Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyi tədbir keçirib

Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyi tədbir keçirib

08.02.2014 [15:39]

Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə “Qala kəndində uşaqların arxeoloji istirahət düşərgəsinin təşkili və mədəni irsimizin öyrənilməsi, gənclərimizdə maddi, mənəvi sərvətlərimizə sevginin aşılanması” mövzusunda layihə həyata keçirib. Layihənin məqsədi uşaqların düşərgəyə cəlb edilməsinə təşviq edilməsi, uşaqların düşərgədə iştirakını artırmaqla, onların fiziki və əqli inkişaflarına töhfə vermək, uşaqların maddi, mədəni irsimizin öyrənməsinə yardım etmək və onların gələcəkdə sənət seçmələrinə önəm verməkdir.
Sözügedən layihə Xəzər rayonunun Qala kəndindəki muzeydə həyata keçirilib. Bu da təsadüfi deyil. Belə ki, Qala kəndi Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Burada 3000 illik yaşı olan arxeoloji qazıntılar tapılıb. Və düşərgədə gənclərin dulusçuluq, xalçaçılıq sənətləri ilə tanış olmaq, həmçinin, onların arxeoloji işlərin aparılmasında iştirakını təmin etmək üçün gözəl məkandır.
Məlumat üçün onu da bildirək ki, düşərgəyə Xəzər rayonunun 2 saylı internat məktəbində təhsil alan 200 şagird, həmçinin, aztəminatlı ailələrdən olan idmançı uşaqlar cəlb edilib.
Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyinin sədri Bəxtimşah Tağıyeva bu tipli layihələrin uşaqların həyatında dərin iz buraxdığını və gələcəkdə davamlı olacağını söyləyib. Onun sözlərinə görə, belə layihələrin həyata keçirilməsi öz növbəsində təşkilatın təcrübəsini daha da artırır.
Bəxtimşah Tağıyeva onu da deyib ki, təşkilat artıq bir neçə ildir bu tipli layihələri həyata keçirir: “Bu düşərgədə Azərbaycanın gələcəyi olan istedadlı uşaq və gənclər üçün mədəni istirahət şəraiti yaradılmışdır. Həmçinin, onlar istirahətlə yanaşı müxtəlif səviyyələrdə biliklərini artırırdılar. İnanırıq ki, uşaqlar gələcəkdə öz bilik və bacarıqlarını digər uşaqlarla da bölüşəcəklər. Çalışacağıq ki, belə maraqlı layihələri davam etdirək”.

Paylaş:
Baxılıb: 1066 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30