Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yunanıstan və Serbiyanın Azərbaycandakı səfirləri Bakı Ali Neft Məktəbində olublar

Yunanıstan və Serbiyanın Azərbaycandakı səfirləri Bakı Ali Neft Məktəbində olublar

14.02.2014 [09:15]

Bakı Ali Neft Məktəbində (BANM) Yunanıstanın və Serbiyanın Azərbaycandakı səfirləri Dimitrios Tsounqas və Zoran Vayoviç ilə görüş keçirilib.
BANM-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, rektor Elmar Qasımov qonaqlara məktəbin yaranma tarixi, tədrisin təşkili prosesi və beynəlxalq əməkdaşlığın prioritet istiqamətləri haqqında ətraflı məlumat verib.
Bildirilib ki, yeni fəaliyyətə başlamasına baxmayaraq, məktəb əldə etdiyi yüksək nailiyyətlərə görə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən tərtib edilən 2012 və 2013-cü illərin ali təhsil müəssisələrinin reytinq cədvəlində birinci yeri qazanıb və ali məktəblər arasında lider olub. Rektor vurğulayıb ki, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin tərkib hissəsi olaraq Yunanıstan və Serbiyada fəaliyyət göstərən aparıcı ali təhsil ocaqları ilə BANM arasında əlaqələrin qurulması məqsədəmüvafiqdir.
Yunanıstan Respublikasının Azərbaycandakı səfiri Dimitrios Tsounqas Azərbaycanla əlaqələrin Yunanıstan üçün prioritet istiqamətlərdən biri olduğunu, xüsusilə təhsil və elm sahələrində qarşılıqlı əməkdaşlığın hər iki ölkə üçün arzuolunan və faydalı ola biləcəyini vurğulayıb.
Serbiya Respublikasının Azərbaycandakı səfiri Zoran Vayoviç Azərbaycanda aparılan strateji islahatları və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin həyata keçirdiyi beynəlxalq layihələri yüksək qiymətləndirib. Vurğulayıb ki, Azərbaycanda neft-qaz sənayesi inkişaf etməkdədir. Bu baxımdan Azərbaycanda müasir standartlara cavab verən belə bir ali təhsil müəssisəsinin yaradılması olduqca zəruridir.
Görüşdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Qonaqlara BANM-nin “Fəxri qonaq” diplomu verilib.

Paylaş:
Baxılıb: 1677 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30