Ana səhifə »  Sosial »  Azərbaycan Milli Elmlər Akademiyasının Gəncədə səyyar iclası keçirilib
A+   Yenilə  A-
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncədə səyyar iclası keçirilib

Gəncədəki Heydər Əliyev Mərkəzinin iclas salonunda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) səyyar iclası keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə AMEA-nın rəyasət heyətinin üzvləri Ümummilli lider Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
İclası giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb.
Gəncə şəhər İcra Hakimiyyətinin  başçısı Elmar Vəliyev tədbirdə çıxış edərək belə bir mötəbər qurumun səyyar iclasının Gəncədə keçirilməsini əlamətdar hadisə adlandırıb, AMEA-nın prezidentinə, eləcə də onun rəyasət heyətinin üzvlərinə minnətdarlığını bildirib. O, son illər Gəncədə aparılan abadlıq və yenidənqurma işlərindən, eləcə də elm və təhsilin inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, dövlətimizin başçısının diqqət və qayğısı sayəsində Gəncənin nəinki sosial-iqtisadi, həmçinin elmi potensialının da gücləndirilməsi istiqamətində müsbət addımlar atılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə AMEA-nın Gəncə Elmi Mərkəzi Bölməyə çevrilib, 7 elmi-tədqiqat institutunun yaradılması barədə Fərman imzalanıb.
Sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan elmində qazanılan uğurlardan danışaraq qeyd edib ki, bu gün respublikamızın bütün sahələrində olduğu kimi, elmdə də  müsbət irəliləyişlər uğurla davam etdirilir. Sevindirici haldır ki, əvvəlki illərə nisbətən bu sahəyə gənclərin marağı xeyli artıb. Bu, ölkədə elmin inkişafına dövlət dəstəyinin məntiqi nəticəsidir.
Akademik Akif Əlizadə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə elmin inkişafı üçün yaradılan şəraitdən danışarkən deyib ki, bu qədim şəhər tarixən elmin beşiyi olub. Gəncənin yetirdiyi Nizami Gəncəvi kimi dünya şöhrətli şair və mütəfəkkirimiz həmişə dünyanın maraq dairəsində olub, hər bir xalq onu özününküləşdirməyə çalışıb. Eyni zamanda, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və digər onlarla şair və yazıçılarımız əvvəllər də, indi də Azərbaycan xalqının simvoluna çevriliblər.
İclasda AMEA-nın Regional Elmi Mərkəzinin Bölməyə çevrildikdən sonra burada mövcud olan elmi potensialın daha da güclənəcəyinə inam ifadə olunub. Bildirilib ki, xüsusilə yaxın vaxtlarda burada yaradılacaq texnoparklar alimlərin qarşısında uğurlu fəaliyyət üçün geniş imkanlar açacaq.  Bu da qədim Gəncənin iqtisadi inkişafı deməkdir.
Vurğulanıb ki, bu gün Gəncə böyüyüb, inkişaf edir. Söz yox ki, yaxın gələcəkdə o, Avropa şəhərləri ilə müqayisə olunacaq. Lakin istehsal sahələri genişləndikcə, ekoloji problemlərin həlli də qarşıda duran mühüm vəzifələrdən olacaq. Bu problemlərin həllində də alimlərin bilik və bacarıqlarına ehtiyac duyulacaq. Azərbaycan Prezidenti şəhərdə Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun yaradılması ilə bağlı Sərəncam imzalayarkən bütün bunları nəzərə alıb. Bundan əlavə,  şəhərdə humanitar, diyarşünaslıq, Nizami, bioresurslar, nəbatat, eləcə də aqrar problemlər elmi-tədqiqat institutları yaradılarkən Gəncənin potensial imkanları əsas götürülüb.
İclasda Azərbaycan Milli Elmlər Akademiyasının kadr potensialının gücləndirilməsi, gənclərin elmə marağının daha da  artırılması istiqamətində mövcud vəziyyət təhlil edilib, bu sahədə müsbət addımlar atıldığı diqqətə çatdırılıb.
Sonra AMEA-nın Gəncə Bölməsinin direktoru, akademiyanın müxbir üzvü Fuad Əliyev məruzə ilə çıxış edərək rəhbərlik etdiyi kollektivin 2013-cü ildə gördüyü işlər barədə hesabat verib. Məruzəçi bildirib ki, ictimai elmlər sahəsində xeyli iş görülüb. Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı bir çox xarici ölkələrdən şairin əlyazmalarının surətləri, eləcə də kitabları gətirilərək tərcümə edilib və nəfis şəkildə çap olunub. Əməkdaşların Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə 5 monoqrafiyası nəşr edilib. Fransada 19 kitab nəşr olunmaqla yanaşı, Nizami Gəncəvinin 870 illik yubileyi geniş qeyd edilib.
Diqqətə çatdırılıb ki, ümumilikdə əməkdaşlar tərəfindən 90 məqalə, o cümlədən onlardan 22-si xarici jurnallarda dərc olunub. Bundan əlavə, Bölmənin əməkdaşları Daşkəsəndə çıxarılan dəmir filizi və alunit tullantılarının işlənməsi və zərərsizləşdirilməsi sahəsində bir sıra elmi axtarışlarını uğurla davam etdiriblər. Xüsusilə Naftalan nefti üzərində tədqiqat işləri davam etdirilir. Bentonit, sianit və alüminium zavodunun tullantılarının zərərsizləşdirilməsi, eləcə də bitkilərin bioenerji resurslarının işlənməsi, bir sıra sənaye və məişət tullantılarının təkrar emalı üzərində elmi-tədqiqat işlərinin davam etdirildiyini, həmçinin alternativ enerji, termal suların üzərində iş aparıldığı diqqətə çatdırılıb. Hazırda Bölmədə 294 nəfər çalışır ki, onların da 123 nəfəri elmi işçidir. Sevindirici haldır ki, əməkdaşların 97 nəfəri gəncdir. Ötən il 12 nəfər doktoranturaya qəbul olunub.
Sonra AMEA-nın rəyasət heyətinin üzvləri, akademiklər Qərib Məmmədov, Əhliman Əmiraslanov, İsa Həbibbəyli, Asəf Hacıyev, AMEA-nın akademik katibi Rasim Əliquliyev çıxış edərək Azərbaycan elminin inkişafı sahəsində görülən və görülməsi vacib olan işlərdən danışıblar. Onlar AMEA-nın Gəncə Bölməsinin gələcək fəaliyyəti ilə bağlı  arzu və təkliflərini veriblər.
İclasda Gəncə Dövlət Universitetinin rektor əvəzi Yusif Yusifov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov, akademik Siddiqə Məmmədova, professorlardan Həsənbala Sadıqov və Məntiq Cəfərov müxtəlif suallarla rəyasət heyətinin üzvlərini müraciət edib, arzu və təkliflərini bildiriblər.
Rəyasət heyətinin səyyar iclasında 5 nəfər gəncin doktoranturaya qəbul  ərizələrinə baxılıb və təsdiq edilib.
Ümumilikdə, səyyar iclasda AMEA-nın Gəncə Bölməsində yeni yaradılan 7 institutun fəaliyyətə başlaması, onların maddi-texniki bazalarının yaradılması və binaların inşası məsələləri ətraflı müzakirə edilib, Bölmədə yaradılan Gənc Alimlər  və Mütəxəssislər Şurası üzvlərinin elmi-tədqiqat işlərinə daha yaxından cəlb olunması, institutlarda ali təhsil müəssisələrinin uyğun sahə kafedralarının yaradılması və istedadlı tələbələrin elmi-tədqiqata cəld edilməsi kimi məsələlər barədə qərar qəbul edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə səyyar iclasa yekun vurub.

 
  • Oxunub:  19170  |  
  • Tarix:  15-02-2014  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu

22 Yanvar 11:53
MSK Milli Məclisə seçkilərlə əlaqədar bülletenlərin çapına yaxın günlərdə başlayacaq
22 Yanvar 11:42
Əli Əhmədov: Azərbaycan islahatlara açıq ölkədir
22 Yanvar 11:38
Seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda layihəyə start verilib
22 Yanvar 11:31
Məzahir Pənahov: “İndiyə qədər MSK-ya 32 şikayət daxil olub”
22 Yanvar 11:25
Bu gün xalqımızın igid oğlu, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illik yubileyidir
22 Yanvar 11:23
Tieri Mariani: “Yeni tərkibli parlament ölkənin gələcək inkişafında mühüm rol oynayacaq”
22 Yanvar 11:16
19 saylı Nərimanov I seçki dairəsinin məntəqələri bütün zəruri avadanlıqlarla təmin olunub
22 Yanvar 11:13
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib
22 Yanvar 10:07
IDEA İctimai Birliyi vətəndaşlara müraciət edib
21 Yanvar 22:58
Gürcüstan Parlamentinin sədri Azərbaycanın Müdafiə naziri ilə görüşüb
21 Yanvar 22:46
Arye Qut: Qanlı Qara Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinin mərdlik və qəhrəmanlıq səhifəsidir
21 Yanvar 22:41
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda aparılan uğurlu islahatları yüksək qiymətləndirir
21 Yanvar 22:11
Prezident İlham Əliyev Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb
21 Yanvar 21:52
Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb
21 Yanvar 21:33
Prezident İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb
21 Yanvar 20:47
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
21 Yanvar 20:32
"Signify" şirkətinin baş icraçı direktoru ilə görüşdə Azərbaycana yeni texnologiyaların gətirilməsi məsələsi müzakirə olunub
21 Yanvar 18:56
Azərbaycanın Müdafiə naziri Tbilisidə Qəhrəmanlar meydanını ziyarət edib
21 Yanvar 18:31
70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizəd Məşhur Məmmədovun qadın seçicilərlə görüşü keçirilib
21 Yanvar 18:27
13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Rauf Əliyevin Pirallahı qəsəbəsində ağsaqqal və ziyalı seçiciləri ilə görüşü keçirildi
21 Yanvar 18:26
Mustafa Şəntop: Türkiyə Dağlıq Qarabağ münaqişəsini özünün də çox ciddi problemi hesab edir
21 Yanvar 18:19
38 saylı dairənin seçiciləri: Birmənalı olaraq Naqif Həmzəyevə səs verəcəyik
21 Yanvar 18:15
Mövlud Çavuşoğlu: Türkiyənin məqsədi Liviyada daimi atəşkəsi təmin etməkdir
21 Yanvar 18:14
Səhər yuxudan oyanan kimi su için!
21 Yanvar 18:11
Milli Məclisə seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
21 Yanvar 18:09
MSK: "95 nəfər namizədliyini geri götürərək mübarizəsini dayandırıb"
21 Yanvar 17:59
Deputatlığa namizəd Vüqar İskəndərov Şəki şəhərində Qarabağ qaziləri və şəhid ailələri ilə görüşüb
21 Yanvar 17:51
MSK sədri: "1542 nəfərin namizədliyi qeydə alınıb"
21 Yanvar 17:20
YAP tərəfindən 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd İlham Məmmədovun seçicilərlə görüşü keçirilib
21 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüş keçirib
21 Yanvar 17:00
Yol hərəkəti təhlükəsizliyinin vəziyyəti müzakirə olunub
21 Yanvar 16:47
Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb
21 Yanvar 16:44
Ağdaş seçiciləri: Hər zaman yanımızda olan YAP-ın namizədinə səs verəcəyik
21 Yanvar 16:40
Vüsal Qasımlı: Azərbaycan Davos platformasından səmərəli istifadə edir
21 Yanvar 16:35
YAP-ın namizədi Emin Hacıyev Sumqayıt şəhərində seçicilərlə görüşüb
21 Yanvar 16:34
Azərbaycan ilə Dubay aqroturizm sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
21 Yanvar 16:30
91 saylı Ucar seçki dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Ramil Həsənin seçicilərlə görüşləri keçirilib
21 Yanvar 16:28
Zakir Həsənov: Azərbaycan və Gürcüstan həm ikitərəfli, həm də üçtərəfli formatlarda səmərəli əməkdaşlıq edir
21 Yanvar 16:22
Türkiyəli politoloq: “Azərbaycanda demokratik seçki ənənəsi formalaşıb”
21 Yanvar 16:06
YAP-ın 103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədi Sevinc Hüseynova Kiçik Qaramurad və Parakənd kəndlərinin seçiciləri ilə görüşüb
21 Yanvar 15:54
Anadolu Agentliyi 20 Yanvar faciəsi ilə bağlı infoqrafika hazırlayıb
21 Yanvar 15:50
ABŞ Konqresinin daha bir üzvü 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat verib
21 Yanvar 15:34
MDB müşahidəçilər missiyası XİN, DİN və Baş Prokurorluqda görüş keçirəcək
21 Yanvar 15:21
68 saylı Cəlilabad kənd seçki dairəsində 74 müşahidəçi qeydiyyatdan keçib
21 Yanvar 15:02
Azərbaycanın Müdafiə naziri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
21 Yanvar 14:58
Akademik Musiqili Teatrın səhnəsində “Fransızsayağı qarnir” təqdim olunacaq
21 Yanvar 14:54
Multikulturalizm Mərkəzi 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfrans keçirib
21 Yanvar 14:51
Bakıda “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium keçiriləcək
21 Yanvar 14:46
AŞPA nümayəndə heyəti sabah Azərbaycana gələcək
21 Yanvar 14:39
Dünya Səhiyyə Təşkilatı yanvarın 22-də təcili iclas çağırır
21 Yanvar 14:30
WhatsApp-da reklam göstərilməyəcək
21 Yanvar 14:26
Somalidə törədilən partlayış zamanı yaralananlar Türkiyəyə gətirilib
21 Yanvar 14:18
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonunda seçicilərlə görüşüb
21 Yanvar 14:15
Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın anadan olmasından 96 il ötür
21 Yanvar 14:07
Deputatlığa namizəd Ziyafət Əsgərov 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşüb
21 Yanvar 14:03
Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə əlaqədar yap2020.az seçki saytı fəaliyyətə başladı
21 Yanvar 12:51
“Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir
21 Yanvar 12:27
UNEC-də növbəti “Açıq qapı” günü
21 Yanvar 12:21
Elxan Şahinoğlu: “Formalaşacaq parlament ölkəmizdəki yeni çağırışlara cavab verməlidir”
21 Yanvar 12:11
Lev Spivak: Əminəm ki, formalaşacaq parlament ölkədəki yeniliklərə uyğun olacaq
21 Yanvar 12:09
Azərbaycanın Müdafiə nazirinin Gürcüstana səfəri başlayıb
21 Yanvar 12:03
Bakı Ali Neft Məktəbinin altı tələbəsi İspaniyada təhsil alacaq
21 Yanvar 11:59
Bu gün Davosda Dünya İqtisadi Forumu işə başlayır
21 Yanvar 11:47
Parlament seçkilərində heç bir siyasi təşkilat Yeni Azərbaycan Partiyasına rəqib ola bilməz
21 Yanvar 11:25
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın seşicilərlə görüşləri davam edir
21 Yanvar 11:20
Sədaqət Vəliyeva ev görüşlərinə şəhid Zakir Cəfərovun ailəsinin mənzilindən başladı
21 Yanvar 11:16
YAP parlament seçkilərində növbəti möhtəşəm qələbəsini qazanacaq
21 Yanvar 10:52
“Formalaşacaq parlament ölkədə davamlı siyasi sabitliyin daha da möhkəmləndirilməsində mühüm rol oyanyacaq”
21 Yanvar 10:47
MSK parlament seçkiləri ilə bağlı yeni kitabçalar nəşr edib
21 Yanvar 10:44
Osman Gündüz: “Seçkilərdə texnologiyaların tətbiqi şəffaflığın təmin edilməsində mühüm rol oynayır”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +10
gecə0 +3