomobil idarə edilməsinə dair etibarnamə verə biləcək
20 Noyabr 16:27
Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müstəqillik tarixinin mühüm səhifəsidir
20 Noyabr 16:23
Məhəbbət İbrahimova: Yeni Azərbaycan Partiyası siyasi palitramızın ən güclü təşkilatıdır
20 Noyabr 16:22
Malik Həsənov: Azərbaycanda həyata keçirilən islahatlar beynəlxalq miyasda yüksək qiymətləndirilir
20 Noyabr 16:14
Sabunçuda yolların, su təchizatı və kanalizasiya sistemlərinin qurulması üçün vəsait ayrılıb
20 Noyabr 16:12
Eldəniz Səlimov: Yeni Azərbaycan Partiyası ötən 27 ildə böyük inkişaf yolu keçmiş partiyadır
20 Noyabr 16:10
Eldar İbrahimov: Bu gün ölkənin siyasi həyatında Yeni Azərbaycan Partiyası qədər geniş sosial bazaya malik, siyasi proseslərə həlledici təsir imkanı olan ikinci bir partiya yoxdur
20 Noyabr 15:57
Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan Prezidentinin fəaliyyəti barədə ictimai rəyi araşdırıb
20 Noyabr 15:39
Energetika naziri Pərviz Şahbazov ABŞ-a səfər edib
20 Noyabr 15:37
Azərbaycanla Çinin nümayəndə heyətlərinin danışıqlarının yekunlarına dair Protokol imzalanıb
20 Noyabr 15:30
İqtisadi fəal əhalinin sayı 5 milyon 196,9 min nəfər olub
20 Noyabr 15:24
Azərbaycan Milli Elmlər Akademiyası İctimai və Humanitar Elmlər Bölməsinın Mətbuat xidmətinin məlumatı
20 Noyabr 15:09
Doqquz ayda ölkədə 20,2 milyard kubmetr əmtəəlik təbii qaz ehtiyatı olub
20 Noyabr 14:51
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi regionlarda vətəndaşları qəbul edib
20 Noyabr 14:49
Elçin Əhmədov: Ermənistanın faşist ideologiyası, etnik təmizləmə və dövlət terrorizmi siyasəti
20 Noyabr 14:31
Operativ məlumat: pambıq qəbulu məntəqələrinə 288 min tona yaxın məhsul təhvil verilib
20 Noyabr 14:26
Parisə səfəri çərçivəsində Azərbaycanın Mədəniyyət naziri bir sıra ölkələrdən olan həmkarları ilə görüşüb
20 Noyabr 14:23
“Əhməd bəy Ağaoğlu – XX əsr görkəmli Azərbaycan mütəfəkkiri” mövzusunda elmi konfrans keçirilib
20 Noyabr 14:08
Azərbaycanda əhalinin sayı 63 min 9 nəfər artaraq 10 milyon 44 min 466 nəfərə çatıb
20 Noyabr 14:03
Qubada altı kənddə 1000 yaxın abonentə ilk dəfə “mavi yanacağ”ın verilməsinə başlanılıb
20 Noyabr 14:02
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
20 Noyabr 13:54
Yeni Azərbaycan Partiyası niyə və necə yarandı?
20 Noyabr 13:42
Moskvada MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin iclası keçirilir
20 Noyabr 13:27
Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük fenomendir
20 Noyabr 13:11
On ayda dəmir yolu ilə 3 milyon sərnişin daşınıb
20 Noyabr 13:08
Almaniya məhkəməsindən azərbaycanlı mühacir alverçiləri barədə ŞOK FAKTLAR
20 Noyabr 13:05
Yeni Azərbaycan Partiyası monolit siyasi qüvvədir
20 Noyabr 12:41
Azərbaycanın İqtisadiyyat naziri MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının sədri seçilib
20 Noyabr 12:09
Bahar Muradova: 2020-ci ilin büdcə paketinə daxil olan sənədlər qarşıya qoyulan vəzifələrin həyata keçirilməsini təmin edəcək
20 Noyabr 12:02
“Jewish Journal” azərbaycanlı məcburi köçkünlərin Los-Ancelesə səfəri barədə məqalə dərc edib
20 Noyabr 11:51
Sofiyada QDİƏT Parlament Məclisinin iclasları keçirilir
20 Noyabr 11:37
Müdafiə Təhsilinin Genişlənməsi Proqramı çərçivəsində işçi görüşlər keçirilib
20 Noyabr 11:29
MSK aşağı seçki komissiyaları üçün treninqlərə başlayıb
20 Noyabr 11:15
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində YAP-ın 27 illiyi ilə bağlı tədbir keçirilib
20 Noyabr 11:13
Şəkidə Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyası çöl tədqiqatları aparıb
20 Noyabr 11:09
“Emerging Europe” Azərbaycanda iqtisadi islahatlar modeli barədə yazıb
20 Noyabr 11:03
İsmayıllıda 2 yol layihəsinin icrası yekunlaşıb
20 Noyabr 10:59
Əli Əhmədov: Ötən illər Heydər Əliyevin bir çox ideyaları kimi, Yeni Azərbaycan Partiyasının gələcəyin partiyası olacağı haqqında fikirlərinin də böyük uzaqgörənlik nümunəsi olduğunu sübuta yetirib
20 Noyabr 10:54
Akademik Ramiz Mehdiyev Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüşüb
20 Noyabr 10:41
Bakı Fotoqrafiya Evində “Bakı Foto” müsabiqəsinin qalibləri mükafatlandırılacaq
20 Noyabr 10:37
Milli Məclisin komitələrinin birgə iclasında 2020-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam etdirilir
20 Noyabr 10:31
Parisdə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi təntənəli şəkildə qeyd olunub
20 Noyabr 10:29
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
20 Noyabr 10:19
IDEA İctimai Birliyi tərəfindən Bakıda tutuquşular məskunlaşdırılır
20 Noyabr 10:18
Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün lazım olan bütün tədbirlər görülür
20 Noyabr 10:15
Tolerantlıq və multikulturalizm məkanı olan Azərbaycan dünyada dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfələr verir
20 Noyabr 10:13
Milli Məclisin plenar iclası keçirilib
20 Noyabr 10:11
Siyavuş Novruzov: Məhkəmə qərarlarının icrası ilə bağlı yeni mexanizm işlənib hazırlanmalıdır
20 Noyabr 10:10
Dünya dini liderlərinin 2-ci Bakı Sammiti birgəyaşayışın və multikultural modelin parlaq nümayişi üçün növbəti imkan oldu
20 Noyabr 10:06
Abşeronda YAP-ın yaranmasının 27-ci ildönümü münasibəti ilə tədbir keçirilib
20 Noyabr 10:05
Rafael Hüseynov: “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis olunması son dərəcə əlamətdar bir hadisədir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA