Ana səhifə »  Sosial »  Mənzillərin qiyməti bir qədər də ucuzlaşacaq
A+   Yenilə  A-
Mənzillərin qiyməti bir qədər də ucuzlaşacaq
Tikinti materiallarının ucuzlaşması daşınmaz əmlak bazarında qiymətlərin də aşağı düşməsinə səbəb olub
Dünya bazarında baş verən böhran nəticəsində Avropanın və Asiyanın aparıcı şirkətlərinə məxsus sənaye, maşınqayırma, metallurgiya və real sektorun digər sahələrində istehsal məhsullarının qiymətlərinin ucuzlaşması ümumilikdə bir çox qeyri-ərzaq mallarının qiymətlərinə öz təsirini göstərib. Bu tendensiya bilavasitə əsas inşaat məhsullarının və tikinti-quraşdırma bölməsində istifadə edilən dövriyyə vəsaitlərinin də dəyərinə təsirini göstərməkdədir. Rusiya, Ukrayna və Belarusda bir sıra tikinti şirkətləri əhaliyə təklif etdikləri qiymətləri aşağı salmağa başlayıb. Yeni bağlanan müqavilələrdə, eləcə də, investisiya layihələrində inşaat ilə bağlı sifarişlərdə mənzillərin satış qiymətləri azaldılmaqdadır.
Bu tendensiya ölkəmizin mənzil bazarına da təsir göstərib və bir çox tikinti şirkətləri mənzillərin qiymətlərini 5-10 faiz nisbətində aşağı salıb. Eləcə də, torpaq sahələri üzrə qiymət enməsi müşayiət olunmaqdadır. ümumilikdə, köhnə və yeni tikilən binalardakı mənzillərin ucuzlaşması Azərbaycanın daşınmaz əmlak bazarında tələbin azalmasına gətirib çıxarıb. Bu vəziyyət vətəndaşlarda çoxsaylı sualların meydana çıxmasına səbəb olur və onlar daşınmaz əmlakın ucuzlaşmasının səbəblərini öyrənməyə çalışırlar. Bəzi şəxslər vətəndaşlarda belə təəssürat yaratmağa çalışır ki, guya tikinti şirkətlərinə sifariş verən yoxdur və ona görə də, tikintinin miqyası azalıb.
Əslində isə mənzil bazarında qiymətlərin aşağı düşməsini tikinti şirkətlərinin sifarişlərinin azalması ilə əlaqələndirmək düzgün deyil. Hətta bir çox ekspertlər tikintidə durğunluq yaranması barədə düzgün olmayan fikirlər səsləndirməyə çalışırlar. Guya ki, tikinti şirkətləri fəaliyyətini dayandırıb, inşaat-təmir işlərində fasilə yaranıb və yaxud tikinti sektoru böhranla üzləşib. Əslində, bu cür məlumatlar reallıqdan uzaq olmaqla yanaşı, nüfuzlu tikinti şirkətlərinin işgüzar imicinə qarşı hörmətsizlikdir. Real mənzərə isə göz qabağındadır, paytaxtın hər bir guşəsində əvvəlki qaydada olduğu kimi inşaat işləri davam etdirilir. Azərbaycanda mənzillərə ehtiyac həmişə yüksək olub və bu sahə əhalinin ən çox tələbi ilə müşahidə olunan sektor kimi diqqəti cəlb edir. Yəni, mənzilə ehtiyacı olan vətəndaşların sayı real təklif olunan mənzillərin sayından bir neçə dəfə çoxdur. Hazırda vətəndaşların illik mənzilə ehtiyacı təxminən 4-5 milyon kv.metr təşkil edir. İl ərzində istifadəyə verilən mənzil fondunun ümumi sahəsi isə təxminən 1 milyon 500 min kvadratmerə yaxındır. ötən il istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 1 milyon 560 min kvadratmetr təşkil edib. Bu rəqəm son 30 ildə Azərbaycanın tikinti bölməsində rekord göstərici sayılır. Halbuki, 1970-80-ci illərdə Azərbaycanda tikinti-inşaat sektorunun pik dövründə istifadəyə verilən mənzil fondu 1 milyon 200 min kv.metrdən çox deyildi. Demək il ərzində ən yüksək göstərici ilə nəticələnən mənzil fondu qeydə alınsa belə bu, vətəndaşların mənzilə olan ehtiyacının 20-25 faizini güclə ödəyir. Bu faktor bir daha təsdiq edir ki, tikinti bölməsi ən çox ehtiyac duyulan sahədir və bu bölmədə işlərin daha da inkişafı vacibdir, elə buna görə də, qiymətlərin aşağı düşməsini inşaat işlərinin azalması ilə əlaqələndirmək düzgün olmazdı.
Qiymətlərin ucuzlaşmasında təbii ki, real bazar qanunauyğunluqları əsas rol oynayır. Qeyd etdiymiz kimi ki, son üç ayda bütün dövlətlərdə sənaye malları ucuzlaşıb. Bu, sözsüz ki, tikinti materiallarının da ucuzlaşmasına səbəb olub. Məsələn, son aylarda xaricdən ölkəmizə gətirilən tikinti materiallarının əksəriyyəti ucuzlaşıb. Noyabr ayında 36 adda və 82 çeşiddə tikinti materiallarının ucuzlaşması qeydə alınıb. ötən ay oktyabr ayı ilə müqayisədə həmin mallar 26 faizdən çox ucuzlaşıb. Tikintidə ən çox istifadə olunan armaturun qiymətin 40 faiz aşağı düşüb. Eləcə də, taxta, şifer, daş, kərpic, dəmir təbəqələr, laminat-parket və digər tikinti materialları ucuzlaşıb. Bu isə təbii ki, tikintinin maya dəyərinə təsir göstərib. ötən illə müqayisədə hər mənzilin kv.metrinin maya dəyəri təxminən 15-20 faiz ucuzlaşıb. Nəticədə bu amili nəzərə alan ölkəmizdəki tikinti şirkətləri mənzillərin dəyərini 10-15 faiz aşağı salıb.
Tikinti bölməsində qiymətlərin ucuzlaşmasına səbəb olan başlıca amillərdən biri mənzil bazarında vətəndaşların nağd pul vəsaitləri ilə bərabər, əsas satış vasitələri kimi təklif olunan qiymətli kağızların və digər maliyyə alətlərinə ehtiyatla yanaşmasıdır. Məlum olduğu kimi, dünyada mənzil bazarında ən çox istifadə olunan və mənzillərə təklifin strukturunda əsas yer tutan amillərdən biri qiymətli kağızlardan istifadədir. Məsələn, bəzi tikinti şirkətləri mənzil sertifikatları, istiqrazları ilə ev satışını həyata keçirir. Doğrudur, bu metod respublikamızın mənzil bazarında çox aktiv vasitələrdən hesab olunmur, amma son illərdə sertifikatlarla mənzil satışı da xeyli çoxalıb. Dünyada baş verən proseslər, qiymətli kağızların ucuzlaşması vətəndaşlarda müəyyən tərəddüdlərə səbəb olduğundan onlar sertifikatlarla mənzil almağa ehtiyat edirlər. Yəni, bu amil də ümumilikdə mənzil bazarında satış imkanlarına təsir edib və qiymətlərin aşağı düşməsində az da olsa rol oynayıb.
Mənzil bazarında qiymətlərə təsir göstərən faktorlardan biri də tikintidə kreditləşmənin miqyasının əvvəlki aylarla nisbətdə azalmasıdır. Məlum olduğu kimi, tikinti şirkətləri sifarişləri əsasən vətəndaşlardan kredit yolu ilə cəlb olunan vəsaitlər, bank kreditləri və öz mənfəətləri ilə yerinə yetirirlər. Son dövrlərdə tikinti şirkətləri evləri daha çox vətəndaşlardan cəlb olunmuş pullar hesabına tikirdi. Hazırda bankların kreditlərin verilməsində qaydaları sərtləşdirməsi müəyyən dərəcədə tikinti bölməsinə yönələn vəsaitlərdə də özünü göstərir. Belə vəziyyətdə şirkətlər həm kredit yolu ilə verilən, həm də nağd satılan mənzillərin qiymətini aşağı salıb.
ELBRUS CƏFƏRLİ

 
  • Oxunub:  21870  |  
  • Tarix:  17-12-2008  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır

16 İyul 09:53
Türkiyə parlamentində 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar xüsusi iclas keçirilib
16 İyul 09:51
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başlayıb
16 İyul 09:46
“Harda Azərbaycan adı eşitsək, dərhal Heydər Əliyev yada düşür”
16 İyul 09:44
YAP Gənclər Birliyinin Oğuz rayonunda təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu başlayıb
16 İyul 09:43
YAP-ın təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu start götürüb
16 İyul 09:42
YAP Gənclər Birliyinin Oğuz rayonunda təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri” layihəsinin ikinci turu gənclərdə xoş təəssürat yaradıb
16 İyul 09:39
“Yay məktəbləri” layihəsi çərçivəsində Azərbaycan gəncliyi özünü bir daha sübut etmək, malik olduğu keyfiyyətləri üzə çıxarmaq imkanı əldə edir
16 İyul 09:38
Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri Azərbaycanın dünyada tolerant ölkə kimi tanınmasına töhfə verir
16 İyul 09:33
Prezident İlham Əliyev: Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır
16 İyul 09:30
Türkiyədə Azərbaycan dilində olan xəbər portalı fəaliyyətə başlayıb
15 İyul 21:17
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
15 İyul 21:13
Diaspor gəncləri ilə görüş olub
15 İyul 21:01
SOCAR-ın “ENOC” şirkəti ilə müxtəlif layihələrə sərmayə yatırımları imkanları müzakirə olunub
15 İyul 21:00
Gürcüstan DİN ölkə ictimaiyyətinə müraciət edib
15 İyul 20:58
Pakistan Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafında maraqlıdır
15 İyul 20:56
Səudiyyə Ərəbistanı ilə ədliyyə sahəsində Əməkdaşlıq Proqramı imzalanıb
15 İyul 20:53
Təhsil Nazirliyində Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir keçirilib
15 İyul 20:52
Azərbaycan-Gürcüstan-Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşü uğurlu platformadır
15 İyul 20:47
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib
15 İyul 20:45
Polis Akademiyasında ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
15 İyul 20:41
“Qarabağ” – “Partizani” görüşünü moldovalı hakimlər briqadası idarə edəcək
15 İyul 20:35
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın aktual aspektləri Tuskun səfəri fonunda
15 İyul 20:32
Voleybol üzrə qadınlardan ibarət milli komandamız ölkə xaricində təlim-məşq toplanışını davam etdirir
15 İyul 17:45
Şamaxı Astrofizika Rəsədxanası kosmik hava proqnozunu açıqlayıb
15 İyul 17:41
Silahlı Qüvvələrin Hərbi Akademiyasında ingilis dili kursunun buraxılış mərasimi olub
15 İyul 17:28
"Gənc liderlər üçün yay məktəbləri”nin Oğuz turu uğurla davam edir
15 İyul 17:25
Azərbaycan və İsrail arasında innovasiya layihələri sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
15 İyul 17:23
Xarici İşlər Nazirliyi ADA Universiteti ilə birlikdə “Azərbaycan diplomatiyası–100 il” adlı diplomatiya həftəsi təşkil edib
15 İyul 17:12
DSX: Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib
15 İyul 17:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Anlaşma Memorandumu imzalayıb
15 İyul 17:08
Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunlar orta rəis heyəti vəzifələrinə təyin olunublar
15 İyul 17:02
Azərbaycan ilə Əfqanıstan arasında ali təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
15 İyul 16:59
Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
15 İyul 16:40
Lerikdə “Heydər Əliyev gənclərin düşüncəsində – 50 il” mövzusunda müzakirə aparılıb
15 İyul 16:31
Zviad Dzidziguri: Gürcüstan-Azərbaycan parlamentlərarası münasibətləri yüksək səviyyədədir
15 İyul 16:27
Sabirabadda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
15 İyul 16:26
Magistr təhsili almaq üçün qəbul olunanlar Qida Təhlükəziliyi Agentliyinə müsahibəyə dəvət edilirlər
15 İyul 16:18
Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli iclası keçirilir
15 İyul 16:06
Şəkinin “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi Xan Sarayı istisna olmaqla turistlərin üzünə tam açıqdır
15 İyul 15:52
“Beynəlxalq əmək standartları” mövzusunda konfrans keçirilir
15 İyul 15:29
Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiqlənib
15 İyul 15:20
Rektor yüksək nəticə göstərmiş məzunlarla görüşüb
15 İyul 15:05
Rusiya-Azərbaycan: Sənaye kooperasiyası genişlənir
15 İyul 14:58
Lerikdə gənclərin sosial şəbəkə təlimi
15 İyul 14:56
Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
15 İyul 14:54
Azərbaycanda səhralaşma problemi müzakirə olunub
15 İyul 14:46
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
15 İyul 14:12
“Visa” ölkəmizin işğal olunmuş ərazilərində fəaliyyətini tam dayandırıb
15 İyul 14:02
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi vətəndaşlara müraciət edib
15 İyul 13:49
Dövlət Turizm Agentliyi: Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaq
15 İyul 13:46
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başlayıb
15 İyul 13:42
İyulun 16-da hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq
15 İyul 13:37
Baş Prokurorluq: Şəki Xan Sarayının həyətindəki ağacın budaqlarının qırılmasına əlverişsiz hava şəraiti səbəb olub
15 İyul 13:10
YAP gənclər arasındakı ünsiyyəti və əlaqələri möhkəmləndirən yeganə siyasi təşkilatdır
15 İyul 12:45
Ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planları təsdiq edilib
15 İyul 12:25
Sumqayıtda Aprel şəhidləri Raquf Orucov və Seymur Baxışovun xatirəsi anılıb
15 İyul 12:17
Füzulililər ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini minnətdarlıq hissi ilə anıblar
15 İyul 12:06
Azərbaycandan 102 ölkəyə məhsul ixrac olunub, 163 ölkədən isə idxal edilib
15 İyul 11:57
Altı ayda Azərbaycanda ÜDM 2,4 faiz artıb
15 İyul 11:56
BMT İnkişaf Proqramı KOBİA ilə birgə layihələrin reallaşdırılmasında maraqlıdır
15 İyul 11:52
Ulu Öndərin respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
15 İyul 11:43
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət
15 İyul 11:32
Azərbaycan nümayəndə heyəti Vaşinqtonda keçiriləcək konfransda iştirak edəcək
15 İyul 11:30
İbtidai sinif müəllimi olmaq istəyən namizədlər imtahan verirlər
15 İyul 11:27
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Ulu Öndərin və şəhidlərin xatirəsini anıblar
15 İyul 11:12
Azərbaycan atleti Serbiyada keçirilən Balkan çempionatında gümüş medal qazanıb
15 İyul 10:54
Gənc liderlər üçün yay məktəblərinin II Lerik turunun iştirakçıları yola salınıb
15 İyul 10:45
Səhiyyə Nazirliyi Şəkidə baş verən hadisə ilə bağlı xəsarət alanların son vəziyyəti barədə açıqlama verib
15 İyul 10:38
Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub
15 İyul 10:08
Milli Dram Teatrı mövsümü “Qarabağnamə” ilə bağlayıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+29 +33
gecə+21 +24