Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ölkədə aparılan abadlıq-quruculuq işlərindən Bibiheybət qəsəbəsinə də pay düşüb

Ölkədə aparılan abadlıq-quruculuq işlərindən Bibiheybət qəsəbəsinə də pay düşüb

14.01.2014 [09:00]

Səbail rayonu İcra Hakimiyyəti Bibiheybət qəsəbə nümayəndəliyində 2013-cü ilin yekunları müzakirə edilib


Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğı nəticəsində Səbail rayonunda, həmçinin şəhərimizin ən qədim yaşayış məntəqələrindən olan Bibiheybət qəsəbəsində bir sıra işlər həyata keçirilib. Bu fikirlər dünən Səbail rayon İcra Hakimiyyəti rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon və Bibiheybət qəsəbəsi ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasda bəyan edilib.
2013-cü ildə görülmüş işlərin müzakirə olunduğu və növbəti il üçün konkret tədbirlərin müəyyənləşdirildiyi tədbiri giriş sözü ilə Səbail rayon İcra Hakimiyyəti başçısının Bibiheybət qəsəbəsi üzrə nümayəndəsi açaraq, qəsəbədə görülmüş işlər barədə ətraflı məlumat verib.
Sonra çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Prezident İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Bibiheybət qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışıb. A.Əsgərov 2013-cü ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə də geniş məlumat verib. Qeyd edilib ki, ölkə başçısının tapşırıqlarına əsasən hazırda Bakı Bulvarının Bibiheybət qəsəbəsinə kimi uzadılması işləri həyata keçirilir.
A.Əsgərov onu da bidirib ki, il ərzində digər məhəllələr də abadlaşdırılacaq, qəsəbədaxili yolların təmiri, qəsəbənin su və kanalizasiya sisteminin yenidən qurulması, qəsəbədaxili küçələrin asfaltlaşdırılması və işaqlandırılması ilə bağlı tədbirlər görüləcək.
Tədbirin sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb.

Paylaş:
Baxılıb: 1084 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30